“Ad alan, ev alan, ordenlər alan siz…” – Xatirədən yeni AÇIQLAMA

“Ad alan, ev alan, ordenlər alan siz…” – Xatirədən yeni  AÇIQLAMA

Müğənni Xatirə İslam sosial şəbəkədə canlı yayım zamanı karantinə etiraz edən həmkarlarına korifeylərin məsləhət verməli olduğunu vurğulayıb.

Yenisabah.az xəbər verir ki, sənətçi daha sonra fikirlərinin yanlış anlaşıldığını bildirib:

“Yəqin fikrimi düzgün ifadə etməmişəm. Mən Xalq artistlərini müğənnilər üçün yox, dövləti söyən, ağzına gələni deyən adi insanlar üçün dedim ki, yəni çıxıb sizi qiymətləndirən dövləti niyə müdafiə etmirsiniz? Başqa ölkələrdə oturub sizə bu adı verən prezidentinizə nalayiq sözlər deyənlərə niyə cavab vermədiniz? Özünüzü pis etmək istəmirsiniz? Əslində ağıllı adamlarsınız işinizi görüb, sakit qırağa çəkilmisiniz. Ad alan, ev alan, ordenlər alan siz, söz-söhbət düşəndə, toy ilə adı hallanan biz. Dediyim odur ki, düz deyirlərsə, sadə müğənnilərə də dəstək verin. Yox, əgər səhv deyirlərsə, imkan verməyin səhv danışmağa, amma üzə çıxın”.

Müğənni onların sənətini alçaldan şəxslərə də sərt reaksiya verib:

“Bu gün bir alim, professor yazır ki, müğənnilər özlərinə başqa iş tapsın. Siz başqa sahədə çalışan insanlara bu sözü deyə bilərdiniz? Necə yəni başqa iş?! Toy musiqiçinin şənlənmək yeri deyil, iş yerimizdir. Siz akademiyada işə getdiyiniz kimi, musiqiçi də toya işə gedir. Minlərlə insan hara getsin? Bu sənətə niyə bu qədər dırnaqarası baxırsınız? Bunun da günahı bizdədir, düz edirsiniz. Biz hər şeyə illərlə dözərik, amma sənətimizi alçaltmayın”.

Mənbə: yenisabah.az