“Cəngi” estrada-folklor ansamblı beynəlxalq festivalda iştirak edəcək

Bakı, 7 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Cəngi” estrada-folklor ansamblı xalq musiqisi ilə cazın sintezini təşkil edən kompozisiyaları ilə məşhurdur.

Azərbaycanı dəfələrlə mötəbər musiqi yarışmalarında, beynəlxalq festivallarda layiqincə təmsil edən “Cəngi” estrada-folklor ansamblının bədii rəhbəri, tanınmış ud ifaçısı, Azərbaycanın Xalq artisti Mircavad Cəfərovdur. Ansamblda həmçinin Əməkdar artist Ruslan Hüseynov (bas-gitara), Mircavid Cəfərov (tar), Nicat Bayramov (zərb alətləri), Vasif Hüseynzadə (piano), Fərhad Əliyev kimi tanınmış peşəkar ifaçılar fəaliyyət göstərirlər. Ansamblın eyniadlı rəqs qrupu da uğurla çıxışlar edir.

AZƏRTAC xəbər verir ki, avqustun 8-də ansambl Sankt-Peterburq şəhərində təşkil olunan “Dünya musiqiləri” Etnik Festivalında iştirak edəcək. Artıq 5-ci dəfə keçirilən festival bu il koronavirus pandemiyası üzündən onlayn formatda reallaşacaq.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanın “konyak diplomatiyası”nın əsirinə çevrilən Darya Volodinanın barbar mövqeyi

SONRAKI XƏBƏR

Polad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı - FOTO