Məşhur simalar kabuslar qəsrində realiti-şouya qatılacaq

Britaniyalı məşhurlar Kanui qraflığında yerləşən Qrayç qəsrində təşkil olunacaq realiti-şousunda iştirak edəcək.

Bununla bağlı “The Sun” məlumat yayıb.

Hər zaman kabus görüntüləri ilə məşhur olan qəsr 1283-1289-cu illərdə I Eduardın əmri ilə tikilib.

Yerli sakinlər hesab edir ki, qəsrdə 1924-cü ildə ölən qrafinya Dandonaldın ruhu dolaşır. On il əvvəl çəkilən fotolardan birində həmin qadının ruhunun görüntüləri yer alıb.

Bəziləri isə həmin qəsrdə xadimələrin də ruhlarının dolaşdığını bildirib.

Yeni realiti şou “I'm a Celebrity...Get Me Out of Here!” adlanacaq. Şou zamanı tanınmışlar qarşıya qoyulan tapşırıqları yerinə yetirməli olacaqlar. Çəkilişlərə hazırlıq üçün bir milyon funt sterling və altı həftə lazım olacaq.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda koronavirusa yoluxma sayı 100-dən aşağı düşdü: İki nəfər öldü - FOTO

SONRAKI XƏBƏR

Belarusda seçki gərginliyi: internet kəsilir, küçədə müxalifləri həbs edirlər