Səid Riyad. Ədəbi prosesə çəpəki bir baxış

Səid Riyad. Ədəbi prosesə çəpəki bir baxış

Ara-sıramədəniyyət saytlarında, ədəbi portallarda, hətta sosial şəbəkələrdə qələmadamlarının çağdaş ədəbiyyatımızda mövcud olan müxtəlif problemlərə dairyazıları rastımıza çıxır. Ümumilikdə ədəbi mühitə, baş verən müəyyən ədəbihadisələrə, yaxud müxtəlif yazarların yaradıcılığına aid olan həmin yazılarınsonunda, əksər vaxtlarda, müəlliflər həll yolunu göstərmir. Bundan başqa, ədiblərnədənsə çəkinir, ehtiyat edirmiş kimi davranaraq, problemin özünü qabartsa daonun səbəblərinə toxunmurlar. Bu zaman bəzən "üz üzdən utanar” prinsipi ilə hərəkətedərək problemlərin həndəvərində dolaşır, əsasən də bir ucu hökumətə gedibçıxan mövzulara ya ümumiyyətlə toxunmurlar, ya da həmin mövzunu çoxaçıb-ağartmaq istəmirlər. Məsələn, AYB-ni və Anar Rzayevi gənclərin yolunu kəsməkdəittiham edən hansısa ədib AYB haqqında ən sərt sözlər işlətsə də, bu qurumu bəsləyibayaqda saxlayan hökumətə bircə söz də ünvanlamır. Yaxud hansısa bədii əsərin tənqidinəhəsr edilmiş yazını oxuyanda tənqidçinin müəllifin çox xətrinə dəyməməsi üçün əlyeri qoyduğunu görə bilirik. Əksər vaxtlarda isə ədiblər bir qədər səthi məsələlərdəkiproblemləri dilə gətirdikləri halda, daha irimiqyaslı və əhəmiyyətli problemləriisə görməzdən gəlirlər.

Bunagörə də Azərbaycan ədəbi mühitində mövcud olan bir neçə problem barədə ədəbiyyataaidiyyatı olmayan neytral bir şəxsin yazmalıdır. Əvvəla, Azərbaycan ədibioxuculardan hər nə qədər çox məlumatlı, hadisələrin gedişatından hər nə qədərçox xəbardar olsa da kənardan özünü görə bilmir. Bu cəhətdən neytral şəxs kənardanhadisələrin və şəxslərin necə göründüklərini ədiblərin özlərindən daha yaxşı təsviredə bilər. İkincisi isə ədəblərlə sıx münasibəti olmayan neytral şəxsin üzü heçkimin üzdən utanmayacaq beynindən keçən hər bir fikri dərhal qələminə gətirə biləcək.

Bu səbəbdənbu işi öz öhdəmə götürmək qərarına gəldim. Əslində mənim fəaliyyətimin bir hissəsiyazı-pozuya aid olsa da əbədiyyat sahəsində özümü yalnız oxucu kimi görürəm. Bədiiədəbiyyata uşaqlıqdan meyilli olmağım və illərdir həm Qərb, həm MDB ölkələrində,həm də ölkəmizdə baş verən ədəbi prosesləri də mütəmadi şəkildə izlədiyimə görəözümü pis oxucu hesab etmirəm. Buna görə də yuxarıda qeyd etdiyim kimi, neytralşəxs və oxucu kimi həm Azərbaycanın çağdaş ədəbiyyatı və onun nümayəndələrihaqqında fikrilərimi, həm də ədəbi mühitdəki bir neçə əsas hesab etdiyimproblemləri yazmaq qərarına gəldim.

Sənətnövləri arasında məhz ədəbiyyatı seçib məqaləni bu sahəyə həsr etməyimin isəbir neçə səbəbi var.

