“Bəli, biz ordunu Rusiyaya yaxın mövqelərə yerləşdiririk” - Pentaqonun başçısı

Avropada Amerika Birləşmiş Ştatları(ABŞ) ordusunun yenidən qruplaşması ona görə baş verir ki, Amerika qoşunlarının Rusiya sərhədləri yaxınlığında iştirakını artıraq. Bu barədə ABŞ-ın müdafiə naziri Mark Esper «Fox News» telekanalına bəyan edib.

“ABŞ prezidenti Donald Trampın qərarı iyunun əvvəlində atıq başlanmış prosesi sürətləndirib. Son nəticədə, biz çoxlu ordu hissələrini şərqə - Rusiya sərhədləri yaxınlığına yerləşdiririk» -deyə, Pentaqonun başçısı bildirib.

Onun sözlərinə görə, NATO üzrə əsas müttəfiqlər Vaşinqtonun bu qərarını yaxşı addım adlandırıblar. Odur ki, ABŞ Müdafiə Nazirliyi gələcəkdə də öz qüvvələrini şərq qanadında atırmaq niyyətindədir.

Bundan əvvəl Donald Tramp bəyan edib ki, ABŞ ordu hissələrinin bir hissəsini Almaniyadan çıxaracaq. Pentaqonun başçısı isə dəqiqləşdirib ki, orada böyük kontingent qalacaq və ABŞ əvvəlki kimi, tələb edir ki, alyans ölkələri müdafiə xərclərini artırsınlar - ÜDM-in 2 faizindən az olmamaq şərtilə.

«Mən, kütlə qarşısında və konfidensial olaraq demişəm ki, hər kəs minimum 2 faiz ödəməlidir. Almaniya kimi ölkələr isə daha artıq ödəməlidirlər. Söhbət kollektiv təhlükəsizlikdən və kollektiv məsuliyyətdən gedir - Rusiyaya və digərlərinə qarşı dura bilmək üçün. Əgər biz, gerəkdən Rusiyaya qarşı durmaq niyyətindəyiksə, o zaman öz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirməliyik» - Esper deyib.

AzPolitika.info

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Bunlar ürəyi vaxtsız qocaldır

SONRAKI XƏBƏR

Alov alan sərnişin avtobusu yoluna davam etdi - VİDEO