"Sen Çal Kapımı" serialı ilə yeni eşq başlayıb?

"Sen Çal Kapımı" serialı ilə yeni eşq başlayıb?

"Sen Çal Kapımı" serialında iki sevgilini canlandıran Hande Erçel və Kerem Bürsinin eşqləri gerçək həyatda da çiçəklənməyə başlayır.

Open.az xəbər verir ki, hər keçən gün biri-birinə yaxınlaşan məşhur cütlüyün hər addımı səs-küyə, yeni xəbərə səbəb olur.

Ötən gün serialın çəkiliş meydançasından yeni foto yayımlayan Hande Erçel və Kerem Bürsinin mehriban ikili olduqları gözdən qaçmayıb.

Qısa müddətdə 1,5 milyon iziləyicinin bəyəndiyi fotolar, yeni eşqdən xəbər verir.

Qeyd edək ki, Hande Erçel Murat Dalkılıçla uzun müddət eşq yaşamışdı. Hər kəsin evlənəcəklərini gözlədiyi cütlük, ötən ay qəflətən ayrılmışdı.

Türk mətbuatında Murat Dalkılıçdan ayrılan Handenin Keremlə eşq yaşadığı iddia edilir.

 

 

Mənbə: open.az