Ərzaq sisteminin dayanıqlı inkişafına dair tövsiyələr açıqlandı

Ərzaq sisteminin dayanıqlı inkişafına dair tövsiyələr açıqlandı

Rəqəmli texnologiyaların daha sürətli tətbiqi ərzaq təminatı sisteminin dayanıqlı inkişafını təmin edəcək.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının sənədlərində bildirilir.

Ərzaq və Torpaq İstifadəsi Koalisiyasının (FOLU) hesabatında daha dayanıqlı ərzaq təminatı sisteminə keçmək üçün hökumətlərə verilən tövsiyələr sadalanır.

Həmin tövsiyələrdən birinə görə dövlət bazarları və tədarük zəncirlərini pərakəndələşdirməyi qarşıya məqsəd qoymalıdır. Belə ki, COVID-19 ilə bağlı məhdudlaşdırıcı tədbirlər nəticəsində fermalardakı ərzaq bolluğu müqabilində pərakəndə bazarlarda yaranan ərzaq qıtlığı kimi ziddiyyətli vəziyyət daşınma məsrəflərinin yüksək olduğunu ortaya qoydu. Bazarlar təmərküzləşdiyi təqdirdə ərzaq təminatı xeyli səmərəli olur, lakin müştəri tapılması və sövdələşmələrdə çətinliklər ortaya çıxır.

Rəqəmli platformalar ayrı-ayrı ərzaq növlərinin bazarlarının çoxalmasına, bununla da tədarük zəncirlərinin daha səmərəli fəaliyyət göstərməsinə gətirib çıxarır. Tədarük zənciri boyu ərzaq növlərinin pərakəndə izlənməsi daha təhlükəsiz və dayanıqlı ərzaq istehsalı üçün şərait yaradır. Dövlətin mühüm vəzifəsi rəqəmli platformaların bazara təsirini cilovlamaqdan ibarətdir.

Bununla yanaşı, mürəkkəb ərzaq sisteminə dair açıq məlumatların yayılması da ərzaq istehsalı və tədarükübndə yeniliklərin tətbiqi, dövlət məsrəflərinin daha səmərəli hala gətirilməsi üçün böyük əhəmiyyət daşıyır.

Mənbə: azpolitika.info