Ən məşhur küçə rəsamı YENİ ŞEDEVRİNİ yaratdı - Bu dəfə London metrosunda

Ən məşhur küçə rəsamı YENİ ŞEDEVRİNİ yaratdı - Bu dəfə London metrosunda

 


Ən məşhur küçə rəsamı, daha çox "Qız və şar" əsəri ilə tanınan britaniyalı Benksi bu dəfə London metrosunda yeni şedevrini yaradıb.



BiG.AZ-ın verdiyi xəbərə görə, o, öz yaradıcılığını videoya çəkərək "İnstagram" səhifəsində paylaşıb.

Rəssam asqıran və maskalarsız gəzən məşhur siçovullarını çəkib.

Aksiya koronavirusla bağlı təhlükəsizlik tədbirlərinin təbliğinə həsr olunub.

Xatırladaq ki, dünyada koronavirusdan ölənlərin sayı 580 mindən çoxdur.



Yaradıcılığında sosial bərabərsizlik və hökumətin ikiüzlülüyü məsələlərini işıqlandıran Benksinin əsərləri böyük populyarlıq qazanıb. Rəssam indiyədək öz şəxsiyyətini gizli saxlamağa nail olub - onun zahiri görünüşü və əsl adı yaxınlarından başqa heç kimə məlum deyil.

2010-cu ildə Benksinin ictimaiyyətə təqdim etdiyi "Suvenir dükanından çıxış" sənədli filmi "Oskar" mükafatına namizəd olub.

Trafaretin köməyi ilə çəkilən "Qız və şar" qraffiti əsəri Benksinin ən məşhur rəsmlərindən biridir. Orada havaya qırmızı şar uçuran qız uşağı təsvir olunub.



Natəvan Baxşiyeva

 

Mənbə: big.az