Xalq artistində qorxulu xəstəlik aşkarlanıb

Xalq artistində qorxulu xəstəlik aşkarlanıb

Xəbər verdiyimiz kimi, bir müddətdir Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində problem yaranıb. 77 yaşlı rejissor xəstəliyindən sonra ona qarşı olan laqeyd münasibətdən gileylənib, dövlətdən yardım istəsə də heç kimin ona köməklik etmədiyini deyib.

 

Yenisabah.az-a danışan Mahmudbəyov ötən gün ürəyində də problem olduğunu öyrənib:

“Dünən bütün gün Mərkəzi Klinakada olmuşam. Ürəyimdə də problem çıxıb - ürəyin işemik xəstəliyi (ürəyin tac damarlarının birində və ya bir neçəsində ötürücülük qabiliyyətinin mütləq və ya nisbi pozulması) çıxıb. İndi həm də ürəyimdəm müalicə alıram. Xəstəliklər əlində girinc olub qalmışam, görək axırım nə olur”.

Qeyd edək ki, sənətçi bronxlarındakı xəstəliyə görə bir müddətdir ki, evdə müalicə alır.

 

Mənbə: yenisabah.az