Əvvəla,Azərbaycanda heç bir sənət növünün nümayəndələrinin sayı ədiblərin sayı qədərdeyil. Yəni ölkəmizdə ədəbiyyatı təmsil edən şəxslərin sayı qədər rejissor,aktyor, rəssam, heykəltəraş, musiqiçi, fotoqraf, rəqqas və s. yoxdur. Əgəryanılmıramsa, təkcə elə AYB-yə üzv olan ədəbiyyat xadimlərinin sayı iki minəyaxındır, üstəlik, bir o qədər də müstəqil fəaliyyət göstərən, heç bir dövlətqurumuna üzv olmayan və hansısa məmur-yazıçının ya özünün, ya da onun mədəniyyətportalının ətrafında birləşən və onun sifarişlərini yerinə yetirən ədib yazıbyaratmaqla məşğuldur. Bundan başqa ölkəmişdə xeyli sayda prokuror şair, deputatşair, hakim şair, polkovnik şair və general şairlərin olmasını da qeyd etməklazımdır. Yəni hazırda Azərbaycanda minlərlə yazıçı/şair mövcduddur ki, bu da ədiblərdənibarət böyük ordu deməkdir. Hərçənd, say məsələsində səhvə yol vermiş ola bilərəm,ancaq təkcə sosial şəbəkələrdə rastıma çıxan müxtəlif adlar, təxəllüslər, bu vəya digər ədəbi mövzularda müxtəlif təxəllüslü ədiblərin adlarının tez-tezhallanması, xüsusilə onların bəzilərinin vaxtaşırı nümayiş etdirdikləri epatajnümunələri say cəhətdən bu cür düşünməyimə əsas verir.

İkincisi,müşahidələrimə və araşdırmalarıma görə istər televiziya məkanında, istər sosialşəbəkələrdə ədəbiyyat əhli digər sənət nümayəndələri ilə müqayisədə bir sıramövzularda daha çox aktivlik və fəallıq nümayiş etdirir, onlar digər sənətkarlardandaha səs-küylü, daha enerjili və daha qıvraq görünürlər. Təbii ki, burada dayersiz, mənasız və bayağı epatajların olduğunu da xüsusi şəkildəvurğulamalıyam.

Üçüncüsü,xeyli sayda ədibin özləri haqda olan böyük iddialarını digər sənət nümayəndələrindəmüşahidə etməmişəm. Yəqin digər oxucular da bu fikirlə razılaşar ki, istərkifayət böyük qələm təcrübəsi olan, istərsə də qələm təcrübəsi az olanistedadlı və istedadsız ədiblərin böyük əksəriyyəti özləri haqda çox yüksəkfikirdədirlər. Belə ki, ədiblər özlərini digər sənət nümayəndələrindən dahamütaliəli, daha savadlı və bilikli, həm də daha ağıllı hesab edirlər. Onlarınböyük əksəriyyətin iddiaları isə "ölkənin ən istedadlı yazıçısı/şairistatusu”ndan tutmuş, dünyanın ən nüfuzlu ədəbiyyat mükafatı olan Nobelə qədərdir.Mənim heç kimi özü haqqında olan iddiasına görə qınamaq və bu iddiaları qəbahət,çatışmazlıq kimi dəyərləndirmək fikrim yoxdur. Kim özü barədə necə istəyir, ocür də düşünə bilər. Mən sadəcə ədəbiyyat mövzusuna müraciət etməyimin səbəbləriniqeyd etmişəm.

Azərbaycandahəqiqətən də fantastik dərəcədə böyük yazıçı/şair ordusu var. Apardığımaraşdırmaya görə, bizim ədiblərin sayı aşağı-yuxarı, təxminən elə əhalisininsayı Azərbaycandan 14-15 dəfə çox olan Rusiyadakı ədiblərin sayı qədərdir.Ədiblərin sayının çox olmasında savayı, bəzən onların həm yazı üslubu, həmadları, həm də təxəllüsləri də bir-birlərinə o qədər bənzəyir ki, şəxsən mənözüm də ooxucu kimi hərdən onların bəzilərini qarışdırır, səhv salıram.Yuxarıda qeyd etdiyim kimi bu balaca ölkədə nə üçün onlarla, yüzlərlə deyil,minlərlə ədibin fəaliyyət göstərib, yazıb yaratmasının səbəbi barədə heç birfikrim yoxdur. Lakin burada haşiyəyə çıxıb, Seymur Baycanın məhz bu məsələ barədəbir neçə il öncə məqalələrinin birində işlətdiyi fikirləri bura əlavə etmək istəyirəm.

