Emin Ağalarov keçmiş xanımını belə təbrik etdi - FOTO

Emin Ağalarov keçmiş xanımını belə təbrik etdi - FOTO

"Ana və atamın, bir azca da mənim günüm! Təbriklər üçün hər kəsə təşəkkürlər! Tanımadığım insanlardan təbrik, məsləhət, nigarançılıq və dəstək görmək inanılmaz xoşbəxtlikdir!

Mən 33 yaşıma sərt yox, yavaş və səliqəli daxil oluram... yüngülcəsinə, barmaqlarımın ucunda! Bax, bu günlə bağlı duyğularım belədir!"

BiG.AZ xəbər verir ki, bu sözləri xalq artisti Emin Ağalarovun keçmiş xanımı Alyona Qavrilova ad günü münasibəti ilə bağlı yazıb. O daha sonra bu sözləri qeyd edib:

"Kainat məni sevir və qayğıma qalır, yolumdan mənə yad olan adamları çıxararaq, tamamilə səmimi və məni sevən insanları göndərir! Bu il asan olmadı... LAKİN! Yanımda məni dəstəkləyən dostlarım və əzizlərim var, onları pis vəziyyətdə qoymayacağam.

Olesyunçik, Irişka, Lyubanya, Nataşa son 4 ay ərzində hər dəqiqə yanımda oldular.

Sizə minnətdaram! Bunu heç vaxt unutmayacağam!

Bu gözəl avqust günündə bax belə minnətdarlıq sözlərini söyləmək içimdən gəldi!

Sizi sevirəm. Allah sizi, əzizlərinizi, uşaqlarınızı və ailənizi qorusun".

Emin Ağalarov da öz növbəsində keçmiş xanımı Alyonanı təbrik edib. O Alyonanın fotosunu instaqramın hekayə bölməsində paylaşıb.

Qeyd edək ki, keçmiş cütlüyün Afina adlı bir qızı var.

Fotonu təqdim edirik:


 

 

Mənbə: big.az