Conni Deppin 18 yaşlı oğlu sevgilisi ilə görüntüləndi - Fotolar

Conni Deppin 18 yaşlı oğlu sevgilisi ilə görüntüləndi -  Fotolar

Hollivud ulduzu Conni Deppin 18 yaşlı oğlu Cek Londonda sevgilisi ilə obyektivlərə tuş gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, balaca Depp bacısı Lili Rouzdan fərqli olaraq gündəmdə olmağı sevmir.

Kamilla Yansen adlı qızla eşq yaşayan gənc şəkillərinin çəkilməsinə etiraz edib. Cekin Londona hazırda məhkəmə prosesi gedən atasına dəstək üçün gəldii bildirilib.

Qeyd edək ki, cütlük 1 ildir eşq yaşayır. Kamilla hətta sevgilisinin anası ilə də görüşüb.

Mənbə: axsam.az