SeymurBaycan ədəbiyyata bu qədər insanın axın etməsinə dair təxmini belə bir məzmundafikir bildirmişdi ki, Azərbaycanda yaradıcılıqla məşğul olmaq, tanınmaq istəyənxeyli sayda gənc var və onlar özləri üçün yaradıcılıq sahəsi seçərkən böyük əksəriyyətsonda gəlib məhz ədəbiyyatın üzərində dayanır. Bunun səbəbi isə gənclərin ədəbiyyatındigər sənət nümunələri ilə müqayisədə həm daha ucuz başa gəlməsini, həm də ədəbiyyatıən asan sənət növü hesab etmələrindədir. Yəni, deyək ki, rejissorluqla məşğulolmaq üçün kamera, işıq, montaj avadanlıqları və s., təsviri incəsənətlə məşğulolmaq üçün rəng, fırça, palitra və digər ləvazimatlar, musiqi ilə məşğulolmaqüçünsə musiqi aləti almaq, üstəlik ən azı solfecio bilmək tələb tələb olunurki, bunlar hamısı xərc tələb edir. Bundan başqa, musiqi, rəssamlıq,rejissorluqla məğulolmaq üçün də fitri istedad tələb olunur ki, bu bacarıq da hərkəsdə olmur. Bu qədər xərc və həngamənin içində isə həm müftə başa gələn, həm dəbacarıq cəhətdən gözə ən asan görünən sənət sahəsi ədəbiyyatdır. Yaradıcılıqlaməşğul olub məşhurlaşmaq istəyən gənc hesab edir ki, heç bir xərc və əziyyət çəkmədən,sadəcə Vörd proqramını açıb orda yan-yana cümlələr düzməklə mətn ərsəyə gətirib,ya vəlvələdən, ya zəlzələdən haradasa 2-3 dəfə çap olunub yazıçı/şair statusuqazanmaq qədər asan heç nə ola bilməz. Beləliklə də ədəbiyyata bu qədər kütləviaxın baş verir. Lakin ədəbiyyatın sənət nümunələri arsında nəinki asan, hətta ənqəliz, ən məşəqqətli, ən çox insanı yoran və hətta depressiya salan sənət növüolmasını yazmağa isə ehtiyac yoxdur, bu barədə dəfələrlə deyilib və yazılıb.Lakin ədəbi mühitdə olan say çoxluğunu və gənc ədiblərin ədəbiyyatın ən asan sənətnövü hesab etmələrini böyük problem hesab etmirəm. Mənim nəzərimdə digər böyükproblemlər mövcuddur ki, mən məhz onlar barədə yazmaq və həmin problemlərin həlliistiqamətində müəyyən çıxış yolları göstərmək istəyirəm.

Ölkəmizdəminlərlə yazıçı/şair olduğu halda, təəssüf ki, ədəbi mühitdə heç bir prosesmövcud deyil. Düzdür, ədəbi mühitdə bu və ya digər miqyasda müxtəlif hadisələrbaş verir, hətta ara-sıra proses yaratmaq üçün müxtəlif cəhdlər də edilir, buistiqamətdə süni şəkildə də olsa epataj xaraketrli müəyyən süni gedişatlar gözədəyir, lakin təəssüflər olsun ki, bunların heç biri prosesə çevrilə bilmir. Mənimfikrimcə, müstəqillik dövründə Azərbaycan ədəbiyyatında sonuncu ən iri miqyaslıproseslər AYO-nun əksmədəniyyət fenomeni kimi təzahür edərək AYB-yə qarşımüharibə elan etdiyi, stereotipləri qırdığı, ədəbi mühitə yeni nəfəs gətirdiyizamandan başladı və AYO-nun çöküşündən bu günə qədər Azərbaycan ədəbiyyatında həminmiqyasda proses olmayıb. AYO-nun çökdürülməsi, proseslərin qarşısının necə vəhansı yollarla alınması barədə də çox yazılıb, çox deyilib. Təkrarçılıq çıxsada qısa xülasə ilə yazım ki, mütəmadi olaraq AYO-da vaxtilə ağzından alovpüskürən gənc və proqressiv yazıçı/şairlərin əksəriyyəti neft pulları hesabınamüxtəlif hökumətyönümlü saytlara və fondlara gətirildilər, bununla da AYO-nunvuran əlləri sıradan çıxarıldı. Vaxtilə hansısa dəyərləri ələ salıb onları lağaqoyan həmin gənc ədiblər isə neftdən gələn gəlirlərin sayəsində elə həmin dəyərlərinəsirinə çevrildilər. Beləliklə də AYO tamamilə çökdürüldü, hazırda isəgördüyümüz kimi AYO-nun adı var, özü isə yoxdu. AYB-yə gəlincə isə, bu qurumunnə proses yarada biləcək potensialının, nə bunu etməyə cəsarətinin, nə dəmeylinin olması hamıya yaxşı məlumdur. AYB formal olaraq ilin müəyyən günlərində,xüsusilə seçkiqabağı sifariş qəbul edib mövcud hökumətin xeyrinə "ziyalımövqeyi” səsləndirmək və ayrılan dotasiyalardan ipə-sapa yatan mənasız əsərlərəpul ayıraraq müstəqil gənc ədiblərə göz dağı vermək üçün bəslənən qurumdur.AYB-nin bundan savayı nə ədəbiyyata, nə də cəmiyyətə bir faydası var.

