Erməni mahnısını oxuduğu iddia olunan müğənninin VİDEO AÇIQLAMASI

Erməni mahnısını oxuduğu iddia olunan müğənninin VİDEO AÇIQLAMASI

Bir neçə gündür ki, sosial şəbəkələrdə erməni mahnısını oxuduğu iddia olunan müğənninin videosu yayımlanaraq, qınaq obyektinə çevrilir və təhqirlərə məruz qalır.

Həmin müğənni Luna Aliyeva PostNews.Az-a müraciət edərək, qarşılaşdığı xoşaglməz video ilə bağlı geniş video açıqlama verib. Luna bildirib ki, video şantaj xarakterlidir və tamamilə montaj olunub. Bunun ona qarşı təxribat xarakterli olduğunu deyən müğənni, videonu yayımını təşkil edən şəxslərin onun keçmiş prodüseri Elvin Nəsib və dostları olduğunu qeyd edib.

Luna məsələylə bağlı sosial media üzərindən şərəf və ləyaqətinin alçaldılmasına görə, o cümlədən, təhqir və böhtanla bağlı hüquqlarının bərpa olunması üçün hüquq mühafizə orqanlarına müraciət etdiyini söyləyib.

PostNews.Az Luna Aliyevanın video müraciətini olduğu kimi təqdim edir:

Mənbə: moderator.az