"Bayramda xərclik yığdım"

"Bayramda xərclik yığdım"

Müğənni Aleyna Tilki İstanbulun Bebek səmtində obyektivlərə tuş gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi jurnalistləri görərkən onlarla söhbət edib.

Tilki "Sürprizlərim var, çox az qaldı. Çox həyəcanlıyam. Ən böyük xəyalım dünya ulduzu olmaqdı, onunla bağlı işlər görürəm" deyib.

Bayramda xərclik topladığını etiraf edən müğənni "Bayram çox gözəl keçdi, qurbanımı da kəsdim. Bəxşiş də topladım" deyə, əlavə edib.

Mənbə: axsam.az