AncaqAzərbaycanda ədəbi prosesin olmaması heç də o demək deyil ki, ölkədə normal bədiimətn yarada biləcək ədiblər yoxdur. Bunu iddia etmək, bunu dilə gətirmək ən azıcığallıq sayılar. Azərbaycanda az sayda olsa belə ortaya ciddi mətn qoya biləcəkpotensiala malik ciddi müəlliflər mövcuddur. Hətta Azərbaycanda eləyazıçışairlər var ki, onların həm bədii potensialları, həm düşüncə tərzi Qərbölkələrinin ən trenddə olan, ən çox oxunan ədiblərindən heç də geri qalmır. Təbiiki, burada söhbət minlərlə yazıçı/şair ordusundakı maksimum 50-60 nəfərə yaxınşəxsdən gedir. Məsələ Azərbaycanda bədii əsərlərin hansı keyfiyyətdəyazılmasında, yaxud ədiblərin hansı potensiala malik olmasında deyil. Əslində,Azərbaycan ədəbiyyatında mövcud olan əsas problemlər tamam başqadır.

Azərbaycanyazıçısının maddi və sosial durumunun heç də ürəkaçan olmaması heç kimə sirrdeyil. Yazıçı/şair vaxtını, enerjisini, zehni əməyini yaradıcılıq məhsulunun ərsəyəgəlməsinə sərf etməli olduğu halda dolanışıq üçün əksər hallarda ya tərcüməçi,ya redaktor, ya hansısa xəbər saytlarında jurnalist işləmək məcburiyyətindəqalır. İstedadlı gənclərin iaşə xidməti sahəsində işləyənlər də olub, indi dəvar. Bəzən cavan yazıçıların hazırladıqları reportajlarda yaratdıqları bədii təsvirlərdəonların əslində bir növ gözünün qurdunu öldürdüyünü də hiss etmək olur. Əksərhallarda istedadlı yazıçının öz əməyini qeyri bədii əsərə xərclənməsi bir oxucukimi məni də çox məyus etsə də, bəzən ədiblərin bu cəhətdən tənqidi hədəfini yabilərəkdən, ya da bilməyərəkdən yanlış istiqamətə yönəltməsi isə təccübdoğurur. İstər fitri istedadlı, istər orta səviyyəli, istərsə də bədii cəhətdənzəif yazıçı/şairlərin bəzən öz hirsini AYB-nin, hətta birbaşa Xalq YazıçılarıAnar Rzayevlə Fikrət Qocanın üstünə tökdüyünün şahidi oluruq. AYB və şəxsənAnarın özünə qarşı səslənən ittihamlar onların ədəbiyyatın inkişafınınqarşısını almaqda, dövlətin ayırdığı dotasiyaları faydasız istiqamətlərə sərfetməkdə, hansısa həyata keçməsi mütləq sayılan layihələrə əhəmiyyətsizyanaşmalarına aid olur.

Buradakiçik haşiyəyə çıxıb daha sonra əsas problemlərin üzərində dayanmaq istəyirəm.Yazacağım bu sözlərə görə oxucu və ədiblərdən dəfələrlə üzr istəyirəm, beləhesab edirəm ki, AYB-yə və Anara qarşı səslənən ittihamların arxasında kiçikriyakarlıq dayanır. Mən Anarın yaxud Fikrət Qocanın kimsənin əlindən qələmalmadığını, hiperreallıq dövründə sosial şəbəkələrin böyük KİV-dən də daha çoxtəsir gücünə malik olduğu dövrdə kimsənin qarşısını kəsməyin qeyri-mümkünolduğunu bir kənara qoyuram. Oxucular fikir veriblərsə, şəxsən Anarı, FikrətQocanı tənqid edənlər elə həmin qurumun üzvü olan Xalq Yazıçısı Elçin, yaxudakademik Kamal Abdulla kimi məmur-yazıçıları, əllərində mətbu orqan olan RəşadMəcidi, deputat Aqil Abbası və s. tənqid etməkdən çəkinirlər, yaxud tənqid etsələrdə barıtını bir qədər az edirlər. Məgər onlar AYB üzvü deyillərmi? Və əgər AYByazıçıların qarşısını kəsirsə, bu fikirdən Kamal Abdullaya, Elçin Əfəndiyevəpay düşmürmü? Bəs düşürsə, niyə o zaman yalnız heç bir dövlət vəzifəsi tutmayanşəxslər, yəni Anar, Fikrət Qoca ittiham edilir? Mənim qənaətim belədir ki, əgərAnar və Fikrət Qoca hansısa nazirlikdə, dövlət, yaxud hökumət qurumunda yüksəkpost tutsaydılar, onlar da tənqid edilməyəcəkdilər, yaxud onlara ünvanlanan tənqidlərindozası az olacaqdı. Yaxud əksinə, əgər Kamal Abdulla, Elçin Əfəndiyev kimiyazıçılar heç bir vəzifə sahibi olmasaydılar Anar və Fikrət Qocanın siyahısınaonlar da əlavə olunacaqdılar.

