Prezident kitab yazdı

Prezident kitab yazdı

Türkmənistan Prezidenti Qurbanqulu Berdımuxamedov "Türkmənlərin daxili dünyası" adlı kitab yazıb. Türkmən kütləvi informasiya vasitələrinin anons etdikləri bu kitabın tezliklə işıq üzü görəcəyi vurğulanıb.

Cebhe.info xəbər verir ki, bu barədə "TDH" məlumat yayıb.

Məlumata görə, 12 başlıqdan ibarət olan bu kitab türkmən xalqının adət-ənənələrinə və xalqın bu adət-ənənələrə sadiqliyindən bəhs edir.

Sözügedən kitabda Berdımuxamedov həyatın gözəlliyindən, torpağın əbədiliyindən və bərəkətindən, elmin mahiyyətindən və onun cəmiyyətin inkişafına təsirindən, sağlam həyat tərzindən, əməksevərlikdən, qonaqpərvərlikdən, yoldaşlıq və qardaşlıq münasibətlərindən də yazıb.

Qeyd edək ki, bundan əvvəl Q.Berdımuxamedov "Müdrikliyin mənbəsi"adlı kitab yazıb və bu kitab 2016-cı ildə çap edilib.

Sevinc Tapdıqqızı
Cebhe.info

Mənbə: cebhe.info