"Pandemiyada bunu etmək təhlükəlidir" - Namiq

Meyxanaçı Namiq Qaraçuxurlunun ayağındakı problem hələ də düzəlməyib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "ATV maqazin onlarla" verilişində deyib. İfaçı bildirib ki, əvvəlki kimi rahat gəzə bilmir:

"Birini tərpədirəm, ikinci ayağımı çox da rahat hərəkət etdirə bilmirəm. Əvvəlki gəzdiyimin heç 10 faizini indi gəzmirəm. Ayağımı qaldıran kimi ağrıyır".

Uşaqlıq illərini xatırlayan meyxanaçı "İnsanın uşaqlığı nə qədər ağır olsa da, darıxırsan. Düzdür, orada çox qalmaq istəmirsən, amma qayıtmağı arzulayırsan. yenidən bir az uşaq olub, qayıdasan indiki həyatına" sözlərini söyləyib.

Namiq bildirib ki, pandemiya ərəfəsində yeni işlər təqdim etmək ona uğur gətirməyib:

"Yeni mahnılarım var, söz-musiqisi hazırdır. Amma aranjiman etməmişəm. Karantində mahnı təqdim etmək təhlükəlidir. Bir az əvvəl mahnı oxudum və klip çəkdim, amma istədiyim uğuru ala bilmədim".

Axsam.az

ƏVVƏLKİ XƏBƏR

Ukrayna Belarusdan rus muzdluları istədi

SONRAKI XƏBƏR

Fəxri ad alan məşhurlarımız – BİZİM ARAŞDIRMA