AYB-yəgəlincə isə, SSRİ-dən qalma bu mənasız və heç bir ədəbi əhəmiyyət kəsb etməyənqurumun saxlanmasının səbəbini yuxarıda qeyd etmişəm və bu səbəb elə hamıdançox yazıçıların/şairlərin özlərinə bəllidir. İldə bir neçə dəfə hökumətdən savayıheç kimə xeyri dəyməyən bəyanatlar verməkdən başqa əhəmiyyətli funksiyasıolmayan qurumu ədəbiyyatın guya qarşısını kəsməkdə ittiham etmək eşşəyi qoyubpalanı döyməkdən başqa bir şey deyil. Mən əminəm ki, nə Anar, nə Fikrət Qoca nədə yaşı səksəni haqlamış köhnə nəslin çoxu heç gənc yazarların əksəriyyətinitanımır, o ki qaldı onların qarşısını kəssinlər. Ədəbiyyatda inkişafınınqarşısını kəsən, prosesin mövcud olmamasının səbəbləri tam başqa amillərdənasılıdır ki, bunun da əsas günahı elə ədiblərin özlərindədir.

Azərbaycanıngənc nəslinin yazıçılarının ən böyük problemlərindən biri bir neçə istisnaxaric, onların böyük əksəriyyətinin Azərbaycan dilindən savayı heç bir dil bilməməsidir.Xarici dil müasir ədəbi trendlərdən, dünya ədəbiyyatında hazırda baş verənhadisələrdən isti-isti xəbər tutmaq üçün çox önəmlidir. Hazırda informasiyalarişıq sürətilə yayılır və onlardan xəbər tutumaq üçün operativlik tələb olunur.Azərbaycan ədibinin operativliyini ləngidən amil isə nəinki ingilis, yaxudfransız dillərini, hətta rus dilini də bilməməsindədir. Bu cəhətdən də gənc ədiblərtrendlərdən ya ümumiyyətlə xəbərsiz olur, ya da çox gec məlumatlanırlar ki, ozaman həmin informasiya artıq köhnəlmiş və aktuallığını itirmiş olur. Bizsosial şəbəkələrdə yazıçıların/şairləri mütəmadi olaraq dünya və yerli ədəbiyyatnümunələrini paylaşdıqlarını, hazırda oxuduqları nümunələri nümayiş etdirdiklərinigörürük. Bəzən bu paylaşımların bəziləri sadəcə görüntü, yəni ədibin "mənmütaliədə artıq bu levelə çatmışam” mesajını ifadə etsə də bəzən hansısa ədib həqiqətəndə oxuduğu kitabdan aldığı təəssüratları bölüşmək istəyir. Paylaşılan ədəbiyyatlarınböyük əksəriyyəti ya klassiklərdən, yaxud 20-ci əsrin nüfuzlu Qərb ədəbiyyatçılarınaaid olur. Lakin müasir ədib üçün təkcə klassikləri mütaliə etmək tam kifayətetmir. Müasir ədib püxtələşməsi üçün dünyada baş verən cari ədəbi hadisələrdən,proseslərdən də xəbərdar olmalıdır. Burada Qərb ölkələrində hansı ədəbijurnalların nəşr edildiyi, Qərb ədəbi platformalarda hansı mövzuların aktualolması, hansı ədəbi müsabiqələrin keçirilməsi və həmin müsabiqələrdə hansıproseslərin getməsini bilmək nəzərdə tutulur. Azərbaycan yazıçısı isə bütünbunlardan ya ümumiyyətlə kənarda qalır, ya da iş işdən keçəndən sonra, çox gecxəbər tuta bilir. Mən şəxsən bunu bir neçə dəfə bir yazıçının/şairin sosial şəbəkələrdəyeni aldığı informasiyanı paylaşdığını və ona şərh verdiyinin şahidi olmuşam,halbuki, həmin informasiya Qərb ölkələri üçün artıq köhnəlmiş hesab edilib.Buna görə də Azərbaycan ədibləri ən yaxşı halda 20-ci əsrin son oniliklərininmövzularında, hadisələrində ilişib qalırlar. Çağdaş ədəbi dünyadakı trendlərəyadlıq gənc ədiblərin həm yazdıqları əsərlərdə, həm sosial şəbəkələrdəyazdıqları statuslarda, həm də onlarla söhbət zamanı aydın şəkildə nəzərəçarpır. Beləliklə də gənc ədiblərimiz "köhnəfikirli” qalmaqda davam edirlər. Azərbaycanyazıçısının xaricə çıxmasının qarşısını Anar və Fikrət Qocadan daha çox qeydetdiyim səbəblər və birbaşa xarici dil bilməzliyindən irəli gəlir.

