Maksim Qorki. Malva (hekayə)

Maksim Qorki. Malva (hekayə)

Dənizgülürdü.

Xəfif-xəfifəsən isti külək altında dəniz diksinir və günəşin gözqamaşdırıcı parlaq şüalarınıəks edən zərif dalğalarla örtülərək, gümüş kimi parıldayan minlərlə təbəssümləmavi səmaya gülümsəyirdi. Bir-birinin üstünə qalxa-qalxa qumlu dilin mailsahilinə çırpınan dalğaların şən şarıltısı dənizlə göy arasındakı mavi fəzayayayılırdı. Bu səs və dənizin xəfif dalğalarında min qat əks edən günəşinparıltısı canlı sevinclə dolu fasiləsiz hərəkətdə ahəngdar surətdə birləşirdi.Günəş nur saçdığı üçün məsud, dəniz də onun şən nurunu əks etdirdiyi üçün bəxtiyaridi.

Küləkdənizin atlas kimi parlaq köksünü nəvazişlə oxşayır, günəş onu isti şüaları iləisindirir, dəniz də bu incə nəvaziş altında mürgüləyə-mürgüləyə dərin nəfəs çəkərəkisti havanı şor buxar ətri ilə doldururdu. Bir-birini təqib edən yaşılımtıldalğalar sarı qum üzərinə tökülərək sahili ağ köpüklə örtür, köpük isti qum üzərindəyavaş-yavaş yayılır, əriyir, sahili isladırdı.

Dar,uzun dil sahildən uçub dənizə düşən yekə bir qülləyə bənzəyirdi. Sivri ucu ilədənizin günəşlə oynaqlaşan ucsuz-bucaqsız sularına sancılmış dilin başlanğıcıuzaqlarda, qaranlığa qərq olan isti yerlərdə gözdən itir, görünmürdü. Ordan əsənküləklə birlikdə ağır, anlaşılmaz və burda, dənizin təmiz suları arasında,aydın mavi səma altında həqarətli sayıla bilən bir qoxu yayılırdı.

Dilinbalıq pulları ilə örtülmüş qumlarına ağac payalar sancılmışdı, onların üstünə sərilmişbalıq torları, hörümçək toruna oxşayan kölgə salırdı. Bir neçə böyük və kiçikqayıq cırgı ilə qum üzərində durmuşdu; sahilə çırpınan dalğalar elə bil onlarıöz yanına çağırırdı. Qarmaqlar, avarlar, səbətlər və çəlləklər əliqəsiz şəkildəora-bura atılmışdı, onların arasında söyüd çubuqlarından, ağac qabığından və həsirdənhörülüb tikilmiş bir koma yüksəlirdi. Komanın qapısı qabağındakı düyünlü ağacınüstündə üzü aşağı keçə çəkmələr sallanmışdı. Ucunda qırmızı əski olan uzun birdirək bütün qarmaqarışıqlıq üzərində yüksəlir, külək əskini yellədiboyan-buyana çırpırdı.

Qrebenşikovunbalıq vətəgələrini qoruyan ön qaravul mövqeyinin keşikçisi Vasili Leqostyevqayıqlardan birinin kölgəsində uzanmışdı. O sinəsi üstə uzanmış, başını əlləriarasına almış və gözlərini dənizin uzaqlarda nazik zolaq kimi görünən sahilinəzilləmişdi. Orda, suların üzərində ara-sıra kiçik bir qaranöqtə görünürdü,Vasili bu nöqtənin get-gedə böyüyüb ona yaxınlaşdığını gördükcə sevinirdi.

Dalğalarüzərində şölələnən parlaq günəş şüalarından qamaşmış gözlərini qıyan keşikçi məmnunhalda gülümsəyirdi. Bu gələn Malvadır. O indi gələcək, qəhqəhə ilə güləcək,döşləri tamahsılandırıb ehtiras oyadaraq tərpənəcək, yumşaq əlləriylə onuqucaqlayıb marçıltıyla elə öpəcək ki, qağayıları ürküdəcək, orda – sahildə olantəzə xəbərləri bildirəcək. Onlar bir yerdə yaxşı balıq şorbası bişirəcək, araqiçəcək, qum üzərinə uzanıb söhbət edəcək və nazlana-nazlana sevişəcək, sonra,qaş qaralanda bir çaydan çay qaynadıb içəcək, dadlı qoğal yeyəcək və uzanıbyatacaqlar... Hər həftənin bazar günü vəbayram günləri belə keçirdi. O səhər tezdən ayağa qalxıb Malvanı sərinalaqaranlıqda hələ yuxulu dənizin kənarəna aparacaq. Qadın mürgüləyə-mürgüləyəqayığın dal tərəfində oturacaq, o isə Malvaya baxa-baxa avar çəkəcək. Bu zamanMalva gülməli, tox pişik kimi gülməli və sevimli olur. Bəlkə o skamyadanqayığın içinə sürüşüb düşəcək və orda yumaq kimi bükülüb yatacaq. O çox vaxtbelə edir...

Bugün isti hətta qağayıları da taqətdən salmışdı. Quşlar cərgə-cərgə qumluğaqonur, dimdiklərini açıb qanadlarını sallayır və ya dalğaların üzərindəçığır-bağır salmadan tənbəl-tənbəl yırğalanırdılar, həmişəki kimi oynaq və vəhşicəsinəqızğın deyildilər.

Vasiliyəelə gəldi ki, Malva qayıqda tək deyil. Olmaya Seryojka yenə ondan əl çəkmir?Vasili qumun üstündə ağır-ağır döndü, oturdu və əlini gözlərinin üstünə qoyubürəyi çırpına-çırpına diqqətlə baxmağa başladı ki, o biri adamın kim olduğunugörsün. Malva dal tərəfdə oturub qayığı idarə edirdi. Avarçı Seryojka deyildi,kimdisə yaxşı avar çəkə bilmirdi. Seryojka olsaydı Malva qayığı idarə etməzdi.

-Ey! – deyə Vasili səbirsizliklə qışqırdı.

Qumluqdakıqağayılar diksinib dikəldilər.

-Ey-hey... – deyə qayıqdan hay verən Malvanın cingiltili səsi eşidildi.

-Yanındakı kimdir?

Suala cavab olaraq gülüş səsi gəldi.

-Şeytan! – Vasili yavaşca söyüb tüpürdü.

O gələnadamın kim olduğunu öyrənməyə tələsirdi. Papiros eşə-eşə, diqqətlə avarçınınpeysərinə və kürəyinə baxırdı. Avarın zərbəsi altında ətrafa sıçrayan suyunşarıltısı havada eşidilir, qum keşikçinin yalın ayaqları altında xışıldayırdı.

OMalvanın gözəl üzündə həmişə gördüyü təbəssümü sezən kimi:

-Yanındakı kimdir? – deyə bir daha soruşdu.

-Bir az gözlə, görərsən. – Malva cavab verdi.

Avarçıüzünü sahilə tərəf çevirdi və o da gülə-gülə Vasiliyə baxdı.

Keşikçiqaşlarını çatıb yadına salmağa çalışdı – görəsən ona tanış gələn bu oğlankimdir?

-Avarı bərk tut! – Malva əmr etdi.

Sürətləirəliləyən qayıq, demək olar ki, dalğa ilə birlikdə yarıyadək qumun içinə girdivə yanı üstə əyilib dayandı, dalğa isə geri, dənizə çəkildi. Avarçı sahilətullandı və:

-Salam, ata! – dedi.

Vasilisevinməkdən çox heyrətlənərək boğuq səslə qışqırdı:

-Yakov!

Onlarqucaqlaşıb üç dəfə bir-birinin dodağından və yanağından öpdülər. vasilininüznüdə heyrət, sevinc və həyəcan əlamətləri bir-birinə qarışdı.

-Baxıram, baxıram... gözümə tanış gəlirsən... ürəyim də sakit durmur... Ay sənənə deyim! Səndən nə əcəb? Gör də! Baxıram, deyirəm görəsən bu Seryojkadır? Yox,görürəm Seryojka deyil. Demə bu sənsənmiş!

Vasilibir əliylə saqqalını tumarlayır, o biri əlini havada yellədirdi. O Malvayabaxmaq istəyirdi, amma oğlunun gülümsəyən gözləri üzünə zillənmişdi, bu gözlərinparıltısı önündə özünü narahat hiss edirdi. Belə qıvraq, gözəl oğlu olduğu üçünrazılıq hissi və aşnasının burda olmasından doğan sıxıntı hissi daxilindəbir-biriylə çarpışırdı. O Yakovun qabağında dayanıb bir ayağını götürür, obirini qoyur və cavab gözləmədən, bir-birinin dalınca sual verirdi. Başındabütün fikirlər qarışıb dolaşmışdı. Malva istehzalı bir əda ilə:

- Səndə... Şadlığına şitlik eləmə! Apar bunu komaya, nəyin varsa, qoy qabağınayesin... – deyəndə o xüsusilə pis hala düşdü.

VasiliMalvaya tərəf döndü. Malvanın dodaqlarında bu vaxtadək görmədiyi istehzalı birtəbəssüm gördü, qadın həmişə olduğu kimi dolğun, incə və sağlam idi, lakin eynizamanda başqa, yad bir adam kimi görünürdü. O yaşılımtıl gözləri ilə gah ataya,gah oğula baxır və ağ, xırda dişləri ilə qarpız tumu çırtlayırdı. Yakov da təbəssümləonlara baxırdı. Vasili üçün heç də xoş olmayan bir neçə saniyə ərzində üçü dəsusdu.

-İndi gəlirəm! – deyə Vasili birdən tələsə-tələsə komaya tərəf yönəldi. – Sizgünün altından çəkilin, mən də gedim su gətirim... Balıq şorbası bişirəcəyik!Yakov, səni elə balıq şorbasına qonaq eədəcəyəm ki! Siz belə... rahatlanın, mənbu dəqiqə gəlirəm.

O,komanın yanında yerə atılmış qazanı götürüb yeyin-yeyin balıq torları olan tərəfəgetdi və boz torların yığınları arasında gözdən itdi.

Malvailə Vasilinin oğlu komaya tərəf getdilər.

MalvaYakovun iri cüssəsini çəpəki gözdən keçirərək:

- Hə,yaxşı oğlan, axır ki səni atanın yanına gətirib çıxartdım. – dedi.

O,qıvrım tünd qumral saqqal basmış üzünü qadına doğru çevirdi və gözləriişıldaya-işıldaya dedi:

- Hə,gəlib çıxdıq... Yaxşı yerdir. Gör dəniz necə gözəldir!

- Dənizinucu-bucağı yoxdur... Atanı necə görürsən? Çox qocalıb?

- Oqədər də yox. Mən elə bilirdim o lap çallaşıb, amma çal tükləri çox azdır...Özü də qıvraqdır...

-Deyirsən, haçandır görüşməmisiniz?

-Beş il olar... O kənddən gedəndən bu yana. O vaxt on yeddi yaşım təzə olmuşdu.

Onlarhavası ağır və həsirlərindən şor balıq qoxusu yayılan komaya girdilər, Yakovbir yoğun tir parçası üstündə, Malva isə çapçaq yığını üstündə oturdu. Onlarınarasında köndələninə kəsilmiş çəllək vardı, ağzı aşağı çevrilmiş bu çəlləkstolu əvəz edirdi. Onlar oturub dinməz-söyləməz bir-birinə baxdılar.

-Deməli, burda işləmək istəyirsən? - deyəMalva soruşdu.

- Hə...Ancaq bilmirəm. Bir iş olsa işləyərdim.

-Bizdə iş tapılar! – deyə Malva yaşıl, sirli bir şəkildə qıyılmış gözlərini onazilləyib inamla vəd etdi.

O tərliüzünü köynəyinin qoluyla silirdi, qadına baxmırdı.

Qadınbirdən gülməyə başladı.

-Anan yəqin ki, səninlə atana tapşırıqlar vəsalam göndərib, hə?

Yakovqadına baxdı, qaş-qabağını sallayıb qısaca dedi:

- Məlumməsələdir... Nə olub ki?

-Heç...

Onungülüşü Yakova xoş gəlmədi, sanki qadın bu gülüşlə ona sataşırdı. Oğlan üzünü buyana döndərdi və anasının tapşırıqlarını xatırladı.

Anasıonu kənd yoluna ptürüb çəpərə söykənmiş və quru gözlərini tez-tez qırparaqyeyin-yeyon demişdi:

-Yaşa, sən ona de ki... Allah xatirinə, de ki, ay ata!.. Anam orda yalqız qalıb,lap tək qalıb... beş il keçib, o hələ də lap yalqızdır. Qocalır axı!..Yakovuşka, sən allah ona de. Çox çəkməz anam lap qocalar... həmişə dəyalqız,yapyalqız!.. Hey işləyir. Allah xatirinə, sən ona de...

Sonrasəssizcə ağlamağa başlayıb üzünü döşlüyü ilə örtmüşdü.

Ozaman Yakovun anasına yazığı gəlməmişdi, indi isə gəlirdi... O Malvaya baxıbqaşlarını acıqla çatdı.

Bir əlindəbalıq, o biri əlində bıçaq tutub komaya girən Vasili:

-Budur ha, mən də gəldim! – deyə səsləndi.

O,artıq pərtliyini öz içində gizlədə bilmişdi, indi onlara sakit nəzərlə baxır,ancaq hərəkətlərində ona məxsus olmayan təlaş, vurnuxma görünürdü.

- Busaat ocağı yandırıb yanınıza gələrəm. Söhbət edərik. Ah, Yakov, hə?

Yenəkomadan çıxıb getdi.

Malvaelə hey tum çırtlayır, heç utanmadan Yakovu gözdən keçirdir, Yakovsa ona baxmaqistəsə də, baxmamağa çalışırdı.

Sonrao susub dayanmaqdan sıxıntı çəkdiyi üçün dedi:

-Dağarcıq axı qayıqda qalıb. Gedim götürüm.

Yavaş-yavaşyerindən qalxıb bayıra çıxdı, onun əvəzinə Vasili komaya girdi və Malvaya tərəfəyilib tələsik və hirslə danışmağa başladı:

-Yaxşı, sən niyə bununla gəlmisən? Mən sənin barəndə ona nə deyim? Mənim nəyimsən,kimimsən?

Malvaqısa cavab verdi:

- Gəlmişəm,qurtarıb gedib!

-Eh... Fərasətsiz arvad! İndi nə edəcəyəm? Sən də birdən-birə... onun gözünəsoxuldun... Evimdə arvadım var, onun anasıdır!.. Sən bunu başa düşməli idin!

Malvayaşıl gözlərini etinasızlıqla qıydı:

-Başa düşmək mənə çox lazımmış! Mən ondan qorxuram nədir? Ya bəlkə səndənqorxuram? Bayaq sən onun qabağında necə fırlanırdın? Baxırdım, məni gülməktuturdu.

- Səninüçün gülməlidir! Bəs mənim halım necə olacaq?

- Sənbu haqda əvvəlcədən düşünməliydin!

-Hardan biləydim ki, günlərin bir günü o qəflətən dənizdən zahir olacaq?

QumYakovun ayaqlarının altında xışıldadı, onlar söhbəti kəsdilər. Yakov gətirdiyiyüngül dağarcığı bir küncə tulladı və acıqlı gözləriylə qadına çəpəki baxdı.

Qadınhəvəslə tum çırtlayırdı, Vasili isə tir parçasının üstündə oturdu, dizləriniovxalayıb təbəssümlə sözə başladı:

-Deməli gəlib çıxdın... Necə oldu ki, bu sənin ağlına gəldi?

- Eləbirdən... Biz sənə yazmışdıq axı...

- Nəvaxt? Mən məktub-zad almamışam.

-Yox-a! Amma biz yazmışdıq.

-Görünür məktub arada itib. – Vasili pərt halda dedi. – Görürsənmi, andır... hə?Lazım olanda itir.

Yakovatasına inanmadığını bildirən nəzərlərlə baxıb:

-Deməli, sən bizim iş-gücümüzdən bixəbərsən? – deyə soruşdu.

-Hardan axı? Mən məktub almamışam.

OndaYakov dedi ki, atımız gəbərib, taxıl hələ fevralın əvvəlində bütünlüklə yeyilibqurtarıb, bir iş, gəlir yeri də yoxdur. Ot da çatışmadı, inək az qala aclıqdanöləcəkdi. Aprel ayınacan birtəhər keçindilər, sonrasa belə bir qərara gəldilər:şum işlərindən sonra Yakov bir az pul qazanmaq üçün üç aylığa atasının yanınagetsin. Bu barədə Vasiliyə məktub yazdılar, sonra üç qoyun satıb puluna bir aztaxıl və ot aldılar, axırda Yakov yola düzəlib bura gəldi.

