“Savadsız insanlar özlərini savadlı göstərmək istəyir” - Vasif Məhərrəmli + Video

“Savadsız insanlar özlərini savadlı göstərmək istəyir” - Vasif Məhərrəmli  + Video

Əməkdar artist Vasif Məhərrəmli sosial şəbəkədə tənqidi rəy yazanlar barədə danışıb.

Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan “Ən yaxşısı” verilişində qonaq olan ifaçı bəzi insanların sosial şəbəkələrdə özünü ağıllı göstərməyə çalışdığını deyib:

“Mən heç vaxt sosial şəbəkədə önümdə yeməklə şəkil paylaşmamışam. Hərdən mənə rəy yazırlar ki, “masa niyə boşdur?” Bu yaxınlarda Şamaxıya istirahətə getdik, orada restoranda dopu adlı yemək verdilər. Saxsı qabda olur, sındırıb yeyirlər. Mən də onu maraqlı olduğu üçün paylaşdım. Bəziləri yazdı ki, “bu nədir paylaşmısız, ayıbdır, ac olanlar var”. Bu gün savadsız insanlar özünü savadlı göstərmək istəyir, ağlı olmayan özünü ağıllı göstərmək istəyir. Bəzi insanlar da sosial şəbəkədə özünü ağıllı göstərməyə çalışır”.

Həmin görüntüləri təqdim edirik:

 

Mənbə: yenisabah.az