Mədəsi və ciyəri çöldə doğulan qız - 2 yaşı var - FOTO

Mədəsi və ciyəri çöldə doğulan qız - 2 yaşı var - FOTO

Kembricdəki hospitalların birində dünyaya göz açan qız həkimləri təəccübləndirib.

Milli.Az Mirror-a istinadla bildirir ki, hazırda iki yaşı olan Laurel Phizacklea adlı qız görünüşü ilə hər kəsin diqqətini çəkir. Buna səbəb onun daxili orqanlarının çöldə olmasıdır. Belə ki, Laurelin mədəsi, qaraciyəri və bağırsaqları xaricdədir.

O, dünyaya gələrkən həkimlər onun öləcəyini düşünsələr də, Laurel iki ildir normal həyat sürür.

Milli.Az 2 yaşlı qızın fotolarını təqdim edir:

İsmayıl
Milli.Az

Mənbə: news.milli.az