-Gör nələr olub! – Vasili dedi. – Deməli be-lə... Bəs... siz necə... mən sizinüçün pul göndərmişdim axı.

- Nəpul idi ki? Komanı təmir etdik... Mariyanı ərə verdik... Mən kotan aldım... Axıaradan beş il keçib!

- Hə-ə!Deməli çatmadı. Belə işlər... Şorba daşıb-eləyər! – O ayağa durub tez komadançıxdı.

Vasilibalaca tonqalın qabağında çöməlib oturdu, tonqalın üstündə asılan qazanqaynayır, şorbanın köpüyü daşır, odun üstünə tökülürdü. Vasili fikrə getdi.oğlunun dedikləri ona çox da təsir etməmiş, lakin qəlbində Yakova və arvadınaqarşı pis bir duyğu oyatmışdı. O beş il ərzində onlar üçün nə qədər pul göndərib,onlarsa bir təsərrüfatın öhdəsindən gələ bilməyiblər! Malva olmasaydı Yakovabir neçə söz deyərdi. Özbaşına, atasının icazəsi olmadan kənddən durub gəlib –bunu ağlı kəsib, - amma təsərrüfatın öhdəsindən gələ bilməyib! Bu günəcən xoş vəasudə həyat keçirdən Vasilinin çox gec-gec xatırladığı təsərrüfat indi birdən-birədibsiz quyu kimi, həyatında lüzumsuz, gərək olmayan bir şey kimi özünü onunyadına salırdı, bu quyuya o nə qədər pul tökmüşdü! Şorbanı qaşıqlabulaya-bulaya ah çəkdi.

Günəşinşəfəqi altında balaca tonqalın odu miskin, solğun görünürdü. Tonqaldan qalxanmavi, şəffaf tüstü dənizə doğru, dalğaların sıçrantılarına tərəf uzanıbgedirdi. Vasili tüstünün cərəyanına göz yetirir və daha güzəranının yaxşı keçməyəcəyi,əvvəlki kimi sərbəst ola bilməyəcəyi haqda düşünürdü. Yəqin ki, Yakov buMalvanın kim olduğunu artıq başa düşüb.

Malvaisə komada oturub qızmış, çağıran və arası kəsilmədən gülümsəyən gözləri iləoğlanı karıxdırırdı.

- Yəqinki, kənddə adaxlını buraxıb bura gəlmisən? – deyə o Yakovun üzünə baxıbsoruşdu.

- Bəlkədə buraxıb gəlmişəm. – Yakov könülsüz cavab verdi.

Qadınsaymazyana soruşdu:

-Gözəldir?

Yakovdinmədi.

-Niyə dinmirsən? Məndən yaxşıdır, ya yox?

Oğlanbaxmaq istəmədiyi halda onun üzünə baxdı. Qadının dolğun yanaqları qarabuğdayırəngə çalır, bir az aralı-abdar dodaqları məğrur təbəssümlə titrəyirdi. Çəhrayıçitdən tikilmiş yaraşıqlı koftasının altından yupyumru çiyinlərinin və qabarıqdöşlərinin çevrələri görünürdü. Lakin Malvanın işvəli bir əda ilə qıyılmışyaşıl, gülən gözləri onun xoşuna gəlmirdi.

O buqadınla ciddi danışmaq istəyirdi, amma köksünü ötürüb yalvarıcı səslə dedi:

- Sənniyə belə danışırsan?

- Bəsnecə danışmaq lazımdır? – deyə qadın gülməyə başladı.

- Hələgülürsən də... Nəyə gülürsən?

- Sənəgülürəm...

Oincik halda:

- Mənsəninçün nəyəm? – deyə soruşdu və qadının baxışı altında yenə gözlərini yerədikdi.

Malvacavab vermədi.

Yakovbaşa düşürdü ki, bu qadın atasının aşnasıdır, buna görə də Malva ilə sərbəstdanışa bilmirdi. Başa düşür, amma heyrətlənmirdi, eşitmişdi ki, kənar peşələrdəçalışan adamlar çox işlərdən çıxır, çox şuluq edirlər, həm də anlayırdı ki,atası kimi sağlam kişi üçün bu qədər vaxtı qadınsız keçinmək çətin olardı.Lakin buna baxmayaraq, o həm qadının, həm də atasının qabağında sıxıntı çəkirdi.Sonra öz anasını, orda, kənddə qalmış üzgün, deyingən, yorulmadan işləyənqadını xatırlayırdı...

Vasilikomaya girib dedi:

-Şorba hazırdır! Malva, qaşıqları gətir görək!

Yakovatasına baxıb düşündü:

"Qadınqaşıqların harda olduğunu bilirsə, deməli onun yanına tez-tez gəlir!”

Malvaqaşıqları götürüb dedi ki, onları yumaq, həm də qayıqdakı arağı gətirməklazımdır.

Ataylaoğul onun salınca baxdılar və təkbətək qalıb susdular.

- Sənona necə rast gəldin? – Vasili soruşdu.

-Kontorda səni soruşurdum, o da orda idi... Dedi ki: "Qumluqda piyada getməkdənsə,gəl min qayığa, bir yerdə gedək, mən də ora gedirəm.” Qayığa minib gəldik.

- Hə-ə...Hərdən fikirləşirdim ki, Yakov indi görəsən necədir?

Oğulatasının üzünə baxıb mehribanlıqla gülümsədi, bu təbəssüm Vasiliyə cəsarətverdi.

- Hə...arvad deyəsən bəd deyil, hə?

Yakovgözlərinin qırpıb:

-Pis deyil. – deyə qeyri-müəyyən bir cavab verdi.

Vasiliəl-qolunu ata-ata dedi:

- Abala, nə edəsən, necə dolanasan? Mən əvvəlcə dözürdüm, sonra gördüm ki, olmur!Alışmışam... Evli adamam. Heç olmasa paltarımı yamayır, başqa işləri görür...Ümumiyyətlə... eh, nə edəsən! Ölümdən qaçmaq mümkün olmadığı kimi, arvaddan daqaçmaq olmur! – Vasili izahatını səmimiyyətlə qurtardı.

Yakovdedi:

- Mənənə var? Bu sənin öz işindir. Səni mühakimə edə bilmərəm.

Ammaözü düşündü:

"Beləbir arvad sənin üçün tuman yamayacaq...”

Vasilidavam etdi:

-Bundan başqa, mənim cəmi qırx beş yaşım var... onun üçün az bir şey xərcləyirəm...arvadım deyil ki.

-Əlbəttə. – Yakov razılaşsa da düşündü ki: "Bəlkə də cibini tərtəmiz təmizləyir.”

Malvagəldi, bir şüşə araq və bir bağlama krendel gətirdi. Oturub balıq şorbasını yeməyəbaşladılar. Dinmədən deyir, sümükləri bərkdən sorur və tüpürüb qapınınağzındakı qumun üstünə atırdılar. Yakov çox və acgözlüklə yeyirdi, bu da deyəsənMalvanın xoşuna gəlirdi. O Yakovun gündən qaralmış yanaqlarının köpdüyünə, yekəyaş dodaqlarının tez-tez tərpənməsinə baxaraq mehriban-mehriban gülümsəyirdi.Vasili yaxşı yemir, amma özünü qızğın yeyirmiş kimi göstərməyə çalışırdı, beləliklə,Yakovla Malvaya hiss elətdirmədən onlara qarşı olan münasibətini hərtərəflidüşünmək istəyirdi.

Musiqikimi qulaqları oxşayan dalğaların xoş təranəsini, qağayıların vəhşicəsinə səslərieşidilməz edirdi. İsti getdikcə azalır, bəzən komaya dəniz qoxusu ilə dolu sərinyel əsirdi.

Dadlıbalıq şorbası ilə araqdan sonra Yakovun gözləri xumarlandı. O sarsaq-sarsaqgülümsəyir, hıçqırır, əsnəyir və Malvaya elə baxırdı ki, Vasili özünü saxlayabilməyib dedi:

-Yaşutka, sən burda yat, çay hazır olanacan rahatlan. Sonra biz səni oyadarıq.

-Olar. – Yakov razılaşıb qapçaqların üstünə uzandı. – Bəs siz hara gedirsiniz?Ha-ha!

Bugülüşdən pərt olan Vasili tələsik bayıra çıxdı, Malva isə dodaqlarını büzübqaşlarını çatdı və:

- Səninnəyinə lazım biz hara gedirik? Sən nəsən? Sən hələ bəbəsən, oğlan!.. – deyəcavab verdi.

Yakovonun dalınca baxıb:

- Mən?– dedi. – Elə olsun. Dayan hələ-ə... Mən kim olduğumu sənə göstərərəm. Gör nə arvaddır!

Obir az da donquldandı, sərxoşluq və toxluqdan qızarmış üzündə təbəssümyuxuladı.

Vasiliquma üç qarmaq sancdı, onların üst uclarını çatıb üstünə həsir saldı və beləlikləkölgəlik düzəldib orda uzandı, əllərini başının altına qoyub göyə baxmağa başladı.Malva onunla yan-yana qumun üstündə oturanda, o üzünü arvada tərəf çevirdi.Arvad onun üzündən incidiyini və narazı olduğunu gördü.

Malvagülə-gülə soruşdu:

- Nəvar? Deyəsən oğlunun gəlməsinə çox da şad deyilsən.

Vasiliqaş-qabağını salladı:

-Gördün ki... mənə gülür... sənin üstündə...

- Nə?Mənə görə? – Qadın işvəli bir əda ilə heyrətləndi.

- Bəsnecə?

-Ah, yazıq. İndi nə edək? Bəlkə bundan sonra yanına gəlməyim? Yaxşı, gəlmərəm.

-İfritəyə bax-a! – Vasili onu danlamağa başladı. – Eh, adamlar! O da mənə gülür,sən də... Amma siz mənim ən yaxın adamlarımsınız. Nəyə görə gülürsünüz? Şeytanbalaları!

Vasiliüzünü yana çevirib susdu.

Malvadizlərini qucaqlayıb parıldayan şən, oynaq dənizi yaşıl gözləri ilə seyr edərək yavaş-yavaş yırğalanır və öz gözəlliyininqüdrətini anlayan qadında tükənməz olan müzəffər təbəssümlərdən biriylə gülümsəyirdi.

Biryelkən gəmisi, boz qanadlı yöndəmsiz quş kimi su üzündə süzə-süzə üzürdü.Sahildən çox uzaqlarda görünən bu gəmi daha uzaqlara, dənizlə göyün birləşdiyimavi sonsuzluğa doğru gedirdi.

-Niyə susmusan? – Vasili soruşdu.

-Fikirləşirəm. – Malva dedi.

- Nəbarədə?

- Elə-belə.– deyə o qaşlarını çəkdi və bir az susandan sonra əlavə etdi. – Sənin oğlunqoçaq oğlandır.

- Sənənə? – Vasili qısqanclıqla dedi.

-Niyə ki, bunun mənə də dəxli var.

-Çaşma ha! – Vasili qadına şübhə ilə dolu sərt nəzər saldı. – Sarsaqlama! Məndinc adamam, amma məni hirsləndirmə! Bildin?

Odişlərini qıcayıb yumruğunu düyünlədi və sözünə davam elədi:

- Sənbu gün gələn kimi, nədənsə birdən-birə oyun çıxartmağa başladın. Mən hələ bununsəbəbini başa düşmürəm... Amma başa düşərəm, işin xarab olar! Sənin təbəssümündə başqa cürdür, başqa ədaların da... Mən də siz arvadlarla rəftar etməyibacarıram.

Qadınona baxmadan laqeydliklə dedi:

- Sən,Vasya, məni qorxutma.

-Onda oyun çıxartma.

- Səndə qorxutma...

Vasiliqəzəbləndi:

-Şuluq eləsən lap döyərəm də...

Qadınona tərəf dönüb həyəcanlı üzünə maraqla baxdı.

-Döyərsən?

- Sənqraf arvadı-zadsan? Lap əzişdirərəm də...

- Mənsənin arvadınam-nəyəm? – deyə Malva öyüdverici tərzdə sakitcə soruşdu və cavabgözləmədən sözünə davam etdi. – Arvadını boş-boş şeylər üstündə döyməyə adət eləmisən,elə bilirsən məni də döyə bilərsən? Xeyr-a! Mən də özüm üçün xanımam, heç kimdəndə qorxmuram. Amma sən, odur ey, öz oğlundan da qorxursan. Bayaq onun qabağındanecə quyruq bulayırdın? Lap biabırçılıq idi. Hələ məni hədələyirsən də!

Malvanifrətlə başını buladı və susdu. Onun laqeyd, saymazyana dediyi sözlərVasilinin hirsini soyutdu. O Heç vaxt Malvanın belə gözəl olduğuna fikir verməmişdi.

O həmhirslə, həm də fərəhlə qadına baxıb dedi:

-Özündən çıxdı, qarıldamağa başladı.

-Onu da sənə deyim ki, sən öyünə-öyünə Seryojkaya demisən ki, adam çörəksizyaşaya bilmədiyi kimi, mən də sənsiz yaşaya bilmirəm. Sən belə sözləri nahaqdeyirsən! Bəlkə mən səni heç sevmirəm və bura sənə görə gəlmirəm? – O əlini ətrafdagəzdirdi. – Bəlkə bu yerlər boş olduğu, dənizlə göydən başqa heç nə görünmədiyi,burda alçaq adamlar olmadığı üçün xoşuma gəlir? Sən burda varsan ya yoxsan – mənimçünheç bir fərqi yoxdur. Bu yerpulu kimi bir şeydir... Seryojka olsaydı, onunyanına gələrdim, sənin oğlun olsa, onun da yanına gələrəm... Sizin heç birinizolmasaydı daha yaxşı olardı... Sizdən zəhləm gedir! Bu gözəllik ki məndə var, həmişəistədiyim kişini seçə bilərəm...

-Gör nə deyir! – Vasili vəhşicəsinə fışıldadı və birdən onun boğazından yapışdı.– Sənin başında belə fikirlər varmış?!

Oqadını silkələyirdi, ancaq qadın – üzü pul kimi qızarmış və gözləri qanladolmuşdusa da, özünü müdafiə etmirdi. O ancaq əllərini boğazından yapışıb onuboğan əlin üstünə qoymuşdu və inadla Vasilinin üzünə baxırdı.

Vasiligetdikcə daha da qeyzlənirdi:

- Səninbaşında belə fikirlər varmış?! – deyə xırıldayırdı. – Bəs niyə dinmirdin, niyədinmirdin, niyə demirdin, satqın arvad! Bəs niyə məni qucaqlayırdın,oxşayırdın?.. Sənin atanı yandıracağam!

Oqadının başını aşağı əydi və boynuna ləzzətlə iki yumruq vurdu. Ağır yumruğuqadının boynuna dəydikcə xoşhallanırdı.

- Alpayını... İndi necəsən, ilan? – Vasili sevinə-sevinə soruşdu və onu qırağaatdı.

Qadınuf da demədi, sakitcə dalı üstə yıxıldı. O saçı pırtlaşmış və üzü qızarmışhalda da gözəl idi. Yaşıl gözləri kirpiklərinin altından kişiyə soyuq nifrətləbaxırdı. Lakin Vasili həyəcandan ləhləyir və acığını tökdüyündən xoşlanırdı,qadının baxışını görmürdü. Sonra qalib nəzərlərlə ona baxanda gördü ki, qadıngülümsündü, ətli dodaqları tərpəndi, gözləri işıldadı, yanaqlarında qəşəngbatıqlar əmələ gəldi. Vasili heyrətlə ona baxdı.

Oqadının qolunu kobudluqla dartdı.

- Nəolub sənə, gülürsən! Şeytan. – deyə qışqırdı.

-Vaska! Məni döyən sən idin? – Qadın lap asta səslə soruşdu.

- Bəskim idi? – Vasili heç nə anlamadan və nə edəcəyini bilmədən qadına baxdı. Onubir də vursun? Lakin Vasilinin hirsi artıq soyumuşdu, arvadı vurmağa əliqalxmırdı.

-Demək, məni sevirsən? – Malva soruşdu. Qadının pıçıltısı onu coşdurdu.

Vasiliqaş-qabağını salladıb dedi:

-Eybi yoxdur, sənə belə lazımdır!

-Axı mən fikirləşirdim ki, sən daha məni sevmirsən. Öz-özümə deyirdim: "İndioğlu yanına gəlib... o daha məni qovacaq...”

