"Selena"dan NÜMUNƏVİ ADDIM

"Selena"dan NÜMUNƏVİ ADDIM

2006-cı ildə yayımlanan "Selena" serialı ilə məşhurluq qazanan Sinəm Kobaldan yeni xəbər var.

Big. az türk mediasına istinadən xəbər verir ki, tezliklə ilk övladını qucağına almaq üçün gün sayan sevilən aktrisa Sinəm doğum gününə dörd gün qalmış mənalı bir istək irəli sürdü. Hədiyyə yerinə "Kansersiz Yaşam Vakfı"na ianə bağışlanmasını istədi.

"14 avqusta - doğum günümə çox az bir zaman qaldı. Bu il doğum günümü qeyd etmək yerinə, yaxşılıq edək dedim. Hədiyyə almaq yerinə isə xərçəng xəstəsi uşaqlarımızı xatırlayaq. Onların kiçik qəlblərinə toxunmaq üçün vəsilə olaq. Edəcəyimiz hər bir ianə çox qiymətlidir. Sevginin gücü və dəstəyi ilə sağaldaq, sağalaq" - ifadələri ilə öz "İnstagram" səhifəsində paylaşıb.

Qeyd edək ki, Sinəm Kobal məşhur aktyor Kənan İmirzalıoğlu ilə evlidir.



Fidan Bayramova

 

Mənbə: big.az