“Təkcə özümə nəyisə arzu etsəm, məncə, bu düzgün olmaz...”

“Təkcə özümə nəyisə arzu etsəm, məncə, bu düzgün olmaz...”

“Sevdiklərimizin əhatəsində olanda hər gün daha gözəl olur və bu gün də özəl günüm olduğu üçün özümü daha yaxşı hiss edirəm”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Fərqanə Qasımova deyib. Muğam ifaçısı doğum günündə özünə arzu etdilərini xalq və dövlət üçün də arzuladığını bildirib:

“Bu gün ailəmin, ən sevdiklərimin əhatəsindəyəm. Sevdiklərimizin əhatəsində olanda hər gün daha gözəl olur və bu gün də özəl günüm olduğu üçün özümü daha yaxşı hiss edirəm. Arzularım əmin-amanlıq, xalqımı xoşbəxt görməkdir. Bir tək özümə nəsə arzu etmirəm, arzularım ümumidir. Təkcə özümə nəyisə arzu etsəm, məncə, bu düzgün olmaz. Könlümünün arzuları o qədər böyükdür ki, bütün xalqım, dövlətim, gənclərimizin gələcəyi üçün sonsuzdur. Hər zaman dualarımda da bunu edirəm ki, Azərbaycanı həmişə Allah qorusun”.

Qeyd edək ki, Fərqanə Qasımova dünyanın bir çox ölkələrində festivallarda çıxış edib.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az