Malvaqəribə şəkildə, çox bərkdən qəhqəhə çəkib gülməyə başladı.

Vasilidə gülümsəyib dedi:

-Axmaq! Oğlum mənə qayda-qanun öyrədəcək?

Vasiliqadından utanır və ona yazığı gəlirdi, lakin onun sözlərini xatırlayıb yenə sərtdanışmağa başladı:

-Oğlumun bura nə dəxli var? Səni döydümsə, özün müqəssirsən. Məni hirsləndirməyəydin.

- Mənaxı qəsdən belə eləyirdim. Səni sınayırdım... – Malva çiyniylə ona qısıldı.

-Sınayırdın? Nəyi sınayırdın? Sınadın, buyur, nəticəsini də gördün.

- Eybiyoxdur. – Malva gözlərini qıyıb inamla dedi. – Mən acıqlanmıram. Axı sən sevə-sevədöyürdün? Mən də bunun əvəzini səndən çıxardacağam. – Düz Vasilinin gözününiçinə baxdı və səsini alçaldıb təkrar elədi. – Ah, necə çıxacağam...

Vasilibu sözlərlə qadının nə vəd etdiyini anladı, xoşuna gələn bu vəd onu ləzzətlibir həyəcana gətirdi. Gülümsəyib soruşdu:

-Necə çıxardacaqsan? De görüm, necə?..

Malvasakitcə:

-Görərsən. – dedi, amma dodaqları titrədi.

Vasilivurğun adamın ehtiraslı əlləriylə qadını qucaqlayıb bərkdən sıxdı:

-Eh, mənim əzizim. Bilirsən, döyəndən sonra mənim üçün daha əziz oldun. Doğrudanda! Daha doğma oldun... Yoxsa necə?

Qağayılaronların başı üzərində uçurdu. Dənizdən əsən xoş külək, dalğalarınsıçrantılarını onların lap yanına səpələyirdi, dənizin sakitləşməyən gülüşü isədaim eşidilirdi.

-Eh, günümüz-güzəranımız! – Vasili ona qısılan qadını dalğınlıqla oxşayıb rahatnəfəs aldı. – Gör dünyada işlər necə qurulub: nə günah sayılırsa, o şirin olur.Amma sən heç nəyi başa düşmürsən... Bəzən həyat barəsində fikirləşirəm: mənilap dəhşət basır! İllah gecələr... yuxum qaçanda... Baxırsan, qabağında dəniz,başının üstündə göy, ətraf elə qaranlıqdır ki, dəhşətə gəlirsən... sən də burdatək-tənha. Onda özün özünə elə balaca, xırda görünürsən ki... elə bil altındakıyer tərpənir, yerin üstündə də səndən başqa heç kim yox imiş. Heç olmasa eləvaxtlarda sən yanımda olaydın... necə olmasa da ikilikdə...

Malvagözlərini yumub onun dizlərinin ütsündə uzanmışdı, susurdu. Vasili kobudtəhər,lakin mehriban, gün və küləkdən qaralıb qəhvəyi rəng almış üzünü qadına tərəf əymişdi,onun bozarmış yekə saqqalının tükləri Malvanın boynunu qıdıqlayırdı. Qadınqımıldanmır, ancaq dpşün müntəzəm surətdə qabarıb yatırdı. Vasili gah dənizəgöz gəzdirir, gah lap yaxında – gözləri önündə olan döşlərə baxırdı. Qadınındodaqlarından öpməyə başladı, tələsmədən, elə marçıldada-marçıldada öpürdü ki,elə bil isti və yağlı sıyıq yeyirdi.

Onlarbeləcə üç saatadək vaxt keçirtdilər. Günəş dənizə tərəf enməyə başlayandaVasili cansıxıcı tərzdə dedi:

- Hə,gedim çay qaynadım. Tezliklə qonaq da oyanar.

Malvaxoşhallanmış pişik kimi qırağa çəkildi, Vasili kpnülsüz halda ayağa qalxıbkomaya tərəf getdi. qadın kirpiklərini azacıq qaldırıb onun dalınca baxdı vəağır yükü dalından atan adam kimi dərin nəfəs aldı.

Sonraüçü də tonqalın ətrafında oturub çay içdilər.

Günəşdənizi qürubun əlvan rəngləri ilə boyamışdı, yaşılımtraq dalğalar firfir vəinci kimi par-par parıldayırdı.

Vasiliağ saxsı qabdan qurtum-qurtum çay içə-içə kəndin vəziyyəti haqqında oğlunasuallar verir, özü kəndi xatırlayır, Malvasa onlara qulaq asırdı.

-Deməli, kəndlilər dolanır?

-Birtəhər dolanırlar. – Yakov cavab verdi.

-Biz kəndlilərə nə lazımdır? Bir koma, bol çörək, bir də bayramlarda bir stəkanaraq. Ancaq bu da yoxdur. Evdə dolanmaq mümkün olsaydı, mən heç buralara gələrdim?Kənddə özün öz başının ağasısan, hamıya bərabər adamsan, amma burda npkərsən...

-Orası da var ki, burda iş daha yüngül, gəlirsə daha çox olur...

-Yox, elə deyil! Hərdən adamın bütün sümükləri sızıldayır. Həm də burda başqasıüçün işləyirsən, ordasa özün üçün.

-Amma işləyib daha çox qazanc əldə edərsən. – Yakov sakitcə etiraz etdi.

Vasiliözlüyündə oğlunun dəlilləri ilə razılaşırdı, kənddə həyat və iş bura nisbətdəxeyli ağır idi, lakin o nədənsə istəmirdi ki, Yakov bunu bilsin. Buna görə də sərttövrlə dedi:

- Sənburanın qazancını hesablayıb eləmisən? Kənddə, bala...

-Zindan kimi: həm qaranlıq, həm də darısqal. – Malva da sözə qoşulub gülümsədi.– Arvadların güzəranı daha ağırdır. Gecə-gündüz ağlayırlar.

-Arvadların güzəranı hər yerdə birdir. Hər yerdə də bir işıq, bir günəş var. –Vasili qadına baxıb mısmırığını sallatdı.

- Sənyalan deyirsən! – Malva dirçəldi, həyəcanla dilləndi. – Kənddə mən istəsəm də,istəməsəm də ərə getməliyəm. Ərə gedən arvad isə həmişəlik qul olur, kənizolur. Taxıl biç, iplik əyir, mal-qaraya bax, hələ üstəlik uşaq da doğ...Özünçün nə qalır? Bircə ərinin kötək və söyüşləri.

- Təkcəkötək deyil. – Vasili onun sözünü kəsdi.

Qadınsaona qulaq asmırdı:

-Burdasa heç kimin ixtiyarında deyiləm. Qağayı kimi istədiyim yerə uçub gedərəm.Heç kəs qabağımı kəsmir... Heç kəs mənə toxunmur...

- Bəstoxunsa necə? – Vasili gülümsəyib xatırladıcı tonla dedi.

- Əvəziniçıxardaram! – Qadın yavaşdan dedi və bayaqdan qığılcım saçan gözləri elə bilsöndü.

Vasilimərhəmətli əda ilə gülməyə başladı:

- Aysəni! Zirəksən, diribaşsan, amma zəifsən. Cəfəng danışırsan. Kənddə arvadyaşayış üçün gərəkli adamdı... Burda isə elə-belə, ancaq kef üçün yaşayır. –Bir az susub əlavə elədi. – Adamları günaha batırmaq üçün.

Onlarınsöhbəti kəsiləndə Yakov köks ötürüb dalğın-dalğın dedi:

- Eləbil bu dənizin axırı, ucu-bucağı yoxdur...

Üçüdə dinmədən qabaqlarındakı dənizə baxdılar.

Yakovəlini güniş açıb dənizi göstərdi:

- Budənizin tutduğu yer torpaq olsaydı, həm də qara torpaq! Şumlanıb əkilsəydi!

Vasilimehribanlıqla gülə-gülə dedi:

-Bunun arzusuna bax!

Onunsözlərindən oğlunun torpağa bağlı olduğunu duyan Vasilinin ürəyi açıldı, fikirləşdiki, bəlkə də Yakovun bu sevgisi, tezliklə onu sərbəst peşə həyatının cazibələrindənayırıb təkidlə geriyə, kəndə çağıracaq. Vasili isə burda Malvayla tək qalacaq vəhər şey köhnə qaydasayla gedəcək...

-Yakov, sən bunu yaxşı dedin. Kəndli belə də olmalıdır. Kəndlinin gücü elətorpaqdadır. Nə qədər ki, o torpağın üstündədir, yaşayacaq. Elə ki torpaqdanayağı üzüldü – işi bitdi! Torpaqsız kəndli köksüz ağac kimi bir şeydir. İşəyarayırsa da, çox yaşaya bilmir, çürüyür. Meşə gözəlliyi də qalmır, gəmirilmiş,yonulmuş hala düşür, gözə də görünmür! Yakov, sən yaxşı sözlər dedin.

Dənizgünəşi öz dərinliklərinə çəkir, onu qürubun son şüalarının gözəl, əlvan rəngləriilə bəzənmiş dalğalarının musiqi kimi səslənən şarıltıları ilə qarşılayırdı. Həyatyaradan işığın ilahi mənbəyi, öz parlaq boyalarının mənalı, ifadəli ahəngdarlığıilə dənizdən ayrılır, onunla vidalaşırdı ki, ona diqqətlə baxan üç adamdanuzaqlarda, yuxulu torpağı oyandırsın.

VasiliMalvaya müraciət etdi:

-Günün batmağına baxanda ürəyim əriyir. Vallah, düz deyirəm.

Qadındinmədi. Əngin dənizə dalğın-dalğın baxan Yakovun göy gözləri gülümsəyirdi.Onların üçü də ora, günün son dəqiqələri sönən yerə uzun müddət dalğın-dalğınbaxdılar. Qabaqlarında tonqalın közləri tüstülənə-tüstülənə yanırdı. Arxa tərəfdəgecənin qaranlığı göy üzünü bürüyürdü.Sarı qum qaralır, qağayılar artıq görünmürdü, ətrag sakitləşir, sanki boş bir xəyaladalırdı... Hətta sakitləşməyən dalğalar da dilin sahil qumların çırpılanda,gündüzkü kimi şən səslə şırıldamırdı.

Malvadedi:

- Mənniyə oturmuşam? Getmək lazımdır.

Vasiliözünü yığıb oğluna baxdı.

-Hara tələsirsən? – narazılıqla mırıldandı. – Bir az da dayan, indi ay daçıxar...

- Aymənim nəyimə lazımdır? Mən qorxmuram, birinci dəfə deyil ki, burdan gecə çıxıbgedirəm.

Yakovatasına baxdı, istehzalı təbəssümünü görməsinlər deyə gözlərini qıydı. SonraMalyava baxdı, o da Yakova baxırdı. Oğlan pərt oldu.

Vasilinarazı və qüssəli halda dedi:

-Yaxşı, nə deyirəm, get!

Qadınayağa durub sağollaşdı, dilin sahiliylə yavaş-yavaş getməyə başladı. Dalğalaronun ayaqlarına yaxınlaşır, sanki onunla oynaqlaşırdı. Göydə ulduzlar – səmanınqızıl çiçəkləri parıldayır, sayrışırdı. Malvanın əlvan koftası, onun dalıncabaxan Vasiliylə Yakovdan uzaqlaşır, toran içində bozarırdı.

Malvazil və təsirli səslə oxumağa başladı:

Tezol, yarım, gəl, aman!

Tezgəl, sinəmə yaslan!

Vasiliyəelə gəldi ki, Malva dayanıb gözləyir. Qəzəblə tüpürüb düşündü: "Qəsdən mənitamahsılandırır, şeytan arvad!”

-Görürsən? Oxuyur. – Yakov qımışdı.

Onlartoran içində qadını boz ləkə kimi görürdülər.

Malvanınsəsi dəniz üzərində yayılırdı:

Bircüt qu tək ağ məmə,

Gəloğlan, naz eyləmə!

-Gör necə oxuyur! – Yakov dilləndi və bütün vücudu ilə ora, cazibəli, şirnikləndiricisözlər eşidilən yerə tərəf dartındı.

-Deməli, təsərrüfatın öhdəsindən gələ bilmədin? – Vasilinin qəzəbli səsieşidildi.

Yakovheyrətlə ona baxdı və əvvəlki vəziyyətini aldı.

Dalğalarıngurultusu içində batan coşqun mahnının ayrı-ayrı, qırıq sözləri onlarınqulağına çatırdı:

Ah,taqət yox bu gecə,

Yatmağaməndə təkcə!

Vasiliqumun üstündə qurdalanaraq qüssə ilə dedi:

- İstidir.Gecədir, amma istidir... Nə pis yerdir!

Yakovüzünü başqa tərəfə tutub dili tutula-tutula dedi:

- Yəqinqumdandır. Gündüz çox qızıb...

- Nə?Bəlkə məni lağa qoyursan? – atası sərt tərzdə soruşdu.

- Mən?– Yakov məsum tövrlə soruşdu. – Nəyi lağa qoyuram?

- Eləonu deyirəm, lağa qoyulmalı bir şey yoxdur.

Susdular.

Dalğalarıngurultusu içində dərin ah kimi sızıldayan və mehriban-mehriban çağıran səseşidirdilər...

İkihəftə keçdi. Yenə bazar günüydü, yenə,Vasili Leqostyev komasının yanında qumüstə uzanıb dənizə baxır, Malvanı gözləyirdi. Əks edən günəşlə oynaqlaşan dənizgülür, saysız-hesabsız dalğalar da quma çırpınıb üst köpüyünü ora tullamaq,sonra diyirlənə-diyirlənə dənizə çəkilib orda ərimək üçün bir-birinin dalıncaqabarırdı. Hər şey on dörd gün qabaq olduğu kimiydi. Keçmişdə məşuqəsiniarxayınlıqla gözləyən Vasili, bu dəfə onu səbrsizliklə gözləyirdi. Keçən bazargünü o gəlməmişdi, bu gün isə gəlməliydi. O qadının gələcəyinə şübhə etmir,amma onu daha tez görmək istəyirdi. Yakov bu gün mane olmayacaqdı. O üç günqabaq başqa fəhlələrlə balıq torunu aparmağa gələndə, bazar günü köynək almaqüçün şəhərə gedəcəyini demişdi. O vətəgələrdə ayda on beş manat maaşla işəgirmiş, bir neçə dəfə balıq ovuna getmişdi, indi çox gümrah və şən görünürdü.Bütün başqa fəhlələr kimi ondan da şor balıq iyi gəlirdi, onun da üst-başıçrikli və cırıq idi. Vasili oğlunu düşünüb ah çəkdi.

"Birdəno burda ilişib qalar. Dəcəlləşər... Onda yəqin ki, qayıdıb ləndə getmək də istəməz.Lazım gələr ki, mən özüm...”

Dənizdəqağayılardan başqa heç kim yox idi. Dəniz göydən, qumlu sahilin nazik zolağı iləayrıldığı yerdə, bəzən kiçik-kiçik qara nöqtələr görünür, nöqtələr sahilboyunca hərəkət edir və gözdən itirdi. Günəşin şüaları dənizə şaquli vəziyyətdədüşürdü. Qayıq hələ görünmürdü. Həmişə Malva bu vaxt gəlib çatmış olurdu.

İkiqağayı havada tutaşıb elə döyüşürdülər ki, tükləri ətrafa səpələnirdi. Kəskinqığıltılar dalğaların şən nəğməsini kəsib eşidilməz edirdi, bu nəğmə elə daimi,parıldayan göyün təntənəli sükutu ilə elə ahəngdar birləşmiş nəğməydi ki, dənizindüzəngahında sevinclə oynaşan günəş şüalarının təranəsinə oxşayırdı. Qağayılarsuyun üstünə düşdülər, ağrı və hiddətdən qəzəbli-qəzəbli qağıldayaraqbir-biriylə döyüşməyə, yenə də havaya qalxıb bir-birini tqib etməyə başladılar.Onların yoldaşları yaşılımtıl, şəffaf suyun üstündə uça-uça balıq tuturdular,elə bil davanı görmürdülər.

Dənizbomboş idi. Orda, uzaq sahilin yaxınlığında tanış ləkə görünmürdü...

Vasilibərkdən dedi:

- Gəlmirsən?Gəlmə, lazım deyil! Bəs sən nə fikirləşirdin?

Sahilətərəf nifrətlə tüpürdü.

Dənizgülürdü.

