Oğlunu itirib "kef edən" Ebru Şallı OD PÜSKÜRDÜ: "Heç kimə hesab verən deyiləm!" - FOTO

Oğlunu itirib "kef edən" Ebru Şallı OD PÜSKÜRDÜ: "Heç kimə hesab verən deyiləm!" - FOTO

Aprel ayında 10 yaşlı oğlu Parsı limfa xərçəngindən itirən Ebru Şallı övladının ölümündən sonra depressiyaya düşərək evə qapansa da, ağır günlərin ardınca həyat yoldaşı Uğur Akkuş ilə birlikdə sevimli tətil yeri olan Bodruma dincəlməyə yollanıb.



BiG.AZ-ın haberler.com-a istinadən verdiyi xəbərə görə, onun son zamanlar "İnstagram"da etdiyi paylaşımları izləyicilərin diqqətini cəlb edib.

Bəzi izləyicilər onun "yasının tez bitdiyinə" təəccüblənib:

"Ebru Şallının yası 2 ay 10 gündə bitdimi? Çimərlik geyimində poz vermək üçün tez deyilmi?"



Bu tip şərhlər Şallını "özündən çıxarıb".

O, "hekayə" bölümündəki paylaşımında "Uşağımın yasını necə tutacağım barədə heç kimə hesab verən deyiləm" sözlərini yazaraq qəzəbini ifadə edib:

"Necə də yazıq və nifrət dolu bir yazı. İçinin nifrətini qusub. Nəyi həzm edə bilməyib bu qadıncığaz? Nifrətlə bir yerə çıxa bilməzsən zatən. O nifrət sənin üzündə əks olunar. Mənim arxamda ordum var. Nəhəng Türkiyə Respublikası var. Sən nədən danışırsan? Uşağımın yasını necə tutacağım barədə heç kimə hesab verən deyiləm Sən kimsən? Heç mənim mələk balam və mənim barəmdə danışmaq, yazmaq haqqın da yoxdur. Sənin də övladın var. Sabah nə olacağı bilinmir. Allahdan bir az qorxun olsun. İki reytinq qazanıb, ölən oğlum və mənim vasitəmlə qazanc əldə etməyə çalışmağın "ayıbdır" desəm. az olar. Çox günahdır! Bu düşmənçilik nədir? Mən gün-gündən daha da yaxşılaşacağam. Uşağımın istəyini yerinə yetirəcəyəm, sənin yox! Allahdan sənin daş ürəyinə sevgi, mərhəmət və şəfa diləyirəm".



Natəvan Baxşiyeva

 

Mənbə: big.az