Sevda Ələkbərzadədən FƏRQLİ TƏRZ - VİDEO

Sevda Ələkbərzadədən FƏRQLİ TƏRZ - VİDEO

Repertuarında həm caz, həm xalq mahnılarına, həm də muğam janrına yer verən müğənni Sevda Ələkbərzadə öz yaradıcı eksperimentlərinə və cəsarətinə daha bir tərz əlavə edib. O, bu dəfə “Ən” adlı layihəsini təqdim etməklə nə qədər fərqli və eyni zamanda müasir janrlarla ayaqlaşa biləcəyini nümayiş etdirib.

Publika.az xəbər verir ki, müəllifi və səs prodüseri Nicat Məlikova aid olan “Ən” adlı mahnıya öz tilsimli səsi ilə həyat verən müğənninin bu layihəsi üçün də komanda peşəkarlardan seçilib. Mahnıda Şərq, Qərb, eləcə də Muğam və Afrika cərəyanlarının uğurlu harmoniyasını hiss edən peşəkar stilist Leyla Məmmədova Sevda Ələkbərzadəyə seçdiyi möhtəşəm obrazla layihənin gedişatına xüsusi rənglər, xırdalıqlar və incə zövq əlavə edib. Qarşılıqlı sevginin qadını dünyanın xoşbəxti etməsindən bəhs edən müğənni Sevda Ələkbərzadənin obrazını top vizajist, tanınmış make up ustası Elnur Həsənov öz dəbli tərzi, artistin simasına yaraşan parlaq əl işi ilə tamamlayıb.

Bu əsrarəngiz obrazın studiya çəkilişləri təcrübəli fotoqraf Toğrul Qurbanova həvalə edilib. Layihənin vizual həlli lirik video janrında düşünüldüyündən gənc olmasına baxmayaraq, istedadlı qrafist Murad Muradova həvalə edilib. Miksinq və masterinq Fərid İsmayılova aiddir.
Sevda Ələkbərzadənin bu layihəsinin təşkili və yayım hüquqları Peachline-a məxsusdur.

 

Mənbə: publika.az