Heçşübhəsiz, Azərbaycan coğrafiyası üçün yazıçının ana dilinin incəliklərinə qədərbələd olması çox mühüm şərtdir. Amma heç uzağa getməyək, qonşu ölkələrdə beləyazıçıları/şairlər ya əsərlərini MDB oxucularına çıxmaq üçün rus dilində, Qərbəçıxmaq üçünsə ingilis dilində yazırlar. Lap yaxın qonşularımız olan erməni vəgürcülər əsərlərini soradan ingilis, fransız, rus dillərinə tərcümə edirlər ki,bu barədə də elə ədiblərin özləri çox deyib, çox yazıblar. Hətta Sovet dövründəAnar, Elçin, Əkrəm Əylisli və digər yazıçılıar da sonradan əsərlərini rus dilinəözləri çevirirdilər.Təbii ki, yazıçının funksiyasının yalnız mətn yazmaqdanibarət olması, bundan sonrakı proseslərlə, yəni əsərin kitab halına gəlməsi,kitabın nəşrinin, PR-ın qurulmasının, satış prosesinin, əsərin sonradan xaricidilə tərcümə ediliməsənin yazıçıya aid olmadığı mənə də məlumdur. Yəni ədibinişi yalnız və yalnız mətn yazmaqdan ibarətdir, sonrakı proseslərlə ədiblər məşğulolmamalıdırlar. Lakin ədib də hansı coğrafiyada, hansı ölkədə, hansı hakimiyyətinüsul-idarə sistemi altında yaşadığına da bilməlidir.

Dahabir təəccüb doğuracaq məqam ondan ibarətdir ki, xarici dil bilməyən ədiblər tərcümədənoxuduqları əcnəbi müəlliflərin kitabları haqqında fikir yürdüəndə onunüslubuna, dilinə məftun olduqlarını ifadə edir. Hazırda ölkədə bədii əsərlərindilimizə orjinal dildən çevrilməsi nadirən baş verdiyi, bədii əsərlərin dahaçox ikinci – rus dilindən çevrildiyi bəllidir. Təəccüb doğuran budur ki, bizimgənc ədiblər dilimizə orijinaldan deyil, hətta ikinci dildən tərcümə edilən əsərlərioxuyarkən həmin yazıçının üslubunu, dilini necə müəyyən edib ona məftunolurlar? Təbii ki, bunlar əksər hallarda sadəcə göstəriş üçün edilir. ÜmumiyyətləAzərbaycanın gənc ədibləri özlərini əslində olduqlarından fərqli nümayiş etdirməyəçox meyillidirlər. Onlar süni şəkildə özünü bilikli, mütaliəli, yaxud modern,müasir düşüncəli, avropasayağı zehniyyətdə olduqları barədə az qalaqışqıra-qışqıra danışıb, özlərini nümayiş etdirirlər. Bu daha çox, uşaqlıq vəyeniyetməlik dövrünü, hətta gəncliyinin bir neçə ilini yalnız kənddə yaşayan gəncədibin əsələrində süni şəkildə urbanistik amilləri qabartmasında da dərhal hissedilir. Məsələn, şeirində "radioda blyuz musiqisi səslənir, "blue label viskisiiçirəm” kimi misraların müəllifi çox zaman kənddə milli musiqilərin, aşıqmusiqisinin sədaları altında böyüyən və "başı xamırlı şaftalı arağı”ndan başqaspirtli içki tanımayan şəxs olur.