Vasiliayağa durub nahar bişirmək üçün komaya getdi, amma hiss etdi ki, yemək istəmir,əvvəlki yerinə qayıdıb uzandı.

"Heçolmasa Seryojka gələydi. – O özünü Seryojka barəsində düşünməyə məcbur etdi. –O zəhər tuluğudur. Hamını ələ salır, yetənlə yumruqlaşır. Sağlam, savadlı, bərkdən-boşdançıxamış adamdır... Ancaq çox içir. O olanda şən keçir. Arvadların ondan ötrü ürəyigedir, bu yaxınlarda gəlsə də, hamısı dalınca düşür. Bircə Malva özünü ondan uzaqsaxlayır... Gəlib çıxmadı.Gpr necə əclaf arvaddır! Bəlkə döyməyimə görə acığıtutub? Bəyəm bu onunçün təzə işdir? Başqaları da onu döyüb yəqin ki... Həm dənecə döyüblər! Elə indi də Malvanın cəzasını verəcəyəm...”

Vasiligah oğlunu, gah Seryojkanı, gah da Malvanı düşünərək qum üstündə qurdalanır,gözləyirdi. Hərdən onun başına şübhəli fikirlər gəlir, amma o bur fikirləribaşından qovmağa çalışırdı. Vasili öz şübhələrini özündən gözlədə-gizlədə, gahdurub gəzə-gəzə, gah uzana-uzana günü axşam elədi. Artıq dənizə qaranlıqçökmüşdü, o isə gözünü uzaqlara dikib hələ də qayığı gözləyirdi.

Malvabu gün gəlmədi.

Vasiliyatmağa hazırlaşanda, burdan ayrılıb sahilə getməyinə imkan verməyən qulluğagirdiyi üçün özünü söydü. Tam yuxuya getməmiş, mürgülü halda tez-tez durubyerinin içində otururdu, ona elə gəlirdi ki, hardansa avar şappıltılarıeşidilir. Bu vaxt əlini gözlərinin üstünə qoyub dumanlı, bulanıq dənizəbaxırdı. Sahildəki vətəgədə iki tonqal yanır, dənizdəsə heç kim görünmürdü.

-Yaxşı, ifritə! – Vasili Malvanın qarasınca deyindi. Sonrasa yatıb ağır yuxuyagetdi.

Vətəgədəidə o gün belə bir əhvalat olmuşdu.

Yakovsəhər tezdən, hələ gün qızışmamış və dənizdən ruh oxşayan meh əsəndə ayağaqalxmışdı. O barakdan çıxdı, əl-üzünü yumaq üçün dənizə tərəf gedəndə sahildəMalvanı gördü. O sahilə yan almış qayığın dal tərəfində oturub ayaqlarını aşağısalladmışdı, yaş saçlarını darayırdı.

Yakovdayanıb maraqla qadına baxmağa başladı.

Qadınınyaxası düymələnməmişdi, çit koftası bir çiynindən sürüşmüşdü. Çiyni o qədər ağvə cəzbedici idi ki!

Dalğalarqayığın yanına çırpılır, Malva gah yuxarı qalxır, gah da o qədər enirdi ki, azqala çılpaq qıçları suya girirdi.

-Çimmisən? – Yakov soruşdu.

Qadınüzünü ona tərəf çevirdi, ötəri baxdı və yenə saçını daraya-daraya dedi:

- Çimmişəm.Nə tez durmusan?

- Sənməndən də tez durmusan.

- Mənsənin üçün nə örnək ola bilərəm?

Yakovcavab vermədi.

Qadındedi:

- Mənyaşayan qaydada yaşasan, çətin ki, başını dolandıra biləsən.

-Yox a! Gör sən necə qorxulusan!

Yakovgülümsündü və çöməlib əl-üzünü yumağa başladı.

Suyuovuc-ovuc götürüb üzünə çırpır, sərinliyi hiss etdikcə ləzzətlə nıqqıldayırdı.Sonra köynəyinin ətəyilə üzünü silə-silə Malvadan soruşdu:

- Sənniyə məni həmişə qorxudursan?

- Bəssən niyə gözlərini mənə dirəyirsən?

Malvayavətəgədəki başqa qadınlardan daha çox baxdığı yadına gəlmirdi, lakin indi birdən-birədedi:

- Elətotuqsan ki... Nə edim?

-Atan bu ədalarını bilsə boynundan bir totuq əmələ gətirər!

Malvaişvəli əda ilə onun üzünə baxdı.

Yakovgülə-gülə qayığa çıxdı. O hələ də Malvanın hansı ədalardan danışdığını başadüşmürdü, amma bir halda ki deyir, deməli, bir şey var, o qadına çox baxıb.Yakov xoşhallanır, ürəyi açılırdı.

-Atama nə var? O səni satın alıb, nədir?

Yakovonunla yan-yana oturub gözlərini qadının çılpaq çiyninə, yarıaçıq döşünə, dənizətri verən əndamına zillədi.

-Gör sən, nə gözəl ağ balıqsan! – Yakov onu başdan-ayağa gözdən keçirdəndənsonra heyranlıqla dedi.

Qadınona baxmadı, heç açıq paltarını da düzəltmədi.

- Səninkiki deyiləm!

Yakovah çəkdi.

Onlarınqabağında səhər günəşinin şüalarını əks etdirən ucsuz-bucaqsız dəniz sərilmişdi.

Küləyinxoş nəfəsiylə yaradılan oynaq dalğalar yavaşca qayığın yanına toxunurdu.Uzaqdakı dil dənizin atlas döşündə çapıq kimi görünürdü. Dilə sancılmış uzundirək, nazik cizgi kimi mavi səmaya doğru yüksəlir, küləyin dirəyin ucundakı əskininecə yelləndirdiyi görünürdü.

MalvaYakova baxmadan sözə başladı:

- Hə,gözəl oğlan! Mən gözəl tikəyəmsə də, sənin dişinin yemi deyiləm... Heç kim də mənisatın almayıb, atana da tabe deyiləm. Özüm istədiyim kimi yaşayıram. Sən də mənəəl uzatma, çünki mən Vasiliylə sənin aranda qalmaq istəmirəm... İstəmirəm davaedəsiniz, cürbəcür dedi-qodu olsun... Başa düşdün?

- Mənnə edirəm ki? – Yakov heyrətləndi. – Sənə əl vurmuram ki...

Malvadedi:

- Səninheç mənə əl vurmağa cürətin də çatmaz!

Qadınbu sözləri elə etinasızlıqla dedi ki, onun həm kişilik, həm də insanlıq heysiyyətinətoxundu. Dəcəl, bəlkə də kinli bir hiss onu sarsıtdı, gözləri alışıb yandı.

Qadınatərəf irəliləyib ucadan soruşdu:

- Nə?Cürətim çatmaz?

- Edəbilməzsən.

-Yox əşi? Əl vursam bəs necə?

-Vur görüm!

- Nəolar axı?

-Peysərinə elə şapalaq çəkərəm ki, mayallaq aşıb suya düşərsən!

-Yaxşı, çək!

- Səndə əl vur!

Oqadına alovlu nəzər saldı və birdən onu güclü pəncələriylə yan tərəfdənqucaqlayıb döşünü və belini bərkdən sıxdı. Qadının isti və qıvraq belinətoxunan kimi ehtiras bütün bədənini alovlandırdı və qəhərə oxşayan bir duyğudanboğazı qurudu.

- Hə...vur da ! Hə, necəsən?..

Malvaonun titrək qollarının arasından çıxmağa çalışaraq sakitcə deyirdi:

-Burax, Yaşka!

- Bəsboynuma vurmaq istəyirdin?

-Burax. Yoxsa pis olar!

- Hə...Sən məni qorxutma. Eh, qiyamət arvadsan!

OMalvanın qucağına sıxıldı və qadın dodaqlarını onun al yanağına yapışdırdı.

Malcadəcəlliklə qəhqəhə çəkib gülməyə başladı. Yakovun əllərindən bərk yapışıb bütünbədəninin qüvvətli hərəkəti ilə qabağa sıçradı. Onlar bir yerdə ağır kütlə kimisuya düşüb köpük və sıçrantılar içində görünməz oldular. Sonra sifətindənqorxduğu görünən Yakovun islanmış başı dalğalanan suyun üzünə çıxdı, onunlayanaşı Malva da göründü. Yakov ümidsizliklə çırpınır, əl-qol atır, ətrafındakısuyu sıçradır, nərə çəkirdi. Malva isə qəhqəhə çəkb gülərək onun ətrafındaüzür, şor suyu ovuclayıb onun üzünə atır və onun geniş çevrədə çırpınan əllərindənkənara qaçırdı.

Yakovfınxıra-fınxıra qışqırmağa başladı.

-Şeytan! Batıb boğularam!.. Bəsdir! Vallah boğularam... Ay sənin... Batıram!..

LakinMalva ondan uzaqlaşıb kişi kimi üzə-üzə sahilə tərəf getdi. Yaxınlaşıb qayığaçıxdı, ayaq üstündə dayanıb tələsə-tələsə üzən, ona tərəf yaxınlaşan Yakovabaxıb gülməyə başladı. Yaş paltarı əyninə yapışmışdı, dizlərindən çiyninəcənbütün bədəninin cizgilərini aydın göstərirdi. Yakov qayıqdan yapışdı və hərisgözlərini gülən qadına zillədi.

Malvagülə-gülə yerə oturdu, bir əliylə qayığın qırağından tutub o biri əlini Yakovauzatdı:

- Hə.Çıx görək. Yekəbaş!

Yakovonun əlini tutub həyəcanla dedi:

-İndi özünü gözlə. Səni elə çimdirim ki!..

Osuyun içində dayanıb qadını özünə tərəf çəkirdi, dalğaların onun başı üstündəkeçib qayığa dəyir, parçalanır, damcılar Malvanın üzünə sıçrayırdı. O gözləriniqıyıb qəhqəhə ilə gülürdü. Birdən suya tullandı və bədəninin bütün ağırlığıylaYakovun üstünə düşüb onu suya batırdı.

Onlaryaşılımtıl suyu sıçradaraq batıb təzədən suyun üstünə çıxdılar və iki böyükbalıq kimi oynaşmağa başladılar.

Günəşgülə-gülə onlara baxır, vətəgə tikintilərinin pəncrələrindəki şüşələr də günəşiəks edərək gülürdü. Onları qolları altında parçalanan su səslənir, ürkənqağayılar üstlərində qığıldaya-qığıldaya uçurdular.

Nəhayət,xeyli su udandan sonra yorğun halda sahilə çıxdılar və rahatlanmaq üçün qumunüstündə oturdular.

Yakovüz=gözünü turşudaraq tüpürürdü:

-Tfu! Nə pis sudur! Elə bunun üçün çoxdur da.

Malvaislanmış saçını sıxıb gülə-gülə dedi:

-Dünyada pis şey çoxdur. Məsələn elə pis oğlanlar... Vay dədə, nə qədər çoxdur!

Malvanınsaçı qaraydı, uzun deyildisə də, qalın və qıvrım idi.

Yakovistehza ilə gülümsəyib qadını dirsəyiylə itələdi:

- Eləona görə qoca kişini bəyənib sevmisən.

-Qoca kişi var ki, cavan oğlandan yaxşıdır!

- Əgərata yaxşıdırsa, demək oğul ondan da yaxşıdır...

-Buna bax! Lovğalanmağı kimdən öyrənmisən?

- Kənddəqızlar çox vaxt mənə deyirdilər ki, sən heç də pis oğlan deyilsən.

-Qızlar bir şey qanır ki? Sən məndən soruş...

- Bəssən qız deyilsən?

MalvaYakova baxdı. O pis-pis gülürdü. Onda qadın ciddiləşib qeyzlə dedi:

-Qız idim, ancaq bir dəfə doğmuş idim.

-Sözlərin yaxşıdır, amma yalandır. – Yakov bunu deyib qəhqəhə ilə gülməyəbaşladı.

Malvahirslə:

-Sarsaq! – dedi və üzünü çevirdi.

Yakovözünü itirib ağzını yumdu.

Onlaryarım saata qədər dinmədən, yaş paltarlarını tez qurutmaq üçün gün tərəfə dönə-dönəoturdular.

Baraklarda– bir tərəfli mail taxtapuşla örtülü uzun, çirkin, yöndəmsiz binalarda – fəhlələroyanıb ayağa dururdular. Bu üst-başı cırıq, saçı-saqqalı pırtlaşıq, ayaqyalınadamlar uzaqdan bir-birlərinə oxşayırdılar... Onların xırıltılı səsləri sahiləgəlib çatırdı, kimsə boş çəlləyin altını döyəcləyirdi, boğuq taqqıltı səsləri gəlirdi,elə bil təbil çalırdılar. İki qadın cingiltili səslə söyüşür, it hürürdü.

YakovMalvaya dedi:

-Oyanırlar... Mən axı bu gün səhər lap tezdən şəhərə getmək istəyirdim. Ammaburda oturub səninlə oyun çıxartıram...

Malvayarızarafat-yarıgerçək cavab verdi:

- Məndənadama xeyir dəyməz.

- Sənənə olub, elə hey məni qorxudursan? – Yakov təəccüblə gülümsəyib soruşdu.

-Görərsən, atan səni necə...

Atasınınxatırladılması onu hirsləndirdi:

-Ata nədir? Hə? – Kobudluqla qışqırdı. – Ata! Mən özüm bəbə deyiləm! Çox böyükadammış... Burda sən deyən qaydalar yoxdur, kor deyiləm, görürəm... O özü dəpak adam deyil. Burda özünə korluq vermir. Qoy məndə də işi olmasın...

Qadınistehza ilə onun üzünə baxıb soruşdu:

- Səndəişi olmasın? Sən nə etmək istəyirsən ki?

- Mən?– Yakov ağır yük qaldırırmış kimi köksünü gərdi. – Mən? Mən çox iş görə bilərəm.Təmiz hava məni dirçəldib, kəndin tozunu üstümdən silib aparıb.

Malvayenə istehza ilə ona baxdı:

- Nətoz?

- Bəsnecə? İstəsəm səni atamın əlindən alaram.

-Yox a! Doğrudan?

- Eləbilirsən qorxaram?

-Yaxşı görək!

Yakovhəyəcanlanıb coşqunlaşdı:

- Mənəbax, gəl məni acığa salma! Bilirsən, mən...

- Nəedərsən? – Qadın sakitcə soruşdu.

-Heç nə.

Yakovüzünü çevirib susdu.

-Amma sən ötkəmsən ha! Prikazçikin qara küçüyü var, görmüsən? O da sənin kimidir.Uzaqdan hürür, adamı qapmaq istəyir, elə ki yaxınlaşdın, quyruğunu qısıb qaçmaqistəyir.

-Yaxşı, bəsdir! – Yakov qəzəblə qışqırdı. – Sən bir az gözlə. Mənim kim olduğumugörərsən. gözlə!

Malvaona baxa-baxa gülürdü.

Ucaboy,damarları görünən, qalın sarı-qırmızı saçları pırtlaşıq, üzü tunc rəngli biradam yavaş-yavaş, yırğalana-yırğalana onlara tərəf gəlirdi. Kəmərsiz qumaş köynəyiaz qala qurşağınacan cırılmışdı, o da köynək əynindən düşməsin deyə qollarınıçırmalamışdı. Şalvarı müxtəlif dəlmə-deşikli, yamaqlı cındır idi. Ayaqlarıyalındı. Çil basmış üzündə iri göy gözləri dəcəlliklə parıldayır, ucu bir azyuxarı qalxmış enli burnu bütün varlığına dəlisov, sırtıq adam görkəmi verirdi.Adam onlara çatıb dayandı, paltarının saysız deşiklərinin altından görünən bədənigünəşin altında parıldayırdı. O burnunu bərkdən çəkib maraq yağan gözlərinionlara dikdi və sifətini gülməli şəklə saldı:

-Dünən Seryojka bir az içmişdi. Bu günsə Seryojkanın cibi dibsiz səbət kimiboşdur. İyirmi qəpik borc verin! Hamısı birdir, onsuz da qaytarmayacağam.

Yakovbu adamın ötkəm sözlərindən xoşlanıb sadəlövhlüklə güldü. Malva isə onun cındırüst-başını nəzərdən keçirdib qımışdı.

-Verin, şeytan balaları! İyirmi qəpiyə nikahınızı kəsərəm. İstəyirsiniz?

- Ayoyunbaz, keşiş deyilsən ki. – Yakov güldü.

-Axmaq! Mən Uqliçdə keşişin dalandarı olmuşam. İyirmi qəpik ver!

