Salam Sarvanın kitabı Ukraynada nəşr olundu

Salam Sarvanın kitabı Ukraynada nəşr olundu

Tanınmış Azərbaycan şairi Salam Sarvanın ukrain dilinə tərcümə edilmiş “Boğulmaq da olmur, dayazdı dünya” kitabı Ukraynada nəşr olunub.

“Qafqazinfo” xəbər verir ki, Ukraynanın zəngin ənənəli “Sammit-kniqa” nəşriyyatında işıq üzü görmüş kitaba şairin “Darıxma, düzəlməyəcək”, “Yatağımız çay yatağı”, “Yorulub, vuruldun mənə”, “Kəndirbaz” kimi 100-dən çox şeiri daxil edilib.

Şeirlərin ukrain dilinə tərcüməçisi və ön sözün müəllifi tanınmış Ukrayna şairi və ictimai xadimi, Ümumdünya Poeziya Festivalının qalibi Lesya Mudrakdır.

Mənbə: qafqazinfo.az