80-ci illərin məşhur müğənnisi başından ağır zərbə alıb- Komadadır

80-ci illərin məşhur müğənnisi başından ağır zərbə alıb- Komadadır

Rusiyalı müğənni, ötən əsrin 80-ci illərində hər kəsin dillər əzbəri olan "Ягода-малина" mahnısının ifaçısı Valentina Leqkostupova ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Open.az xəbər verir ki, 54 yaşlı müğənni başından aldığı zərbədən sonra komaya düşüb.

Hadisə müğənninin evində baş verib. Belə ki, bir neçə gündür evdən küçəyə çıxmayan Valentina və həyat yoldaşı Yuri Firsovun spirtli içkilərdən aşırı qəbul etmələri, sonrakı hadisələrin gedişatını gətirib. Valentinanın qızı anasının yaşadığı mənzilə gəlib və yerdə huşsuz halda yatan anasını görüb. Həmin vaxt müğənninin əri Yuri Firsov da mənzildə olub. Valentina Leqkostupovanın qızı təcili yardım çağırıb və mənzildə olan cütlüyü Narkoloji klinikaya aparıblar.

Klinikada məlum olub ki, müğənni başından ağır zədə aldığı üçün beyninə qan sızıb. Təcili əməliyyat edilən Valentina Leqkostupova hazırda komadadır və həkimlər müğənninin vəziyyətinin çox ağır olduğunu bildiriblər.

Bu arada xəstəxanaya birlikdə gətirilsələr də, müğənninin əri Yuri Firsov klinikadan qaçıb. Hazırda polislər qaçan ərin axtarışına çıxıblar.

Qeyd edək ki, bir zamanlar çox məşhur olan Valentina Leqkostupova son illər əyyaş həyatı yaşayırmış. Belə ki, müğənninin hər zaman sərxoş olduğu, günlərlə evdən çölə çıxmadığı deyilir. Spirtli içkilər müğənninin həyatını tamamilə dəyişib.

Bir zamanlar məşhur mahnı ilə milyonların sevimlisi olan Valentina Leqkostupova, hazırda çox ağır dəqiqələrini yaşayır.

 

 

Mənbə: open.az