“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edildi — VİDEO

“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edildi     — VİDEO

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimləri davam edir.
Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

 

Mənbə: demokrat.az