Özçivit ailəsindən oğulları ilə bağlı AÇIQLAMA

Burak Özçivit həyat yoldaşı Fahriye Evcen Özçivit ilə birlikdə ötən gün ticarət mərkəzlərinin birində görüntülənib.

BiG.AZ-ın türk mediasına istinadən verdiyi məlumatına görə, oğulları Karan üçün alış-veriş edən cütlük "Hər keçən gün bir az daha böyüyür. Paltarları artıq ona balaca gəlməyə başlayıb, biz də qısa bir alış-veriş etmək istədik. Hər şey yolunda, gözəl gedir. Bu zamanda çalışdığımız qədər evdə qalıb sosial məsafəni qorumağa çalışırıq" açıqlamasını verib.

Qeyd edək ki, "Çalıkuşu" serialında tanış olan məşhur cütlük artıq 3 ildir evlidir. Övladları Karan Özçivitin isə artıq 1 yaşı tamam olub.













Fidan Bayramova

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

230 milyon illik almaz tapıldı - FOTO

SONRAKI XƏBƏR

Bərdə rayon Prokurorluğunda kadr dəyişikliyi olub