Məşhur aktrisa 101 yaşında vəfat etdi

Məşhur aktrisa 101 yaşında vəfat etdi

Məşhur italyan aktrisa Franka Valeri 101 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, aktrisa Romadakı mənzilində dünyasını dəyişib.

Qeyd edək ki, aktrisanın əsl adı Franka Maria Norzadır. Əslən yəhudi olduğu üçün özü və ailəsi repressiyaya məruz qalıb. Repressiyalardan xilas olmaq üçün aktrisa ad və soyadını dəyişməyə məcbur olub.

Mənbə: axar.az