Britaniyalı prodüser vəfat edib

Britaniyalı prodüser vəfat edib

Britaniyalı musiqi prodüseri, "Deep Purple", "Black Sabbath" və "Iron Maiden" kimi tanınmış rok qruplarında çalışan Martin Berç vəfat eib.

Open.az xəbər verir ki, 71 yaşlı musiqiçinin ölüm xəbərini dostu sosial mediadan yayıb.

Martin Berç sənət karyerasına 1960-cı illərdə səs rejissoru kimi başlayıb. 11 il "Iron Maiden" qrupu ilə çalışıb.

Məşhur prodüser yaradıcılıq karyerasını 1992-ci ildə başa çatdırıb.

Ülviyyə Həsənqızı

 

 

 

 

 

Mənbə: open.az