Nadir Qafarzadə: "Toy-bayram olmayan ölkə matəmdədir, biz matəm içində olan ölkəyik, bitdi"

Nadir Qafarzadə: "Toy-bayram olmayan ölkə matəmdədir, biz matəm içində olan ölkəyik, bitdi"

Artıq bir neçə gündür ki, müğənnilər karantin rejiminin uzadılması ilə bağlı Operativ Qərargahı sərt tənqid edir, toy məclislərinin təxirə salınmasına qarşı çıxırlar.

Etiraz edənlər sırasında Səidə Sultan, Niyam Salami kimi müğənnilər var. Bununla bağlı fikirlər heç də birmənalı deyil. Belə ki, sosioloq-alim Əhməd Qəşəmoğlu isə müğənnilərin toyların karantin səbəbilə başlamamasına etirazına münasibət bildirərkən keçmiş müsahibəsini xatırladıb:

"Xanəndələr, müğənnilər, musiqiçilər bilməlidir: “Artıq şou dövrü bitdi! Əvvəlki kimi olmayacaq! İndidən hərə öz qabiliyyətinə uyğun iş axtarsın. Kimisi ağıllıdır “YouTube”də kanal açıb, oradan pul qazanır".

Müğənni Nadir bununla bağlı olaraq Cebhe.info-ya açıqlamasında bildirib ki, əvər toylar başlamasa, başqa işlə məşğul olacaq:

"Toy olmayacaq, olmayacaq da. Bir ölkədə ki, toy-bayram yoxdur, o ölkə qara günlər yaşayır, matəmdədir. Biz matəm içində olan ölkəyik, bitdi. Ruzini verən Allahdır. Biz toya getməmişdən qabaq da yaşayırdıq. Mənim 49 yaşım var. Bəyəm ömür boyu toyla yaşamışam? Toy olmayacaq, başqa bir iş tapacağıq da. 2 oğlum var, yoldaşım var. Həyat yoldaşım da tibb işçisidir. Yəni dolanacağıq. Heç kim acından ölməyib. Allah hər kəsin ruzisini versin".

Naibə
Cebhe.info

Mənbə: cebhe.info