Fəxri ad alan məşhurlarımız – BİZİM ARAŞDIRMA

Fəxri ad alan məşhurlarımız – BİZİM ARAŞDIRMA

“Xalq şairi” və “Xalq yazıçısı” fəxri adları SSRİ-yə daxil olan müttəfiq respublikalarda verilirdi.

Hazırda isə bəzi keçmiş sovet respublikaları ilə yanaşı, Azərbaycanda da yazıçı və şairlərə verilir. Bu fəxri adlar Azərbaycan poeziyasının inkişafında böyük xidmətlərinə, xalqın böyük rəğbətini qazanmış yüksək ideyalı və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaratmağa görə yazıçı və şairlərə verilib.

Artıq bəziləri hesab edir ki, “Xalq şairi” və “Xalq yazıçısı” fəxri adları Sovet dövründən miras qalıb və bu adlardan "sovet iyi" gəlir. O da sirr deyil ki, bu gün çox şair və yazıçı fəxri adlar almaq üçün Azərbaycan Yazıçılar Birliyinə davamlı müraciətlər edir.

Cebhe.info Sovet dövründə “Xalq artisti”, “Xalq şairi”, “Xalq rəssamı”, “Xalq yazıçısı” adlarını almış Azərbaycanlıları araşdırıb. Sözügedən araşdırmanı təqdim edirik.

“Azərbaycan SSR xalq şairi” fəxri adı ilk dəfə 1956-cı ildə Səməd Vurğuna verilib.

"Azərbaycan SSR xalq şairi" fəxri adı 1960-cı ildə Rəsul Rza və Süleyman Rüstəmə verilib.

1981-ci ildə Balaş Azəroğlu "Azərbaycan SSR xalq şairi" fəxri adı alıb.

Nigar Xudadat qızı Rəfibəyli - azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azərbaycan SSR əməkdar mədəniyyət işçisi” (1967), “Azərbaycan SSR xalq şairəsi” (1981) adlarını alıb.

1984-cü ildə Bəxtiyar Vahabzadə və Nəbi Xəzriyə "Azərbaycan SSR xalq şairi" fəxri adı verilib.

Qeyd edək ki, “Azərbaycan SSR xalq şairi” adı verilmiş Azərbaycanlı şairlərdən heç biri həyatda deyil.

1960-cı ildə Süleyman Hüseyn oğlu Rəhimova "Azərbaycan xalq yazıçısı" adı verilib.

Mirzə Əjdər oğlu İbrahimov Azərbaycan-sovet ittifaqı yazıçısı, dramaturq, ictimai xadimi. Mirzə İbrahimova 1961-ci ildə "Azərbaycan SSR xalq yazıçısı" adı verilib.

SSR xalq yazıçısı adını almış növbəti Azərbaycanlı isə İlyas Əfəndiyevdir. O, 1979-cu ildə "Azərbaycan SSR xalq yazıçısı" fəxri adını alıb.

Müxtəlif illərdə Azərbaycanlı yazıçılar - Bayram Bayramov, İsmayıl Şıxlı, İsa Hüseynov, Ənvər Məmmədxanlı, Gülhüseyn Hüseynoğlu, Qılman İlkin "Azərbaycan SSR xalq yazıçısı" fəxri adına layiq görülüblər.

SSRİ xalq artisti fəxri adı 13 yanvar 1936-cı ildə təsis olunmuşdur. Laureata layiq görülən ilk şəxs 6 sentyabr 1936-cı ildə Konstantin Stanislavski olmuşdur.

Daha sonra müxtəlif illərdə Azərbaycanlı artistlər də bu adı alıblar.

Zeynəb Xanlarova (Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936, Bakı) - Azərbaycan müğənnisi, ictimai xadim. Zeynəb Xanlarova 1980-ci ildə “SSRİ xalq artisti”, 1975-ci ildə “Azərbaycan SSR xalq artisti”, 1978-ci ildə “Ermənistan SSR xalq artisti” fəxri adlarını alıb. Azərbaycan SSR Dövlət mükafatı laureatı (1987), "Heydər Əliyev" ordeni laureatı (2016).

Soltan İsmayıl oğlu Hacıbəyov - Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, professor (1964). 1973-cü ildə SSRİ xalq artisti adını alıb. O, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1948–1956) və direktoru (1955–1962), Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1953–1968) və Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1969–1974) vəzifələrində çalışmışdır. 19 sentyabr 1974-cü ildə, 55 yaşında vəfat etmişdir.

Fərhəd Şəmsi oğlu Bədəlbəyli - pianoçu, SSRİ xalq artisti (1990) adını alıb və 1978-ci ildə “Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülüb. O, həmçinin 1986-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı da almışdır. Fərhad Bədəlbəyli Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru vəzifəsində çalışıb. 72 yaşında vəfat etmişdir.

Mehdi Əsədulla oğlu Məmmədov - 1974 Azərbaycanın görkəmli teatr rejisoru, aktyoru və pedaqoqu. O, 1974-cü ildə SSRİ xalq artisti fəxri adını alıb. Mehdi Məmmədov 1985-ci ildə vəfat edib.

Nigar Xudadat qızı Rəfibəyli — azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azərbaycan SSR əməkdar mədəniyyət işçisi” (1967). Nigar Rəfibəyli 1981-ci ildə “Azərbaycan SSR xalq şairəsi” adını alıb.

Hüseynzadə Hüseyn Camal oğlu (Hüseyn Arif; 15 iyun 1924, Yenigün, Qazax qəzası - 14 sentyabr 1992, Bakı) - azərbaycanlı şair, 1949-cu ildən AYİ-nın üzvü, "Qızıl oraq" mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978). O, 1989-cu ildə “Azərbaycan SSR-in xalq şairi” adını alıb.

Qeyd edək ki, hazırda Azərbaycanda 168 nəfər “Xalq artisti”, 1662 nəfər “Əməkdar artist” fəxri adını daşıyır.

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info