-Evlənmək istəmirəm. – Yakov onu rədd etməyə çalışdı.

-Hamısı birdir, ver! Mən atana demərəm ki, sən onun kraliçasının dalına düşübsülənirsən. – Seryojka cadar-cadar olmuş dodaqlarını yaladı.

- Sənyalanını de. Gözlə, o saat inanacaq...

- Mənimyalanıma inanar. – Seryojka vəd etdi. – Səni də əzişdirər. Elə əzişdirər ki!

-Qorxmuram. – Yakov qımışdı.

-Onda mən özüm kötəkləyərəm. – Seryojka gözlərini qıyıb sakitcə dedi.

Yakovuniyirmi qəpiyə heyfi gəlirdi, ancaq onu xəbərdar eləmişdilər ki, Seryojkaya başqoşmaq lazım deyil, nə istəyirsə sakitcə ver, çıxsın getsin. Çox şey istəməz,amma istədiyini verməsən, ya iş vaxtı kələk qurar, ya da səbəbsiz-filansıztutub döyər. Yakov bunu xatırlayıb köks ötürdü və əlini cibinə saldı.

Seryojkaonun yanında oturdu.

-Bax belə! Sən həmişə mənim sözümə qulaq assan, ağıllı oğlan olarsan. – SonraMalvaya dedi. – Sən də bu yaxınlarda mənə ərə gələcəksən, elə deyil? Tezhazırlaş, çox gözləyən deyiləm.

-Lütün biri lüt! Əvvəlcə yırtıqlarını yama, sonra danışarıq. –Malva cavab verdi.

Seryojkaöz əyin-başına baxıb dedi:

- Sənöz tumanını mənə versəydin, yaxşı olardı.

Malva:

- Bəsbelə! – deyib gülməyə başladı.

-Doğrudan! Köhnə tumanın varsa, ver!

- Sənyaxşısı özünə şalvar al.

-Pulumu arağa verib içsəm daha yaxşı olar.

Yakovəlində dörd dənə beşqəpiklik tutmuşdu.

-Əlbəttə, bu daha yaxşıdır. – Deyib o da güldü.

- Bəsnecə? Keşiş mənə deyib ki, adam öz canının hayına qalmamalı, ruhunu fikirləşməlidir.Ruhum məndən şalvar yox, araq tələb edir. Pulu ver görək! Hə, indi mənvuracağam! Amma sənin barəndə də atanla danışacağam.

-Danış. – Yakov əlini yellətdi və Malvanın çiynindən itələyib ona göz vurdu.

Seryojkabunu gördü, tüpürdü və xəbərdarlıq etdi:

- Sənikötəkləməyi də yaddan çıxartmayacağam... Boş vaxtım olan kimi sənin başına biroyun gətirəcəyəm ki...

- Nəyəgörə? – Yakov təşvişlə soruşdu.

-Niyəsini özüm bilirəm... – Sonra Malvaya baxdı. – Yaxşı, tez evlənəcəyik?

- Sənmənə de görüm biz nə edəcəyik, necə dolanacağıq, onda fikirləşərəm, baxaram. –Malva ciddi cavab verdi.

Seryojkagözlərini qıyıb dənizə baxdı və dodaqlarını yalayıb dedi:

-Heç bir iş görməyəcəyik. Kef çəkəcəyik.

- Bəsyeməyi hardan alacağıq?

- Sənlap mənim anam kimi götür-qoy eləyirsən. – Seryojka əlini yellətdi. – Nəolacaq, necə olacaq... Bəyəm mən bilirəm necə olacaq? Yaxşısı gedim içim...

Seryojaayağa durub onlardan uzaqlaşdı. Malva onun dalınca baxıb qəribə təbəssümləgülümsünür, oğlan isə onu kinli baxışlarıyla yola salırdı.

Seryojkaxeyli uzaqlaşandan sonra Yakov dedi:

-Görürsən necə əmr verir? Bizim kənddə bu cür lotunu tez sakitləşdirərdilər. Onuyaxşıca döyərdilər, iş də bununla qurtarardı... Amma burda ondan qorxurlar...

Malvaonun üzünə baxıb dişlərini qıcırdadaraq dedi.

- Ayçoşka, sən heç onun qədr-qiymətini anlayırsan?

- Nəqiymətbazlıqdır? Belə kişilərin qiyməti beş qəpikdir, özü də bir dəstədə yüzüolanda.

Malvaistehza ilə səsləndi:

- Aydedin ha! Sənin qiymətin beş qəpikdir... Amma o... hər yerdə olub, bütündünyanı başdan-başa gəzib, heç kimdən də qorxmur...

- Bəsmən kimdən qorxuram? – Yakov qoçaqlıqla soruşdu.

Qadıncavab vermədi. O ağır qayığı tərpədə-tərpədə sahilə hücum edən coşqun dalğalaradalğın-dalğın baxırdı. Qayığın doru bir tərəfdən o biri tərəfə əyilir, dal tərəfiyuxarı qalxır və şappıltı ilə suya düşürdü. Çox bərk və kədər doğuran səseşidilirdi, elə bil qayıq sahildən ayrılmaq, açıq dənizin geniş sahələrinə getməkistəyir və onu tutub saxlayan yoğun kəndirə acıqlanırdı.

- Bəsniyə getmirsən? – Malva Yakovdan soruşdu.

-Hara?

- Şəhərəgetməyəcəkdin?

-Getməyəcəyəm!

-Yaxşı, atanın yanına get.

- Bəssən?

- Nə?

- Səndə gedirsən?

-Yox...

-Onda mən də getmirəm.

-Bütün günü mənim yanımda veyillənəcəksən? – Malva sakitcə soruşdu.

- Sənmənə çox lazım idin!.. – Yakov incimiş halda dedi və ayağa durub getdi.

LakinYakov, sən mənə çox lazım idin, deyəndə yanılmışdı. Qadından ayrılandan sonradarıxırdı. Onda qəribə bir hiss oyanmışdı, atasına qarşı tutqun, dumanlı birasilik, narazılıq. Dünən bu halda deyildi, elə bu gün də Malvayla görüşənəcənbu hissdən əsər-əlamət yox idi. İndi isə elə bil atası ona mane olurdu, halbukio dənizin uzaq yerində, burdan zorla görünən qumlu dildə idi. Sonra Yakova eləgəldi ki, Malva da onun atasından qorxur. Malva qorxmasaydı, Yakovla arasıtamamilə başqa cür olardı.

Yakovvətəgədəki adamlara diqqətlə baxa-baxa gəzirdi. Seryojka barakın kölgəsindəqoyulmuş çəlləyin üstündə oturub balalaykanı dınqıldadır və ağız-burnunu gülməlişəkildə əyib oxuyur:

Cənabqor-rodo-dovoy, mənimlə siz

Ədəblə-ərkanlarəftar ediniz...

Yıxılıbpalçığa batmayım deyə

Ehmalcaaparın məni şöbəyə...

Onunətrafına iyirmiyə qədər özü kimi səfil toplanmışdı. Burda hər şeydən, həttaadamlardan da balıq iyi gəlirdi. Dörd kifir və çirkli arvad qumun üstündəoturub böyük tənəkə qabdan çay tökür, içirdilər. Səhərin təzə açılmağınabaxmayaraq fəhlələrdən biri sərxoş idi, ayağa qalxmaq istəyirdi, qumun üstündəeşələnir, gah durur, gah yıxılırdı. Hardasa bir qadın zarıya-zarıya ağlayır,sınıq qarmonun səsi eşidilir, hər tərəfdə balıq pulları işıldayırdı.

GünortaYakov boş çəllək yığınının arasında kölgəlik tapdı, orda uzanıb axşamacanyatdı, oyanandan sonra onu harasa sövq edən bir duyğunun təsiri altında yenə vətəgədəveyillənməyə başladı.

İkisaata qədər gəzəndən sonra Malvanı mədəndən xeyli uzaqda, cavan söyüdağaclarının altında tapdı. Yanı üstə uzanıb əlində köhnə, səhifələri dağılmışbir kitab tutan qadın ona baxıb gülümsəyirdi.

Yakovonun yanında oturdu.

-Gör hara gəlib çıxmısan.

- Sənməni çoxdan axtarırsan? – Malva inamla soruşdu.

- Mənbəyəm səni axtarırdım? – Yakov da təəccüblə soruşdu və birdən-birə anladı ki,bayaqdan elə Malvanı axtarırmış. Oğlan çaşqın halda başını yırğaladı.

- Səninsavadın var? – Malva yenə sual verdi.

-Savadlıyam. Ancaq yaxşı bilmirəm. Hamısı yadımdan çıxıb...

- Məndə yaxşı bilmirəm... Məktəbdə oxumusan?

-Zemstvo məktəbində.

-Amma mən özüm öyrənmişəm.

-Yox-a!

-Doğrudan. Həştərxanda bir məhkəmə vəkilinin evində aşpaz idim, kitab oxumağıonun oğlu mənə öyrətdi.

-Deməli, özün öyrənməmisən... – Yakov onun sözlərini aydınlaşdırdı.

Qadınona baxıb yenə soruşdu:

- Sənkitab oxumağı sevirsən?

- Mən?Yox... Nəyimə lazımdır?

-Amma mən sevirəm. Prikazçikin arvadından yalvar-yaxarla bir kitab almışam, onuoxuyuram.

- Nəhaqqında yazılıb?

-Allah bəndəsi Aleksey haqqında.

Malvafikirli-fikirli danışmağa başladı. Bir gənc, varlı və mötəbər ata-anasındanayrılıb başqa yerə gedir, xoşbəxt həyatından əl çəkir, sonra üst-başı cındır,dilənçi halında onların yanına qayıdır və həyətdə itlərin yanında dolanır, ammaölənəcən kim olduğunu onlara bildirmir. Qadın yavaşca Yakovdan soruşdu:

-Görəsən, o niyə belə eləyib?

-Kim bilir? – Yakov laqeydliklə cavab verdi.

Onlarıkülək və dalğaların qalaq-qalaq yığdığı qum təpələri əhatə etmişdi. Uzaqdanboğuq, anlaşılmaz səs-küy eşidilirdi. Bu səs-küy vətəgələrdən gəlirdi. Günəşqüruba tərəf enir, şüalarının açıq çəhrayı şəfəqləri qum üzərində parıldayırdı.Dənizdən əsən xəfif yel, acınacaqlı söyüd ağaclarının seyrək və solğunyarpaqlarını yavaş-yavaş tərpədirdi. Malva nəyəsə qulaq verib susmuşdu.

- Sənbəs bu gün ora, dilə niyə getmədin?

- Sənnə?

Malvalazım olan sözü Lamvaya necə deyəcəyini düşünərək həris gözləriylə ona çəpəkibaxırdı.

-Bilirsən, mən tək olanda, sakitlik olanda, ağlamaq istəyirəm... ya da oxumaq.Ancaq yaxşı mahnı bilmirəm, ağlamaqsa eyibdir...

Yakovonun ahəstə, mehriban səsini eşidirdi, lakin qadının sözləri ona təsir etmir,yalnız arzusunu daha da kəskinləşdirirdi.

OMalvaya yaxınlaşıb üzünə baxmadan, boğuq səslə danışmağa başladı:

-Bilirsən nə var? Gör sənə nə deyəcəyəm... Mən cavan oğlanam...

- Həmdə axmaq, sarsaq bir oğlan! – Malva bu sözləri başını tərpədə-tərpədə, inamla,uzada-uzada dedi.

Yakovkədərli səslə dedi:

-Yaxşı, qoy axmaq olum. Burda ağıl lazımdır? Axmağam, yaxşı, olum da. Ancaq degörüm, istəyirsən mənimlə...

-İstəmirəm!

- Nəistəmirsən?

-Heç nə!

-Axmaq olma. – Yakov ehtiyatla qadının çiyninə toxundu. – Ağlını başına yığ,fikirləş.

- Rəddol, Yaşka! – Malva onun əlini itələdi. – İtil burdan!

Yakovayağa durub ətrafa baxdı.

- Hə...İndi ki sən belə edirsən, mənim üçün fərqi yoxdur. Sənin kimilərdən burda çoxvar... Elə bilirsən başqalarından yaxşısan?

Malvaayağa durub paltarına yapışan qumları çırpa-çırpa sakitcə dedi:

-Küçüyün biri küçük!

Onlaryan-yana vətəgəyə tərəf yollandılar. Ayaqları quma batdığı üçün yavaş-yavaşgedirdilər.

YakovMalvanı razı salmaq üçün kobud tərzdə dil tökürdü, Malva isə sakitcə gülür vəona acı sözlərlə cavab verirdi.

Vətəgəbaraklarına çatanda Yakov dayanıb qadının çiynindən tutdu:

- Səndeyəsən məni qəsdən qızışdırırsan! Nəyə görə? Mənə yaxşı bax!

- Əlçək! – Malva onun əlindən çıxıb qabağa qaçdı, barakın tinində görünən Seryojkaona tərəf gəlib, pırtlaşıq sarı-qırmızı saçını silkələdi və heybətli səslədedi:

-Kef çəkirdiniz? Eybi yoxdur!

-Hamınız cəhənnəm olun! – Malva bərkdən qışqırdı.

YakovsaSeryojkanın qabağında dayanıb qaş-qabaqla ona baxmağa başladı. Aralarında onaddıma qədər məsafə vardı.

Seryojkagözlərini Yakovun gözlərinə zillədi. Onlar bir dəqiqəyə qədər bir-biriylədöyüşməyə hazır olan iki qoç kimi bu vəziyyətdə dayandılar, sonrasa dinmədən hərəsibir tərəfə getdi.

Qürubşəfəqindən qırmızı rəng almış dəniz sakit idi. Vətəgə üzərində boğuq səslər uğuldayır, əsəbi haldaqışqıra-qışqıra mənasız sözlərlə mahnı oxuyan sərxoş bir qadının səsi bu boğuquğultu içində aydın eşidilirdi:

...Ta-aqarqa,mataqarqa,

Matancığımqarqa!

Sərxo-oşam,döyülmüşəm,

Pırtlaşıbsaçım hey!

Bumurdar sözlər, dalğaların musiqisini təhqir edə-edə çürük balıq iyi verən vətəgəninhər tərəfinə yayılırdı.

 

Danyeri sökülür, lətafətli şəfəqi ilə parıldayan dəniz sədəf rəngli buludlarıgeniş köksündə əks etdirərək sakit-sakit mürgüləyirdi. Gözləri yuxulubalıqçılar dildə əlləşərək balıqçı alətlərini qayığa yığırdılar.

Boztor yığınları sürüdülə-sürüdülə qayığa aparılıb, orda koma-koma düzülürdü.

Seryojkahəmişəki kimi yarımçılpaq və başıaçıq halda qayığın dal tərəfində dayanıb, çoxiçən adamın xırıltılı səsiylə balıqçıları tələsdirirdi. Külək onun cırıq köynəyininparçalarını və saçlarını yellədirdi.

-Vasili! Yaşıl avarlar hardadır? – Kimsə qışqırdı. Oktyabr günü kimi tutqunVasili balıq torlarını qayıqda yerləşdirirdi, Seryojka isə onun bükük belinəbaxıb dodaqlarını yalayırdı. Bu onun dünənki sərxoşluqdan sonra yenə içmək istədiyinigöstərirdi.

- Arağınvar? – Seryojka boğuq səslə soruşdu.

-Var.

-Onda mən getməyəcəyəm... quru qanadın yanında qalacağam.

-Hazırdır! – Dildən kimsə dedi.

Seryojkaqayıqdan düşdü.

-Kanatları aç, tez ol! – deyə əmr verdi. – Gedin... Mən burda qalacağam. Diqqətliol, gendən sür, dolaşıq salma. Həm də düz yerləşdir, ilməkləməyin!..

Qayığıitələyib suya saldılar, balıqçılar yan tərəfdən tullanıb mindilər, avarlarıqaldırıb suya salmaq üçün hazır saxladılar.

-Bir!

Avarlarınhamısı birdən dalğalara dəydi, qayıq irəli sıçrayıb şəfəqlənmiş suların genişsinəsinə tərəf yola düşdü.

-İki! – Sükançı yenə komanda verdi. – Bir!.. İki!..

Sahildə,balıq torunun quru qanadının yanında beş nəfər qaldı: Vasili, Seryojka, üç nəfərdə fəhlə. Onlardan biri qumluqda oturub dedi:

-Bir az yatım...

Obiri iki nəfər də onun kimi etdi və qumluqda cır-cındır içində üç bədən büzülübyumaqlandı.

