“Dünya tarixində hələ belə mədəniyyətsiz, əxlaqsız dövr olmayıb...”

“Dünya tarixində hələ belə mədəniyyətsiz, əxlaqsız dövr olmayıb...”

“Mənlik olsa, televiziyalarımızı hamilə qadılara qadağan edərəm”

Bu gün müğənni Akif İslamzadənin doğum günüdür. A.İslamzadə 1948-ci ildə Bakıda anadan olub.

A.İslamzadə

Moderator.az-a açıqlamasında doğum günüylə bağlı öz təəssüratlarını bölüşüb:

“Təbrikiniz üçün çox sağ olun. Cavanlıqda bir az bu günü təmtəraqla keçirmişik, amma indi öz ailəmin ətrafında onlarla birlikdə bu günü qeyd edəcəm. Belə gündə arzu edirəm ki, qarşıdan gələn çox böyük bəlalardan, təlatümlərdən Allah bizi qorusun, yazığı gəlsin. Bizi çox böyük bəlalar gözləyir. Axirətin bütün əlamətləri hamısı göz qarşısındadır. Dünya tarixində hələ belə mədəniyyətsiz, əxlaqsız dövr olmayıb. Arzu edirəm ki, Allah bundan da betərlərini mənə qismət etməsin, çünki heç görmək istəmərəm və heç o vaxta qədər də yaşamaram. Peyğəmbərlərin həcislərini oxuyun, orda hamısı var. Allah öz peyğəmbərləri ilə bizi agah edir ki, hazır olaq. Bizim isə necə hazırlaşmağımızı bilməyimiz üçün televiziyalarımıza baxmağımız bəs edir”.

A.İslamzadə televiziyalarımızda kifayət qədər bayağı verilişlərin olduğunu dilə gətirib:

“Ümumiyyətlə, dünyanın bütün telekanallarında pandemiya ilə bağlı verilişlərə baxdım. Fikirləşdim ki, dünya özü nədirsə, ədəbi-ərkanı, televiziyası da belə olmalıydı. Hamilə qadınlara deyirlər ki, televiziyada yaxşı verilişlərə baxın, bu ana bətnində olan uşağa da yaxşı təsir edir. Amma mənlik olsa, televiziyalarımızı hamilə qadılara qadağan edərəm. Bunu bir dəfə Ramiz Rövşən də deyib. Ümumiyyətlə, uşaqları, yeniyetmələri də qoymazdım bizim telekanallara baxsın. Hələ interneti demirəm. Hər kəsin əxlaqı nədirsə onunla efirə çıxır. Bunlar isə gözlənilən idi, belə də olmalıydı. İntellekt sıfır səviyyəsindədir, insanlarımız məlumatlanır, amma elm adlı şey yoxdur. Özünüzü, ailənizi qoruyun. Hamınıza təşəkkür edirəm”.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az