Nigar Camal özünə yeni sevgili tapıb

Nigar Camal özünə yeni sevgili tapıb

"Eurovision-2011” təmsilçimiz Nigar Camalın sosial şəbəkədə paylaşdığı görüntülər marağa səbəb olub.

Yenisabah.az xəbər verir ki, çiçək buketini paylaşan müğənniyə onun sevgilisindən hədiyyə olduğu aydın olub.

39 yaşlı sənətçi fotoya "Təşəkkür edirəm, sevgi mənim həyatımdır" - deyə şərh verib.

İfaçı sevgilisinin kimliyini gizli saxlayır. İddialara görə, Nigarın sevgilisi Rusiyada yaşayan iş adamıdır.

Qeyd edək ki, Nigar Camal bir dəfə ailəli olub. Onun iki qızı var.

Mənbə: yenisabah.az