300 minlik saatını göstərməkdən doymadı - FOTOlar

300 minlik saatını göstərməkdən doymadı - FOTOlar

Bahalı saatlar taxmağı sevən türkiyəli aparıcı Burcu Əsmərsoy bu dəfə aksesuarının qiyməti ilə gündəmə gəlib.

Milli.Az "MediaPost"-a istinadən xəbər verir ki, italyan sevgilisi ilə yaxta tətilinə çıxan Burcu fotoları İnstaqram hesabında yerləşdirib.

Sənətçinin qolundakı 300 min lirə dəyəri olan (təxminən, 69 min 300 manat) saat diqqət çəkib. Onun bu saatla olan fotolarının sıxlıq təşkil etməsi diqqətdən yayınmayıb.

Qeyd edək ki, B.Əsmərsoy bundan öncə də 225 min lirəlik saatı ilə sosial mediada müzakirə olunmuşdu.

Milli.Az

Mənbə: news.milli.az