VasiliSeryojka ilə komaya gedəndə soruşdu:

-Bazar günü niyə gəlmədin?

- Gələbilməzdim...

- Sərxoşidin?

-Yox. Oğlunla analığına göz qoyurdum. – Seryojka sakitcə dedi.

-Özünə iş tapmısan! – Vasili çəpinə gülümsündü. – Balaca uşaq-zad deyillər ki!

-Uşaqdan da pisdilər. Biri axmaq, o birisi divanə!

-Divanə Malvadır? – Vasili soruşdu və hiddətindən gözləri qızardı. – Çoxdandivanə olub?

-Qardaş, onun ruhu cisminə görə deyil...

-Onun ruhu alçaqdır.

Seryojkaona çəpəki baxıb nifrətlə fınxırdı.

-Alçaqdır! Eh, torpaq yeyən yastıburunlar, sizə nə deyim! Heç nəyi başa düşəbilmirsiniz. Sizinçün ancaq arvadın əmcəkləri yekə olsun, xasiyyəti sizə lazımdeyil... İnsanın bütün yaxşı cəhəti xasiyyətindədir... Xaraktersiz arvad duzsuzçörək kimi bir şeydir. Simsiz balalaykadan ləzzət ala bilərsən? Eh, arvadbaz!..

-Dünən o qədər içmisən ki, danışığını da bilmirsən. – Vasili onu sancdı.

OSeryojkadan dünən Yakovla Malvanı harda, nə cür gördüyünü soruşub öyrənmək istəyirdi,ancaq utanırdı.

KomadaVasili Seryojka üçün bir çay stəkanı araq süzdü, ümid edirdi ki, bu qədər arağıiçəndən sonra Seryojka keflənəcək və özü hər şeyi açıb danışacaq.

AmmaSeryojka içdi, boğazını arıtladı və daha da özünə gələrək gərnəşib əsnəyə-əsnəyəkomanın qapısı ağzında oturdu:

- İçəndəelə bil od-alov udursan!

Seryojkanınarağı belə cəld içməsindən heyrətə düşən Vasili dedi:

-Amma içirsən ha!

Səfilsarı-qırmızı saçlı başını tərpətdi:

- İçəbilirəm... – Yaş bığlarını əliylə sildi. – İçə bilirəm, qardaş. Mən hər işi cəldvə açıq görürəm. Fırıldaqsız-filansız. Açıqca nə edəcəksənsə elə, gedib haradüşəcəksən? Bunun fərqi yoxdur! Torpaqdan əmələ gəlmisən, torpağa da düşəcəksən,başqa yerə düşməyəcəksən...

Vasiliyavaş-yavaş öz məqsədinə yaxınlaşmağa çalışırdı.

- Bəssən Qafqaza gedəcəkdin, necə oldu?

-İstəyəndə gedəcəyəm. İstəyəndə açıqca...bir də gördün... xudahafiz! Ya mən istəyən olacaq, ya da başıma bəlaaçacağam... Vəssalam!

- Sənənə var ki! Sən onsuz da ağlınla yaşamırsan...

SeryojkaVasiliyə istehza ilə baxdı:

- Sənçox ağıllısan! Səni volostda neçə dəfə döyüblər?

Vasiliona baxdı, amma dinmədi.

-Yaxşı ki, hökumət məmurları döyə-döyə ağlınızı daldan qabağa çevirirlər. Ayyazıq! Axı de görüm, sən bu başınla nə edə bilərsən? Bu başla nəyə yarayarsan?Nə fikirləşib tapa bilərsən? İş də elə bundadır. Başım olmasa da, heç bir əngələbaxmadan düz keçib gedirəm, hara gəldi soxuluram! Belə getsə yəqin ki, səndənqabağa keçəcəyəm.

-Ola bilər! – Vasili gülümsədi. – Sən bu yerişlə Sibirə gedib çıxarsan...

Seryojkaürəkdən qəhqəhə çəkdi.

Vasiliningözlədiyinin əksinə Seryojka keflənmirdi, bu da Vasilini hirsləndirirdi. Onabir stəkan da araq verməyə heyfi gəlirdi, ancaq ayıq başla çətin ki, ondan sözala biləydi... Səfilin özü onun dadına çatdı:

- Sənniyə Malva haqqında bir söz soruşmursan?

Vasiliürəyinə daman şibhədən diksinib laqeyd halda səsini uzatdı:

- Nəyiməlazımdır?

-Axı o bazar günü birda deyildi. Soruş ki, bu keçən günlərdə necə dolanıb... Yəqinqısqanırsan, qoca şeytan!

- Elələriçoxdur! - Vasili saymazyana tövrlə əlini yellətdi.

- Elələriçoxdur! – Seryojka da onun oyununu çıxartdı. – Eh siz, vəhşi mülkədarın vecsizkəndliləri! Sizə bal versinlər, ya qətran, fərqi yoxdur, dadını hiss etməyəcəksiniz!

- Sənniyə onu elə hey tərifləyirsən? Qız verməyə, elçiliyə gəlmisən, nədir?.. –Vasili istehza ilə əlavə elədi. – Mən özüm çoxdan elçilik edib onu almışam.

Seryojkaonu başdan-ayağacan süzdü, dinmədi, sonra əlini çiyninə qoyub ağır-ağırdanışmağa başladı.

-Bilirəm ki, o səninlə yaşayır. Mən sənin yolunu kəsmək istəmədim. Heç lazım dadeyildi... Amma indi sənin oğlun Yakov onun dalına düşüb. Onu elə əzişdir ki,qanına bələnsin. Eşidirsən? Yoxsa mən özüm əzişdirərəm... Sən pis adam deyilsən...Amma gicsən, palıd kötüyü kimi ağılsızsan... Mən sənə mane olmadım, sən bunuyadında saxla...

-Belə de! Sən də onun dalına düşmüsən? – Vasili boğuq səslə soruşdu.

- Məndə?! Bilsəydim ki, mən də - açıqdan-açığa hamınızı yolumdan vurub rədd elərdim,iş də bitərdi... Amma mən onu hara apara bilərəm?

- Bəsniyə əl-ayağa dolaşırsan? – Vasili şübhə ilə soruşdu.

Busadə sual, deyəsən Seryojkanı heyrətə saldı.

Ogeniş açılmış gözləriylə Vasiliyə baxıb güldü.

-Niyə dolaşıram? Allah bilir niyə... Elə-belə... O... bir az acıdil arvaddır,xoşuma gəlir... Bəlkə də ona yazığım gəlir. Nə bilim?

VasiliSeryojkaya qulaq asır, sözlərinə inanmırdısa da, hiss edirdi ki, ürəkdən deyir.

- Əldəyilməmiş qız olsaydı, acımağın yeri olardı. Amma indi adama qəribə gəlir.

Seryojkadənizin uzaq bir yerində geniş dairədə burulub qabaq tərəfi ilə sahilə tərəfdönən qayığa baxaraq susurdu. Seryojkanın üzü mərhəmətli və sadə idi.

Vasiliona baxıb bir az yumşaldı.

- Səndüz deyirsən, o qiyamət arvaddır... Ancaq yelbeyindir! Yaşka? Yaxşı, mən onagöstərərəm! Buna bax, küçüyün biri küçük!

-Yaşka mənim xoşuma gəlmir. – Seryojka dedi.

Vasilisaqqalını tumarlayıb acıqlı-acıqlı soruşdu:

-Malvanı dilə tutub eləyir?

-Görərsən, aranıza paz kimi girəcək. – Seryojka inamla cavab verdi.

Üfüqdə,dənizdə doğan günəşin şüaları çəhrayı yelpik kimi alışıb yandı, şəfəqləndi.Dalğaların gurultusu arasında qayıqdan zəif bir səs eşidildi:

- Çə-ək!Apa-ar!..

-Qalxın, uşaqlar! Ey! Tor başına! – Seryojka komanda verdi.

Biraz sonra onlar böyük balıq torunun qıraqlarından yapışdılar. Dənizdən sahiləsim kimi tarım və uzun ip uzandı. Balıqçılar ipi boyun qayışlarına sarıyıbçığıra-çığıra dartmağa başladılar.

Balıqtorunun o biri tərəfini isə dalğalar üstündə üzə-üzə gələn qayıq çəkib gətirirdi.

Gözəl,parlaq günəş dəniz üzərində yüksəlirdi.

-Yakovu görsən de ki, sabah mənim yanıma gəlsin. – Vasili Seryojkaya dedi.

-Yaxşı.

Qayıqsahilə yan aldı. Sahilə tullanan balıqçılar, torun öz tərəflərində olan hissəsindəntutub dartmağa başladılar.

 

 

Ogünün axşamı, fəhlələr şam edəndə Malva üzü üstə döndərilmiş sınıq qayığınüstündə yorğun və dalğın halda oturub qaranlığa qərq olmuş dənizə baxırdı.Orda, uzaqlarda yanan od işıldayırdı. Malva bilirdi ki, bu Vasilinin yandırdığıtonqalın işığıdır. Dənizin qaranlıq ənginliyində azmış kimi görünən tənha ocaqgah alovlanır, gah da sanki taqətdən düşüb sönürdü. Malva dənizin qara səhrasındaitib tək qalan, dalğaların sakitləşməyən uğultusu arasında zəif-zəif titrəyənbu qırmızı nöqtəyə baxdıqca qüssələnirdi.

Birdənarxadan Seryojkanın səsini eşitdi:

-Burda niyə oturmusan?

Qadınona baxmadı:

- Sənənə var?

-Maraqlanıram.

OMalvaya diqqətlə baxaraq susdu. Papiros eşib çəkməyə başladı və qayığın üstündəoturub ayaqlarını iki tərəfdən sallatdı. Sonra mehribanlıqla dedi:

- Sənqəribə adamsan. Gah hamıdan qaçırsan, gah da az qala hamının boynunasarılırsan.

-Yoxsa mən sənin boynuna sarılıram? – Malva laqeydliklə soruşdu.

- Mənimyox, Yaşkanın.

-Paxıllığın tutur?

Seryojkaəlini onun çiyninə vurdu.

-Mm... Gəl açıq danışaq, ürəkdən. – deyə təklif etdi.

Malvayanakı oturmuşdu. Qısaca:

-Danış. – deyəndə Seryojka onun üzünü görmədi.

- SənVasilini atmısan?

Qadınbir az susandan sonra dedi:

-Bilmirəm. Sənin nəyinə lazımdır?

-Heç. Elə-belə.

- Mənindi ona acıqlıyam.

- Nəyəgörə?

- Mənidöyüb!..

-Yox-a! Vasili səni döyüb? Sən də onun qabağında əl-qolunu sallayıb dayandın?Ay-hay!

Seryojkatəəccüblənmişdi. O yandan qadının üzünə baxıb istehza ilə dodaqlarınımarçıldadırdı.

-İstəsəydim qoymazdım. – Malva hirslə etiraz etdi.

- Bəsniyə qoydun?

-İstəmədim.

Seryojkarişxəndlə dedi:

-Deməli, lotunu çox sevirsən? – Papirosun tüstüsünü onun üzünə pülədi. – Hə, beləişlər. Mən elə bilirdim sən belələrindən deyilsən...

Malvatüstünü əliylə dağıdıb yenə laqeyd halda dedi:

-Sizin heç birinizi sevmirəm.

-Deyəsən yalan deyirsən axı.

-Niyə yalan deyim? – Malva soruşdu. Seryojka onun səsinin ahəngindən anladı ki,onun yalan danışmağına doğrudan da ehtiyac yoxdur.

-Onu sevmirsənsə, səni döyməyinə niyə icazə verirsən? – Seryojka ciddiyyətlə soruşdu.

- Mənözüm bilirəm? Niyə yapışmısan yaxamdan?

Seryojkabaşını silkələyib:

- Qəribədir!– dedi.

İkisidə uzun müddət susdu.

Gecəyaxınlaşırdı. Göydə ağır-ağır hərəkət edən buludlar dənizə kölgə salırdı.Dalğalar səslənirdi.

Vasilinindildə yandırdığı tonqal sönmüşdü, lakin Malva hələ də ora baxırdı. Seryojka isəmalvaya baxırdı.

- Mənəbax! Sən bilirsən nə istəyirsən?

Malvadərin ah çəkib çox yavaş səslə dedi:

-Bilsəydim əgər!

-Demək bilmirsən. Çox pis. – Seryojka inamla dedi. – Amma mən həmişə nə istədiyimibilirəm. – Sonra bir az qüssəli səslə əlavə etdi. – Ancaq mənim ürəyim çoxgec-gec bir şey istəyir.

- Mənhəmişə nəsə istəyirəm. – Malva dalğınlıqla danışmağa başladı. – Amma nə istədiyimibilmirəm. Hərdən istəyirəm qayığa minib dənizə çıxım, baş götürüb gedim, uzaq,uza-aq yerlərə gedim. Elə olsun ki, bir də heç vaxt adam üzü görməyim. Hərdən dəhamını fırfıra kimi ətrafımda oynatmaq, özüm də baxıb gülmək istəyirəm. Gah hamıya yazığım gəlir, gah hamıdan çox özümə,gah da hamını qırıb çatmaq istəyirəm. Sonra da özümü... əzabla öldürmək... Həmqüssəli, həm şad oluram... Adamların hamısı qanmazdırlar.

-Adamlar çürükdürlər. – Seryojka onunla razılaşdı. – Buna görə də sənə baxdıqca görürəm ki, sən nə balıqsan, nəpişik... nə də quş... Ancaq bunların hamısı səndə var. Arvadlara oxşamırsan.

-Allaha şükür! – Malva gülümsədi.

Qumtəpələrinin dalında, onlardan sol tərəfdə ay çıxıb gümüşü parıltılarını dənizəsaçdı. Donuq nur saçan bədirlənmiş ay səmanın mavi qübbəsində yavaş-yavaşyuxarı qalxır, ulduzların parıltısı onun sakit, xülyalı şəfəqində solğunlaşır,sönürdü.

Malvagülümsədi.

-Bilirsən nə var? Hərdən mənə elə gəlir ki, gecə baraka od vurulsa, bir çaxnaşmadüşər ki, gəl görəsən!

Seryojkaheyran-heyran səsləndi:

-Necə çaxnaşma, necə! – Birdən Malvanın çiyninə vurdu. – Bilirsən nə var? Mən sənəbir şey öyrədəcəyəm. Gəl məzəli bir kələk quraq. Razısan?

- Nəkələk? – Malva maraqla soruşdu.

- Sənbu Yaşkanı çox həvəsə gətirmisən, elədir?

-Lap od tutub yanır. – Malva gülümsədi.

- Sənonu atasıyla dalaşdır. Vallah! Məzəli olar... Ayı kimi boğuşarlar. Sən qocanıda, oğlunu da qızışdır... Sonra biz onları bir-birinin üstünə saldırarıq... Hə?

Malvaona tərəf döndü və onun sevinc içində gülümsəyən kürən üzünə diqqətlə baxdı. Ayişığında onun üzü, gündüz günəş işığında olduğundan az ala-bula görünürdü.Üzündə mehriban, bir az dəcəl təbəssümdən başqa heç bir kin, qəzəb əlamətigörünmürdü.

- Sənonları niyə sevmirsən? – Malva şübhə ilə soruşdu.

- Mən?Vasili heç də pis mujik deyil. Yaşka zibildir. Mən, bilirsən, mujiklərin heçbirini sevmirəm. Əclafdırlar! Özlərini yazıq, yetim kimi göstərməyə çalışırlar,onlara çörək də verirlər, hər şey də. Onların zemstvosu var. Zemstvo nəlazımdırsa, hamısını eləyir. Təsərrüfatları, torpağı, mal-qarası var... Mənzemstvo doktorunun arabaçısı idim, mujiklərə lazımınca göz yetirmişəm... Sonraxeyli avara-sərgərdan gəzmişəm. Hərdən kəndə gedirdim, bir parça çörək istəyirdim– hop! Yaxalayıb tuturdular. Kimsən, nəçisən? Pasportunu ver. Neçə dəfə döyüblər...Gah deyirdilər at oğrususan, gah da elə-belə, boş yerə döyürdülər... Soyuq zirzəmiyəsalırdılar.... Onlar sızıldayır, özlərini tülkülüyə qoyur, ancaq dolana bilirlər.Onların əl tutmağa, bel bağlamağa arxaları var – torpaq! Onlarla nisbətdə mən nəyəm?

MalvaSeryojkaya diqqətlə qulaq asırdı, amma birdən onun sözünü kəsdi:

- Sənözün mujik deyilsən?

