Depardyeyə qarşı yenidən istintaq başladıla bilər

Depardyeyə qarşı yenidən istintaq başladıla bilər

Fransa prokurorluğu istintaq hakiminə aktyor Jerar Depardyenin ittiham olunduğu təcavüz işi ilə əlaqədar istintaqın yenidən başladılması üçün sorğu göndərib.

Kult.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə 2018-ci ildə Depardeyni təcavüzdə ittiham edən gənc aktrisa bu cümə yenidən hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, 2018-ci ilin avqust ayında Jerar Depardye ilə bağlı aparılan istintaq 2019-cu ilin iyununda bağlanıb. Aktyorun çoxsaylı yoxlama və dindirilməsindən sonra müstəntiqlər ittiham irəli sürmək üçün kifayət qədər əsas tapmayıblar.

Mənbə: axar.az