Bir qrup məşhur insanın məzarı yenidən qurulacaq-Siyahıda kimlər var?

Bir qrup məşhur insanın məzarı yenidən qurulacaq-Siyahıda kimlər var?

İstanbul Böyükşəhər Bələdiyyəsi məşhur insanlardan bir qrupunun məzarını yeni layihə əsasında hazırlamaq qərarına gəlib.

Open.az xəbər verir ki, məzarüstü abidələrini yenilənəcək məşhurların siyahısında - Adile Naşit, Ahmet Mete Işıkara, Aşık Daimi, Cihat Burak, Didem Madak, Elmalılı Muhammed Hamdi Yazır, Halide Edip Adıvar, Halil Kaya, Hilmi Ziya Ülken, Lefter, Mes'ud Cemil, Metin Oktay, Naim Süleymanoğlu, Necmeddin Okyay, Neyzen Tevfik, Optik Başkan, Orhan Kemal, Turgut Uyarın adları var.

Yeni məzarüstü abidələrin hazırlanması üçün heykəltəraşlar arasında müsabiqə elan edilib. Müsabiqənin qaliblərinin adları dekabrın 12-də açıqlanacaq.

Birinci yerin qalibinə 12 min 500, ikinciyə 7 min 500 TL mükafat veriləcək.

Siyahıda adları olan məşhurların ailə üzvləri, layihəni hazırlayacaq memarla sıx təmas halında olacaq, rəy və təkliflərini onlara bildirəcəklər.

Qeyd edək ki, məzarüstü abidələrin hazırlanması ilə bağlı elan edilən müsabiqədə iştirak etmək istəyən heykəltəraşlar sənədlərini, sentyabrın 18-dək İstanbul Böyük Şəhər Bələdiyyəsinə göndərməlidirlər.

Ülviyyə Həsənqızı

Mənbə: open.az