Ədəbitrendləri izləyən şəxslərə yaxşı məlumdur ki, adətən xarici müəlliflər sosial şəbəkələrəçox az zaman ayırırlar. Əksər əcnəbi müəlliflər Facebook, Tvitter və digər şəbəkələrdənyalnız bir vasitə kimi istifadə edir, bu platformalarda əsasən, yeni planlarıbarədə məlumatlar verir, öz müsahibələrini, işıq üzü görəcək əsərlərininanonsunu verir, bir sözlə sosial şəbəkələrdən bir növ oxucu ilə özləri arasındakörpü kimi istifadə edirlər. Hətta əksər əcnəbi müəlliflər sosial şəbəkələrdəoxucuları ilə interaktiv ünsiyyət də qurmurlar. Bizim gənc ədiblər əksinə, səhərtezdən gecəyarısına kimi günlərinin çox hissəsini sosial şəbəkələrdə keçirirlər.Bəzən gənc ədibin facebookda səhər tezdən gecə yarısına qədər gah statuslaryazdığını, gah müxtəlif paylaşımlar etdiyini, gah da başqalarının statuslarınarəy yazdıqlarını, bununla da saatlarla şəbəkələrdə ilişib qaldıqlarını müşahidəetmək olar. Müəyyən postun altında 2-3 yazıçının bir-biri ilə etdiyilağlağılar, "sən məndən istedadsızsan”, yaxud "mən səndən istedadsız olsam dafilankəs ikimizdən də istedadsızdır” tipli zarafatlaşmalar onlar haqqındayaınız qeyri-ciddi təəssürat yaradır. Mən hələ günaşırı spirtli içki qəbuletdikdən sonra məzmunsuz, bayağı, gah klassikləri, gah öz müasirləriniaşağılayıcı məzmunda statuslar yazıldığını, tvitlər atıldığını, səhəri gün isəhəmin statusların, tvitlərin silinməsini bir kənara qoyuram. Yazıçı/şairlərin təbirincədesəm, ədəbi prosesdə durğunluq hökm sürən ölkədə oxucu qıtlığı, kitabsatışındakı zəiflik kimi problemləri olan yazıçının sosial şəbəkələrdəsaatlarla, günlərlə nə işi var?! Sosial şəbəkələrin vaxtı necə israf etməsi barədəməlumatlı olmayan yoxdur, onsuz da göz qırpımında keçən zamanı bura xərcləmək nəyəlazımdır? Gənc yazar sosial şəbəkələri bağlayıb ancaq özünü yetişdirməli, dilöyrənməli, dünyada gedən proseslərdən xəbər tutmağa çalışmalı, mənimsədiyiinformasiyaları digər qələm yoldaşları ilə də paylaşmalı, ölkədəki mövcud ədəbiproblemlər barədə günlərlə baş sındırmalı, başqalarını da bu buna vadar etməli,müxtəlif çıxış yolları axtarıb tapmalıdır.

Azərbaycanədəbiyyatının zəif nöqtələrində biri də yazıçıların "kruq” söhbətləri,bir-birilərinə paxıllıq etmələri, bəzən qələm yoldaşlarına qarşı yersiz və heçbir məna kəsb etməyən qısqanclıqları və bu qısqanclıqla assosiasiya olunan müxtəliftipli atmacalar, aşağılayıcı sözlərdir. Bu bölücülük onsuz da yaman gündə olan,irəli gedə bilməyən çağdaş ədəbiyyatın inkişafını daha da ləngidir. Müəyyən mədəniyyətsaytı ətrafına toplanan yazıçılar/şairlər yalnız bir-birilərinin və yaxın dostçevrəsinin yaradıcılıq nümunələrinə reaksiya verir, münasibət bildirir, sosialşəbəkələrdə yalnız bir-birilərinin əsərlərini və məqalələrini paylaşırlar. Vəbu hallar ədəbiyyatın inkişafının ləngidiyini deyən yazıçıların özləri tərəfindənedilir.

Gəncyazıçılar/şairlərin dekadent əhval ruhiyyədə olmasına, bədbinlik, ahu-zar,melonxolik duyğulara həddən artıq kökləndiklərini və bu əlamətlərin təksəyaradıcılıq nümunələrində deyil, adi həyatlarında tez-tez müşahidə olunduğunugörmək olar. Azərbaycanın gənc ədibləri daim şikayət edir, nədənsə narazıdır, həmişədeyinir: "Oxucu yoxdur, kitab oxumurlar, dövlət ədəbiyyata qayğı göstərmir, AYBkötük kimi yolumuz kəsib, gürcü və ermənilər dünyaya çıxdılar, biz isə çıxabilmirik”... Və əsas məsələ də budur ki, illərlə sözügedən giley-güzar eyni ladüstündə təkrarlanır və bir dəfə də olsun Azərbaycan yazıçısı "gəlin nəsə edək”tipli çağırış etməyib.

