Çəkiliş meydançasında yaralanan aktrisanın qolu çatladı-FOTO

Çəkiliş meydançasında yaralanan aktrisanın qolu çatladı-FOTO

"Öyle bir geçer zaman ki" serialında ifa etdiyi Karolin obrazı ilə məşhurlaşan, Almaniya və Türk vətəndaşı olan aktrisa Wilma Elles, rejissorluğunu Müjdat Kavas’ın etdiyi "19" adlı filmin çəkilişləri zamanı qəza keçirib.

Open.az xəbər verir ki, koronavirusdan bəhs edən 20 dəqiqəlik qısametrajlı filmdə casus obrazını canlandıran Wilma Ellesin qolu əzilib.

Həkimlərin müdaxiləsindən sonra məlum olub ki, aktrisanın sol qolunda çat yaranıb. Yaşadığı ağrıya baxmayaraq, çəkilişləri davam etdirən aktrisa, daha sonra Almaniyada olan uşaqlarının yanına qayıdıb.

Qeyd edək ki, türk dilində çətinliklə danışan alman aktrisası, seriallarda xarici qadınların obrazlarını canlandırır.

2015-ci ildə iş adamı Kerem Göğüş'le ailə quran aktrisanın Milat və Melodi adlı əkiz övladları var.

Mənbə: open.az