İt anasız qalan buzova süd verir - VİDEO

İt anasız qalan buzova süd verir - VİDEO

Türkiyənin Tunceli vilayətində anası ölən buzovu itin əmizdirməsi görənləri məəttəl qoyur.

Bununla bağlı görüntüləri “Haber7” yayımlayıb.

Vilayətin Çemişgezek rayonunda heyvandarlıqla məşğul olan Sərdar Dəmirin inəyi doğuş zamanı ölüb.

Anasız qalan buzova Kanqal cinsi çoban iti süd verməyə başlayıb.

Acdıqca itin yanına gələn buzov əmdikdən sonra yerinə gedir.

 

Mənbə: www.oxu.az