Seryojkabir az qürurla dedi:

- Mənmeşşanam! Uqliç şəhərinin meşşanlarından.

Malvadalğınlıqla:

-Amma mən Pavlişliyəm. – dedi.

- Mənimheç bir havadarım yoxdur... Amma mujiklər... Onlar yaman şeytandırlar, dolanabilirlər. Onların zemstvosu da var, başqa lazımlı şeyləri də.

-Zemstvo nədir, nə deməkdir? – Malva soruşdu.

- Nədir?Allah bilir nədir! Mujiklər üçün qoyulub, onların idarəsidir... Bunlar hamısı cəhənnəmolsun, işdən danış. Elə elə ki, onlar dalaşsınlar. Hə? Bundan axı zərər-ziyanolmayacaq, ancaq bir az dava edəcəklər. Vasili səni döymüşdü, elə deyil? Qoyindi oğlu ondan sənin intiqamını alsın.

-Niyə ki? Pis olmaz... – Malva da gülümsədi.

- Sənbir fikirləş. Adamların səndən ötrü bir-birinin qabırğalarını sındırmağınabaxmaq ləzzət eləməz? Özü də sənin bir neçə sözün üstə... Dilini bir balaca tərpətdin,qurtardı getdi, düşəcəklər bir-birinin üstünə.

Seryojkabu haqda xeyli danışdı. O həm zarafat edir, həm də ciddi danışırdı.

-Eh, kaş mən də gözəl bir arvad olaydım. Bu dünyaya elə bir çaxnaşma salardım ki! – Seryojka sözünü qurtardı.Başını əllərinin arasına alıb bərkdən sıxdı, gözlərini qıydı və susdu.

Onlarbir-birindən ayrılanda ay göydə yüksəyə qalxmışdı. Onlar gedəndən sonra gecədaha da gözəlləşdi. İndi ancaq ayın gümüşü rəngə boyadığı ucsuz-bucaqsız, əzəmətlidəniz və hər tərəfi ulduzlarla dolu olan mavi səma qalmışdı. Bir də qum təpələri,onların arasında ağ söyüd kolları və qumluqda tələsik, kobud düzəldilmiş iki dənəuzun, yekə tabutlara oxşayan bina vardı. Lakin bunlar hamısı dənizlə yan-yanamiskin və əhəmiyyətsiz görünürdü, yuxarıdan bunlara baxan ulduzlar dasoyuq-soyuq parıldayırdılar.

 

Ataylaoğul komada üzbəüz oturub araq içirdilər. Arağı Yakov gətirmişdi ki, atasınınyanında darıxmasın və onu özünə mehriban etsin. Seryojka demişdi ki, Malvanınüstündə atasının ona acığı tutub, Malvanı da bərk hədələyib ki, səni yarımcanolanacan kötəkləyəcəyəm, Malva da onun hədələdiyini bilir, buna görə də Yakovatəslim olmaq istəmir. Seryojka Yakovu ələ salaraq deyirdi:

-Arvadbazlığına görə sənə bərk qulaqburması verəcək. Qulaqlarını elə dartacaqki, hərəsi bir arşın uzansın. Yaxşısı budur sən onun gözünə görünmə.

Bukürən, iyrənc adamın istehzaları Yakovda atasına qarşı şiddətli qəzəboyatmışdı. Bir yandan da Malva əzilib-büzülür, ona gah təşəxxüslə, gah da qəmli-qəmlibaxır, beləliklə də Yakovun onu ələ keçirtmək arzusunu daha da şiddətləndirirdi...

İndiYakov atasının yanına gəlib ona elə baxır ki, elə bil Vasili onun yolununortasında dayanan daşdır, elə bir daş ki, nə üstündən, nə də yanından keçməkmümkün deyil. Lakin Yakov atasından zərrə qədər qorxmadığını hiss edərək, onunsərt, qəzəbli gözlərinə cəsarətlə baxır, sanki deyirdi: "Hünərin var mənə əlvur!”

Onlarartıq iki dəfə içmiş, amma bir-birinə vətəgə həyatına aid bir neçə əhəmiyyətsizsözdən başqa heç nə deməmişdilər. onlar dənizin ortasında təkbətək oturubbir-birinə qarşı qəzəb duyğularını toplayırdılar, hər ikisi də bilirdi ki, biraz sonra bu duyğu alovlanacaq, hər ikisini yandıracaq.

Komanınhəsirlərini külək xışıldadır, səbətlər bir-birinə toxunub taqqıldayır, uzun dirəyinucundakı qırmızı əski isə sanki nəsə deməyə çalışırdı.

- Nəxəbər var, Seryojka yenə içir? – Vasili qaş-qabaqla soruşdu.

- İçir,hər axşam kefli olur. – Yakov yenə stəkanlara araq töküb dedi.

-Evini yıxacaq... Sərbəst, qorxusuz yaşayışın axırı belədir. Sən də onun tayıolacaqsan!..

Yakovqısa cavab verdi:

- Mənonun tayı olmayacağam.

Vasiliqaşlarını çatdı:

-Olmayacaqsan? Mən nə danışdığımı bilirəm. Nə vaxtdan burda yaşayırsan? Üçüncüaydır. Yaxınlarda evə qayıtmalı olacaqsan. Nə qədər pul aparacaqsan? – Ohirsli-hirsli arağı içib saqqalını elə dartdı ki, başı silkələndi.

- Buaz vaxtda burda çox qazanmaq olmaz. – Yakov əsaslı dəlil gətirdi.

-İndi ki belədir, onda sənin burda veyillənməyinin heç bir mənası yoxdur. Qayıtkəndə!

Yakovheç nə deməyib gülümsədi.

-Ağız-burnunu niyə əyirsən? – Vasili oğlunun sakitliyindən qəzəblənib təhdidləqışqırdı. – Atan sənə söz deyir, sənsə gülürsən. Deyəsən özbaşınalıq eləməyəçox tez başlamısan! Elə dolan ki, səni noxtalamayım...

Yakovaraq töküb içdi. Atasının kobud sözləri onun xətrinə dəydi, lakin Vasiliniacıqlandırmasın deyə, düşündüyü və istədiyi kimi danışmır, özünü saxlayırdı. Həmdə atasının sərtliklə işıldayan qəzəbli gözləri onu bir az qorxudurdu.

Vasilioğlunun ona araq tökməyib tək içdiyini görəndə bir az da hirsləndi.

-Atan sənə deyir evə qayıt, sən ona hırıltıyla cavab verirsən? Şənbə günühaqq-hesabını al, rədd ol kəndə! Eşitdin?

-Getməyəcəyəm! – Yakov qətiyyətlə deyib başını buladı.

-Necə yəni getməyəcəksən? – Vasili qışqırdı və çəlləyə dirsəklənib ayağa durdu.– Mən sənə deyirəm, ya yox? Bu nədir, itin biri it, atana mırıldanırsan?Yadından çıxartmısan ki, başına nə oyun gətirə bilərəm? Yadından çıxıb?

Onunəsəbdən dodaqları titrəyir, ağız-burnu əyilirdi. Gicgahlarında iki damarqabarmışdı.

-Heç nəyi yadımdan çıxartmamışam. – Yakov atasına baxmadan yavaş səslə dedi. – Sənözün necə, hər əməlin yadındadır?

- Sənmənə ağıl öyrədə bilməzsən! Səni tikə-tikə doğrayaram...

Yakovbaşını atasının yuxarı qalxan əlinin altından yana çəkdi və dişlərini qıcayıbdedi:

- Sənmənə əl vurma. Bura sənin üçün kənd deyil...

- Kəssəsini! Mən hər yerdə sənin atanam!

-Burda məni şallaqlaya bilməyəcəksən... – Yakov da atası kimi yavaş-yavaş ayağadurdu.

Gözləriqanla dolan Vasili boynunu qabağa uzadıb yumruğunu düyünlədi, onun araq iyi verənisti nəfəsi oğlunun üzünə dəydi. Yakov geri çəkildi, qaşqabaqlı, zahirən sakit,lakin bütün bədənini isti tər basmış halda, yumruqları dəf etməyə hazır vəziyyətdədayanıb atasının hər hərəkətinə diqqətlə göz yetirməyə başladı. Onların arasında stol yerinə qoyulmuş çəllək vardı.

Vasilitullanmağa hazırlaşan pişik kimi belini büküb xırıltılı səslə soruşdu:

-Döymərəm?

-Burda hamı bərabərdir. Sən fəhləsən, mən də fəhləyəm.

-Belə dee!

- Hə,bəs necə? Sən niyə mənə acıqlısan? Elə bilirsən başa düşmürəm? Əvvəlcə sənözün...

Vasiliqışqırmağa başladı və əlini elə sürətlə yuxarı qaldırdı ki, Yakov yana çəkilməyə fürsət tapmadı. Yumruqbaşına dəydi, o səndələdi və dişlərini qıcırdadıb bir daha yumruğunu qaldıranatasına qəzəblə baxdı.

-Bax, özünü gözlə ha! – O da yumruğunu düyünləyib atasına xəbərdarlıq etdi.

- Mənsənə göstərərəm özümü gözləməyi.

- Əlçək deyirəm!

-Aha... sən... atanı?.. Atanı?..

Buradarısqal idi, boş duz qapçaqları, çəllək və tir parçası ayaqlarına dolaşırdı.

Rəngiağarmış, tərləmiş və hiddətindən dişlərini bir-birinin üstünə basıb, gözləricanavar kimi parıldayan Yakov həmlələri yumruqla dəf edərək atasının qabağındanyavaş-yavaş geri çəkilir, hirsindən heç nə görməyən atasını isə hirsləyumruğunu ata-ata ona hücum edirdi. Qocanın saçı birdən-birə qəribə şəkildəpırtlaşmış, qudurmuş qabanın tükləri kimi qabarmışdı.

Yakovkomanın qapısından bayıra çıxdı.

- Əlçək. Bəsdir. Əl çək!

Ataqışqıra-qışqıra oğluna hücum edir, oğul da həmlələri yumruqla dəf edirdi.

Yakovözünün daha cəld olduğunu bildiyindən atasını daha cinlədirdi:

-Gör səni necə... görürsən...

-Dayan... Dayan deyirəm...

LakinYakov yana tullanıb dənizə tərəf qaçmağa başladı.

Vasilibaşını əyib əllərini uzadaraq onun dalınca götürüldü, amma ayağı nəyəsə ilişdivə o üzü üstə quma yıxıldı. Amma cəld də əllərini quma dirəyib dizi üstəoturdu. Vasili lap taqətdən düşmüşdü, qisassız qalmış həqarət duyğusundan və zəifliyinibaşa düşdüyündən qəhərlənib inildəməyə, ulamağa başladı.

- Sənigörüm lənətə gələsən! – O boynunu Yakova tərəf uzadıb, ağzına dolmuş köpüyüsıçrada-sıçrada xırıldadı.

Yakovqayığa söykənib dayanmışdı, əzilmiş başını əliylə sürtə-sürtə atasına baxırdı.Köynəyinin bir qolu üzülüb bircə sapın üstündə qalmışdı, yaxası da cırılmışdı,tərli sinəsi yağ sürtülübmüş kimi günəşin altında işıldayırdı. O indi atasınanifrət edirdi. İndiyəcən ona elə gəlirdi ki, atası çox güclüdür, amma indiqumluqda oturub onu yumruqla hədələyən bu saçı pırtlaşıq və miskin adamabaxdıqca, güclünün zəifə qarşı mərhəmətli və təhqiramiz təbəssümüylə gülümsəyirdi.

- Lənətəgələsən! Ömrün uzunu!

Vasililənəti elə bərkdən qışqırdı ki, Yakov qeyri-ixtiyari dönüb dənizin uzaqlarına,vətəgəyə tərəf baxdı, elə bildi ki, orda bu acizlik fəryadını eşidən olar.

Lakinorda dalğalardan və günəşdən başqa heç nə yox idi. Onda Yakov yana tüpürübdedi:

- Nəqədər istəyirsən qışqır! Kimə pis eləyirsən? Ancaq özünə... İndi ki aramız beləaçılıb, mən deyim, qulaq as...

- Kəssəsini! Rədd ol gözümün qabağından. Get! – Vasili qışqırdı.

Yakovsaatasının hərəkətlərinə baxa-baxa deyirdi:

- Kəndəgetməyəcəyəm. Qışı burda qalacağam. Mənim üçün bura yaxşıdır. Axmaq deyiləm,bunu başa düşürəm. Burda dolanmaq asandır... Orda sən istədiyin kimi üstümdəağalıq edirdin, burdasa – al e!

O əliniyumruq kimi düyünlədi, baş barmağını şəhadət və adsız barmaqlarının arasındançıxartıb atasına göstərdi və yavaşdan gülməyə başladı, lakin elə güldü ki,Vasili yenidən qeyzlənib ayağa durdu, avarı qapıb ona tərəf götürüldü,xırıltılı səslə qışqırmağa başladı:

-Atana? Atana-a? Öldürərəm!..

AmmaVasili qayığa çatanda Yakov xeyli uzaqlaşmışdı. O qaçır, köynəyinin cırılmışqolu dalınca uçurdu.

Vasiliavarı onun üstünə tulazladı, avar gedib çatmadı, mujik yenə də taqətsiz haldadöşü üstə yıxılıb qayığın üstünə sərildi və oğluna baxıb taxtanı dırnaqlarıylacırmaqladı, oğlu isə uzaqdan qışqıra-qışqıra deyirdi:

-Heç utanırsan? Saçın-saqqalın ağarıb, amma bir arvadın üstündə bu cür vəhşiyədönmüsən... Eh, sənə nə deyim! Hamısı birdir, onsuz da kəndə qayıtmayacağam...Özün get... Sənin burda işin-zadın yoxdur.

-Yaşka, səsini kəs! Yaşka, öldürərəm səni. Rədd ol!

Yakovyavaş-yavaş getməyə başladı.

Oğlugetdikcə atası dəli kimi tutqun gözlərini zilləyib onun yerişinə baxırdı. Ogetdikcə balacalaşır, sanki quma batırdı... belinəcən... çiyinlərinəcən... qumabatdı, sonra başı da görünmədi, yox oldu... Lakin bir az sonra, yoxa çıxdığıyerdən bir az uzaqda yenə görünməyə başladı, əvvəlcə başı, sonra çiyinləri,sonra bütün bədəni göründü... İndi o kiçilmişdi... Dönüb bu tərəfə baxır,qışqıra-qışqıra nəsə deyirdi.

Vasiliyenə qışqırdı:

- Sənələnət olsun! Lənətə gələsən!

Yakovfikir vermədi, yenə getməyə başladı və qum təpəsinin dalında gözdən itdi.

Qayığadirsəklənən Vasili bu narahat vəziyyətdən bel sümükləri sızıldayanadək uzunmüddət oğlu gedən tərəfə baxdı. O əzgin halda ayağa durdu və sümüklərininsızıltılı ağrısından səndələdi. Kəməri qoltuğunda yığılmışdı, keyimişbarmaqları ilə kəməri açdı, onu gözləri önünə qaldırdı və qumun üstünə atdı.Sonra çökək yerin qabağında dayanıb burda yıxıldığını və əgər yıxılmasaydı,oğlunu tuta biləcəyini düşündü. Komada hər şey alt-üst olmuşdu. Vasili ora-buraboylanıb araq şüşəsini axtardı və onu qapçaqların arasında görüb götürdü. Şüşəninağzındakı tıxac bərk basıldığı üçün araq dağılmamışdı. Vasili tıxacıyavaş-yavaş tərpədib çıxartdı, elə şüşədən içməyə başladı. Amma əli titrədiyiüçün şüşə də titrəyir, araq ağzından saqqalına, yaxasına tökülürdü.

Vasilininbaşı gicəllənir, ürəyi sancır, beli bərk ağrıyırdı.

Bərkdən:

-Qocalmışam amma... – dedi və komanın ağzındakı qumun üstündə oturdu.

Dənizgözləri önündə sərilmişdi. Həmişəki kimi gurultulu, oynaq dalğalar gülürdü.Vasili uzun müddət suya baxdı və oğlunun sözlərini xatırladı:

"Budənizin tutduğu yer başdan-başa torpaq olsaydı! Həm də qara torpaq! Buraşumlanıb əkilsəydi!”

Mujikiacı bir duyğu bürüdü. Sinəsini bərk-bərk ovdu, ətrafa göz gəzdirib bərkdən ah çəkdi.Başı aşağı əyildi və üstünə ağır bir şey düşübmüş kimi beli büküldü. Qəhərdənboğazı tutuldu. Öskürüb boğazını arıtladı, göyə baxıb xaç çəkdi. Ağır fikirlərədaldı...

