Məşhur “YouTube” vloqerinin evində əməliyyat - FOTO

Məşhur “YouTube” vloqerinin evində əməliyyat - FOTO

20 milyondan çox izləyicisi olan məşhur “YouTube” vloqeri Jak Polun Los-Ancelesdəki lüks villasında əməlliyat keçirilib.

“Sabah” xəbər verir ki, ABŞ-ın Federal Təhlükəsizlik Xidməti ulduzun yeddi milyon dollarlıq villasına zirehli maşınla daxil olub.

Onun malikanəsindən çox sayda silah-sursat ələ keçirilib.

Qonşuları gecə vloqerin evindən partlayış səslərinin gəldiyini deyiblər.

23 yaşlı J.Pol ABŞ-da qaradərililərin etirazlarında iştirakda ittiham edilir.

Arizona ştatında alış-veriş mərkəzinin talanmasından sonra onun tutulması ilə əlaqədar evində axtarış barədə qərarı çıxarılmışdı.

Mənbə: milletinsesi.info