Ədiblərözlərini ən mütaliləli, bütün günü kitab-dəftər içində olan zümrələrdən birhesab edir və məntiqlə onlar ölkəni də, ölkədəki hakimiyyətə də, sistemə dəyaxşı bələddir. Azərbaycan ədibi çox gözəl bilir ki, dövlət heç vaxt kitaba, təhsilə,ədəbiyyata qayğı göstərməyəcək, ən yaxşı halda müəyyən qlamur nəşriyyat yaradıbbu nəşriyyata da qazanc gözü ilə baxacaq. Onlar AYB-nin nə üçün bəslənməsinin səbəbinidə hamıdan yaxşı bilirlər. Və onlar bunu bildikləri və onların giley-güzar dolusəslərinə səs verilməyəcəklərindən xəbərdar olduqları halda yenə də deyinməyədavam edirlər? Nə üçün yazıçı/şairlər qollarını çırmalayıb özləri nəsə etməkistəmirlər? Ədiblər proses yaratmaq üçün özləri səy göstərmək yerinə tənbəlliklərinəsığınıb şikayət edir, oxucu qıtlığından, kitab satılmamasına görə deyinməsi şəxsənmənə heç cür çatmır. Azərbaycan ədəbi anlamalıdır ki, onun taleyinə bucoğrafiyada və bu cür ölkədə doğulub yazıb-yaratmaq yazılıb. Yuxarıda da qeydetdiyim kimi normal ölkələrdə yazıçının işi ancaq mətn yazmaqdır və o, hazır mətninsonradan başına gələcək işlərlə məşğul olmur, amma nə etmək olar, bura ki, Azərbaycandır.Azərbaycan ədibi anlamalıdır ki, güman yalnız onun özünədir. Buna görə də Azərbaycanədəbi şikayətləri, ahu-zarı biryolluq bir kənara qoyub, özündə iradə tapmalıdırvə qollarını çırmalayıb özü problemlərin həlli üçün çalışmalıdır. Yuxarıda qeydetdiyim minlərlə ədib ordusunun arasındakı həmin 50- 60 nəfər bir yerə yığılıbproses yaratmaq barədə düşünməlidirlər. Əlbəttə, "kruq” söhbətləri də bir kənaraqoyulmalı, müvəqqəti küsülülüklər və riyakarlıqlara da son qoymaq lazımdır.İndiyə qədər statuslarda yazılan "ədəbiyyat naminə” ifadəsi təkcə sözdə yox, əməldədə icra edilməlidir. Uzun zaman ədiblərin dilindən düşməyən "ölkədə kitaboxuyan yoxdur”, yaxud "kitab satılmır” ifadəsinin əslində kökündən yanlışolduğunu öz kitablarını küçədə satan gənc ədiblərdən biri göstərdi. Bundanbaşqa, ədiblərin çoxunun bəyənmədiyi Varis Yolçuyevin, Rövşən Abdullaoğlunun,Qaraqanın kitablarını on minlərlə nüsxədə satılması da göstərir ki, kitaboxuyan var, sadəcə oxucuları düzgün yerə istiqamətləndirmək lazımdır. Onlaraistiqamət vermək üçünsə oxucularla işləmək lazımdır. Bunun üçün lazım gəlsə kəndbəkəndgəzib insanlara mütaliəni təbliğ etmək, onları oxumağa alışdırmaq, mütaliəyəmeyilli olan, amma ciddi nümunələri oxumayanlara isə öyrətmək lazımdır. Maliyyəçatışmazlığını da ianə toplamaqla həll etmək olar. Ədiblər birdəfəlikanlamalıdırlar ki, Azərbaycan yazıçısı/şairi olmalarının taleyi ilə barışmaq vəişin altına özünü vermək lazımdır. Azərbaycan ədəibindən savayı, heç kim mövcudporblemləri həll etməyəcək. Bunun yolu isə birləşmək və gücü bir yerə qoymaqdankeçir. Azərbaycan ədibi özündə iradə tapıb passionar olmadıqca hər şey elə bucür də davam edəcək.

Mənbə: yarpaq.az