Sibel Canın yeni fotoları səs-küyə səbəb oldu: "Qızın ilə eyni yaşda olmusan"

Sibel Canın yeni fotoları səs-küyə səbəb oldu: "Qızın ilə eyni yaşda olmusan"

Məşhur türk müğənnisi Sibel Can yeni albomu "Hayat" üçün fotosessiya etdirib.

Open.az xəbər verir ki, albomunun üz qabığı və daxilində əks ediləcək fotolardan bəzilərini sosial mediada paylaşan müğənniyə eyni anda tərif və tənqid dolu mesajlar gəlib.

Belə ki, avqust ayında 50 illik yubileyini qeyd edən Sibel Canın gözəliiyi bir çoxlarına yenə də rahatlıq verməyib. Müğənninin fotoşopdan çox istifadə etdiyini iddia edənlər: "Qızın Melisa ilə yaşıd kimi görünürsən" yazaraq Sibel Canı tənqid ediblər.

Sibel Can isə tərif dolu şərhlər yazan izləyicilərinə təşəkkürünü bildirib və əlavə edib ki, iki ildən sonra yeni albom çıxarmanın həyəcanını yaşayır.

 

Mənbə: open.az