...Birəxlaqsız qadına görə, on beş ildən artıq bir yerdə yaşayıb çiyin-çiyinə namuslayaşadığı arvadını atdığı üçün allah onu cəzalandırdı – oğlu üzünə ağ oldu. Belədir,ilahi!

Oğluonu təhqir etdi, ürəyinə bərk toxundu... Öz atasının ruhunu belə sarsıtdığıüçün onu öldürmək də azdır! Nəyə görə? Bir pis, abırsız qadına görə! Qoca kişiolduğu halda öz arvadını və oğlunu unudub bu qadına qoşulmaqla günaha batdı...

İndibudur, allah öz müqəddəs qəzəbi ilə bu günahı onun yadına saldı, ədalətli cəzasınıverərək öz oğlunun əli ilə ürəyini parçaladı... Belədir, ilahi!..

Vasilibelini büküb oturmuşdu, xaç çəkir, gözlərinə dolan daşı sıxmaq üçün tez-tezgözlərini qırpırdı.

Günəşdənizə enirdi. Göydə qızaran tünd qırmızı şəfəq yavaş-yavaş çəkilirdi. Sakituzaqlardan əsən isti külək mujikin göz yaşı ilə islanmış üzünə toxunurdu.Peşman Vasili yuxuya gedənəcən beləcə oturub qaldı.

 

 

Atasıyladava edəndən bir gün sonra Yakov bir dəstə fəhlə ilə bir yerdə, paraxodun yedəyindəgedən qayıqla vətəgədən otuz verstədək uzaqlarda uzunburun balıq ovuna çıxdı.Beş gün sonra o tək, yelkənli qayıqla vətəgəyə qayıtdı, onu yemək gətirməyəgöndərmişdilər. O günortadan sonra, fəhlələr nahardan sonra istirahət edən vaxtgəlmişdi. Hava dözülməz dərəcədə istiydi, od kimi qızmış qum adamın ayaqlarınıyandırır, bir tərəfdən də balıq pullarıyla balıq sümükləri ayağa batırdı. Yakovaddımını ehtiyatla ata-ata baraka tərəf gedir, çəkmə geyinmədiyi üçün özünüsöyürdü. O qayığa qayıtmağa tənbəllik edir, üstəlik də nəsə yemək və Malvanıgörmək üçün tələsirdi. Yakov dənizdə keçirtdiyi cansıxıcı vaxt ərzində Malvanıtez-tez xatırlamışdı. İndi də bilmək istəyirdi ki, Malva onun atasıyla görüşüb,ya yox, əgər görüşübsə də, atası ona nə deyib... Bəlkə də o Malvanı döyüb?Döyülsə pis olmaz, burnu ovular, sözə baxar! Yoxsa çox dikbaş arvaddır!

Vətəgəsakit, ətraf xəlvət idi. Barakların pəncərələri açıq idi, böyük yeşiklərəoxşayan baraklar da, elə bil istidən əziyyət çəkirdi. Barakların arasındakıprikazçik kontorundan uşaq ağlamağının səsi gəlirdi. Çəllək yığınları arasındanyavaş səslər eşidilirdi.

Yakovcəsarətlə səs gələn tərəfə getdi, ona elə gəldi ki, Malvanın səsini eşidir.Lakin çəlləklərə çatan kimi onların dal tərəfinə baxıb çəkildi və qaşlarınıdüyünlədi.

Çəlləklərindalında kürən Seryojka əllərini başının altında qoyub uzanmışdı. Onun bir tərəfindəVasili, o biri tərəfindəsə Malva oturmuşdu.

Yakovatası haqda düşünməyə başladı:

"Onunburda nə işi var? Bəlkə o arvada daha yaxın olmaq və məni ona yaxın buraxmamaqüçün rahat yerindən əl çəkib vətəgəyə qayıdıb? Qoca şeytan! Sənin əməllərinianam bilsəydi... Yanlarına gedim, ya getməyim?”

Seryojkadeyirdi:

-Belə!.. Demək – xudahafiz? Neynək! Get, torpağı qurdala...

Yakovsevinclə gözlərini qırpdı.

Atasıdedi:

-Gedirəm...

OndaYakov cəsarətlə qabağa keçib salamlaşdı:

- Sədaqətlidostlara salam!

Atasıona ötəri nəzər salıb gözlərini yana çevirdi. Malva heç qaşını da tərpətmədi.Seryojkasa ayağını silkələyib yoğun səslə dedi:

-Budur, istəkli oğlumuz Yaşka uzaq səfərdən qayıdıb gəldi! – Sonra öz adi səsiyləəlavə etdi. – Onun dərisini qoyun dərisi kimi soyub nağaraya çəkmək lazımdır!

Malvayavaşca güldü.

Yakovonların yanında oturub dedi:

-Çox istidir.

Vasiliyenə ona baxdı.

- Mənsəni gözləyirdim, Yakov. – dedi.

Yakovaelə gəldi ki, atasının səsi xeyli dəyişib, sakitləşib, elə özü də dəyişilib.

-Yemək aparmağa gəlmişəm. – Yakov bunu deyib Seryojkadan bir papirosluq tütünistədi.

Seryojkayerindən tərpənmədi.

- Mənsənin kimi axmağa tütün vermərəm.

Vasiliqumu barmağıyla eşələyib dedi:

- Mənkəndə qayıdıram, Yakov.

-Niyə? – Oğlu ona məsum-məsum baxdı.

- Bəssən necə? Qalırsan?

- Hə,mən qalacağam. Evdə ikimiz nə edəcəyik?

-Yaxşı... Mən bir söz demirəm. Necə istəyirsən... Uşaq deyilsən ki! Ancaq sənbunu... sən bunu yadında saxla ki, mən çox davam edə bilməyəcəyəm. Bəlkə birtəhəryaşadım, amma bilmirəm necə işləyəcəyəm... Torpaqdan yəqin ki yadırğamışam. Birdə yadında saxla ki, orda sənin anan var.

Görünüro çətinliklə danışırdı. Sözləri pəltək adam kimi deyirdi. Saqqalını tumarlayan əlititrəyirdi.

Malvadiqqətlə onun üzünə baxırdı. Seryojka bir gözünü qıydı, dəyirmi şəkil alan obiri gözünü isə Yakova zillədi. Yakov çox sevinir və sevincini gizlətmək üçünayaqlarına baxırdı.

Vasilideyirdi:

-Ananı unutma... Özün bilirsən, sən onun tək balasısan...

Yakovözünü yığdı:

- Mənbilirəm...

-Bilirsənsə daha yaxşı! – Atası şübhəylə ona baxdı. – Ancaq deyirəm ki, yadındançıxartma.

Vasilidərindən ah çəkdi. Bir neçə dəqiqə dördü də susdu. Sonra Malva dedi:

-İndicə zəngi çalıb işə çağıracaqlar...

Vasiliayağa durdu:

-Yaxşı, mən gedirəm.

Onundalınca hamı ayağa durdu.

-Salamat qal, Sergey! Volqa tərəfə yolun düşsə, bəlkə bizə dər baş çəkəsən?..Simbirsk qəzası, Mazlo kəndi, Nikolo-Lıkovskoye volostu.

-Yaxşı. – Seryojka onun əlini silkələdi, sonra onun əlini öz sarı tüklü güclü pəncəsindəsaxlayıb Vasilinin üzünə baxdı və gülümsədi:

-Lıkovo- Nokoloskoye böyük kənddir. Uzaq yerlərdə də tanınır, biz onun dördverstliyində oluruq. – Vasili başa saldı.

-Yaxşı, yaxşı. Yolum düşsə gələrəm...

-Salamat qal!

-Sağ ol, əzizim!

Vasiliqadına baxmadan boğuq səslə dedi:

-Salamat qal, Malva!

Malvatələsmədən dodaqlarını koftasının qoluna sildi və ciddi tövrlə qollarını onunboynuna dolayıb üç dəfə yanaqlarından və dodağından öpdü.

Vasiliçaşdı, sıxıldı və anlaşılmaz bir söz dedi. Yakov istehzalı təbəssümünü görməsinlərdeyə başını aşağı saldı, Seryojka isə göyə baxıb yavaşca əsnədi.

-Yoldasənə isti olacaq...

-Eybi yoxdur... Hə, salamat qal, Yakov!

-Sağ ol!

Onlarnə etmək lazım olduğunu bilmirdilər, eləcə üzbəüz dayanmışdılar. Bayaqdanhavada uçuşan "salamat qal” sözləri Yakovun qəlbində atasına qarşı səmimi duyğuoytamışdı, amma o bilmirdi bu duyğununecə ifadə etsin. Malva kimi onu qucaqlasın, yoxsa Seryojka kimi əlini sıxsın?Oğlunun üzündəki tərəddüd əlaməti Vasilini incidir, həm də pərt edirdi. O daYakovun qabağında sıxıntı hiss edirdi, elə bil utanırdı. Bu hiss dildə baş verənhadisəni yadına saldığından və Malvanın öpüşündən yaranmışdı.

NəhayətVasili dilləndi:

-Deməli, ananı yaddan çıxartma!

Yakovda mehribanlıqla gülümsədi.

-Yaxşı da, sən narahat olma. Mən özüm bilirəm...

- Hə...Burda birtəhər dolanın, allah işinizi avand eləsin... halal eləyin... Seryoqa,qazanı orda, yaşıl qayanın yanında quma basdırmışam.

-Qazan onun nəyinə lazımdır? – Yakov tez soruşdu.

- Omənim yerimə təyin edilib... Orda, dildə qulluq edəcək.

YakovSeryojkaya, sonrasa Malvaya baxdı, gözlərindəki sevinc işartısını görməsinlərdeyə başını aşağı saldı.

-Salamat qalın, dostlar. Mən getdim!

Vasilibaş əyib yola düşdü. Malva onun dalınca getdi:

-Bir az ötürüm səni...

Seryojkaqumun üstünə uzandı və Malvanın dalınca getmək istəyən Yakovun ayağındanyapışdı.

-Dayan görək... Hara?

-Burax! Əlini çək! – Yakov dartındı.

LakinSeryojka onun o biri ayağndan da yapışdı.

-Otur yanımda...

-Yox əşi! Nə oyun çıxartırsan?

-Oyun çıxartmıram. Otur!

Yakovnaəlac oturdu.

- Nəistəyirsən?

-Bir az gözlə. Danışma... Qoy mən fikirləşim, sonra sənə deyim...

Yakovçarəsizliklə tabe oldu...

Malvailə Vasili dinmədən yan-yana gedirdilər. Malva yandan onun üzünə baxır, gözləriqəribə şəkildə parıldayırdı. Vasili idə qaş-qabağını tökmüşdü. Ayaqları qumabatdığı üçün yavaş-yavaş gedirdilər.

-Vasya!

- Nəvar?

Oqadına baxdı və dərhal üzünü çevirdi.

Malvasakitcə dedi:

- Ovar ki, Yaşka ilə səni qəsdən dalaşdırmışdım. Amma siz davasız da dolana bilərdiniz.

Vasilibir az susandan sonra soruşdu:

- Bəssən niyə belə elədin?

-Bilmirəm... Elə-belə...

Malvaçiyinlərini çəkib gülümsədi.

-Çox yaxşı iş görmüsən! Nə deyim sənə! – Vasilinin səsində kin var idi.

Malvadinmədi.

- Sənmənim oğlumu korlayacaqsan, tamam korlayacaqsan. Heyif! Cadugərsən sən, cadugər...Allahdan qorxmursan, həyan da yoxdur... Sən nə edirsən?

-Neyləyim? Neyləmək lazımdır? – Qadın ondan soruşdu. Onun sualında həmnigarançılıq, həm də kədər var idi.

Hirsindəncoşan Vasili qışqırdı:

-Neyləmək? Ox, sənə nə deyim!

Oqadını vurmaq, ayaqlarının altına salıb tapdalamaq, döşünü, üzünü əzə-əzə qumabatırmaq istəyirdi. O yumruğunu düyünləyib dal tərəfə baxdı.

Orda,çəlləklərin yanında Yakovla Seryojka dayanıb onlara baxırdılar.

- Rəddol get! Mən sənin boynunu burub üzərdim!

Vasiliqadının üzünə baxa-baxa, pıçıltıyla söyürdü. Gözləri qanla dolmuşdu, saqqalıtitrəyirdi, əllərisə ixtiyarsız havaya qalxır, arvadın örpəyinin altından çıxansaçlarından yapışmaq istəyirdi.

Malvaisə yaşıl gözlərini ona dikib sakit-sakit baxırdı.

- Sənigərək öldürəydim, fahişə! Hələ gözlə... birinə rast gələrsən... başını əzər...

Malvagülümsədi, susdu, sonra dərindən ah çəkib dedi:

-Yaxşı, bəsdir... Salamat qal!

Vasilionun dalınca baxıb nərildəyir, dişlərini qıcıdırdı. Malva isə gedir vəayaqlarını Vasilinin qum üstündəki dərin ləpirlərinə qoymağa çalışır, ləpirləriayağıyla silib qumu hamarlayırdı. Beləcə yavaş-yavaş gedib çəlləklər olan yerəçatdı. Seryojka soruşdu:

- Hə,ötürdün?

Malvabaşının hərəkətiylə təsdiqləyib onun yanında oturdu. Yakov qadına baxıb gülümsəyirdi,dodaqlarını elə tərpədirdi ki, elə bil nəsə pıçıldayır, heç kimin eşitmədiyisözlər deyirdi.

Malvabaşıyla dənizə işarə edib Seryojkadan soruşdu:

- Sənora, dilə haçan gedəcəksən?

-Axşam.

- Məndə səninlə...

-Bax!.. Buna varam!

- Məndə gedəcəyəm! – Yakov qətiyyətlə dedi.

- Sənikim çağırır? – Seryojka gözlərini qıyıb soruşdu.

İşləməyəçağıran sınıq zəngin cingiltisi eşidildi. Zəng səsləri havaya yayılır vədalğaların şən şarıltısı içində batıb gedirdi.

Yakovcəsarətlə Malvaya baxıb dedi:

-Odur, o çağıracaq!

- Mən?Sən mənim nəyimə lazımsan? – Qadın təəccübləndi.

Sergeyayağa durub dedi:

-Açıq danışaq, Yaşka. Onun dalınca düşsən, səni elə əzişdirərərm ki, xəşilə dönərsən!Barmağını vursan, həşərat kimi basıb öldürərəm! Kəllənə elə vuraram ki, o saatyox olarsan! Mən uzunçuluğu sevmirəm!

Onunsir-sifəti, gövdəsi və Yakova tərəf uzanan düyünlü əlləri çox inandırıcı surətdəgöstərirdi ki, dediklərini eləmək onun üçün adi və asandır.

Yakovbir addım dala çəkilib boğuq səslə dedi:

-Dayan... Qoy o özü...

-Sus. Qurtardı getdi! Sən nəsən? Quzu əti sənin kimi itin xörəyi deyil, qabağınagəmirmək üçün bir sümük atsalar, şükür elə! Hə, gözlərini niyə bərəldirsən?

YakovMalvaya baxdı. O yaşıl gözlərini Yakova dikib qəlbi incidən, insanı alçaldanistehzalı təbəssümlə gülümsəyirdi. Birdən o Seryojkaya elə mehribanlıqlaqısıldı ki, Yakovu tər basdı.

OnlarYakovdan ayrılıb yan-yana getməyə başladılar və bir az aralanandan sonra bərkdəngülməyə başladılar. Yakov sağ ayağını quma bərk basıb ağır-ağır nəfəs aldı.

Uzaqda,donub qalmış sarı qum dalğaları üzərində balaca bir adamın qaraltısı hərəkətedirdi, ondan sağ tərəfdə günəş şüalarını əks edən şən, əzəmətli dənizparıldayır, sol tərəfdə isə, ta üfüqə qədər uzanıb gedən yeknəsəq, kədərli, boşqumluqlar görünürdü. Yakov o tənha adama baxdı, həqarət acısı və heyrətlə dolugözlərini qırpıb, sinəsini əlləriylə bərk-bərk ovdu...

Vətəgədəiş yenidən qızışırdı.

Yakov,bərkdən qışqıran Malvanın sinədən gələn xoş səsini eşitdi:

- Mənimbıçağımı kim götürüb?

Dalğalarşırıltı ilə səslənir, günəş nur saçır, dəniz gülürdü...

 

Tərcümə: H. Məmmədbəyli

Mənbə: yarpaq.az