Bu ay yubileyini qeyd edən Sibel Canın səhnədəki "Hayat"ı

Bu ay yubileyini qeyd edən Sibel Canın səhnədəki "Hayat"ı

Səsi və gözəlliyi ilə seçilən, məşhur türk müğənnisi Sibel Can ötən gün konsert proqramı ilə tamaçılar qarşısında çıxış edib.

Open.az xəbər verir ki, avqustun 14-də yeni albomu "Hayat"ı sevənlərinə təqdim edəcək Sibel Can, albom üzərində son tamamlama işlərinin getdiyini bildirib.

Ötən gün çıxış etdiyi konsertdə yeni albomundan "Yine Sen" adlı türkünü ifa edən Sibel Canın, qızılı rəngdə olan libasını hər kəs çox bəyənib.

Qeyd edək ki, bu ay 50 yaşı tamam olan gözəl müğənni, il ərzində silsilə konsert proqramları ilə çıxış edəcək.

Mənbə: open.az