"Qoy onlar bilsinlər ki, ermənilər bizə hansı xəyanətləri ediblər..."

"Qoy onlar bilsinlər ki, ermənilər bizə hansı xəyanətləri ediblər..."

Xalq artisti Arif Quliyev Qarabağ döyüşlərində fotoqraf olan, “General Əli bəy” kimi tanınan Əlövsət Qasımovun müharibə illərindən çəkdiyi fotoların nümayişini etdiyi muzeyində olub.

Xalq artisti Moderator.az-a açıqlamasında gənclərimizi bu cür muzeylərlə tanış etməyin vacib olduğunu bildirib:

“Mən bircə onu bilirəm ki, Əlövsət Qasımov böyük işlər görüb. Bu bir tarixi muzeydir. Xalqımız bilməlidir ki, ermənilər bizə qarşı hansı vəhşilikləri törədiblər. Ə.Qasımov ermənilərin soydaşlarımıza qarşı törətdiyi vandalizmi ifşa edən fotolar çəkib. Biz sənət adamlarının da borcu odur ki, gənclərimizi bu cür muzeylərə cəlb edək. Qoy onlar bilsinlər ki, ermənilər bizə hansı xəyanətləri ediblər. Ermənilərin törətdiyi vəhşilikləri görəndə “Qurdla dost ol, amma dəyənəyi yerə qoyma” məsəli yada düşür. Neçə illərdir ermənilər bizimlə bir yerdə yaşayıblar, amma məkrli olublar. Biz haqqında danışdığım muzeyi tez-tez ziyarət edirik. Dünən də müğənni Elza Seyidcahanla birlikdə muzeyə baş çəkdik. Xalq keçmişini və bu gününü unutmamalıdır”.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az