Xanəndədən qızıl kimi sözlər: “Üsyanla, kiməsə əsəbini tökməklə alınmır”

Xanəndədən qızıl kimi sözlər: “Üsyanla, kiməsə əsəbini tökməklə alınmır”

“Dünya kefdən ibarətdən ibarət deyil. İnsanların düşünməyə vaxtı oldu”

“Pandemiya bizə şükür etməyi öyrətdi. Həyatımızın qədrini bilək, yaxşılılıqlarımızın sayını artıraq

“Bu ağır dönəmdə bir-birimizə dəstək göstərməliyik. Çalışaq ki, bu çətin dövrdən üzüağ çıxaq. Ancaq səbirli olmağı arzulayıram”

2019-cu ilin sonlarında planetimizə ayaq açan koronavirus pandemiyası öz təhlükəsini davam etdirir. Bütün dünya ölkələri kimi Azərbaycan da bu bədnam virusla mübarizə aparır, tezliklə yox olması bütün resurslarını səfərbər edir. Elə bu məqsədlə 5 aydır ki , ölkə əhalisi karantin rejimində yaşayır, izoliyasiya qaydalarına əməl edir.


 

“Sherg.az” da bu kritik dövrdə “silah”ını yerə qoymadan çalışır, ziyalıların, incəsənət nümayəndələrinin tövsiyyələrini öyrənib xalqa ərz edir.

Bu dəfə də tanınmış xanəndə Fərqanə Qasımova ilə həmsöhbət olduq.

Söhbətimizi təqdim edirik.

-Günləriniz necə keçir?

- Məlumdur ki, sıxıntılı günlər yaşadıq. Bütün insanlar üçün həm imtahan , həm də keçid dövrü oldu. 2020 problemli bir il kimi yadda qaldı. Necə davam edəcəyi də bilinmir.

- Bəs uzun müddət işinizdən, sənətinizdən uzaq qalmağın nə kimi təsirləri oldu?

- Əslində yalnız səhnələrdən ayrı düşdük. Yenə də öz repertuarımızla, sənətimizlə məşğul oluruq. Çünki bu sənətdən uzaqlaşmaq, idmandan uzaqlaşmaq kimi bir şeydir. Hər zaman formada qalmağımız vacibdir. Ona görə ev şəraitində də oxuyuruq. Onlayn layihələrimizi həyata keçiririk. Türkiyə, İran və dünyanın bir çox ölkələri ilə internet üzərindən bağlantılarımız oldu. Bəzi telekanallardan da dəvət aldıq. Bu çətin günlərdə belə sevənlərimizlə təmasda olmaq istədik. Xalqımıza, sənətimizə dəstək olmağa çalışdıq.

- Sizcə pandemiya bəşəriyyətə nə bağışladı?

- Hər zaman deyirəm: dünya kefdən ibarətdən ibarət deyil. Fikrimcə , insanların düşünməyə vaxtı oldu. Dərk etməliydik ki, əzizlərimizin, bizə verilən həyatın qədrini bilməliyik. Zamanımızdan effektiv şəkildə istifadə etməyi bacarmalıyıq. Mənim həyatımda pandemiya dövrü düşüncəli oldu. Onsuzda hər zaman sənətimizlə məşğul idik. Konsertlərdə, səfərlərdə olmuşuq . Düşünürəm ki, pandemiya bizə şükür etməyi öyrətdi. Həyatımızın qədrini bilək. Yaxşılılıqlarımızın sayını artıraq.

- Bəs nə üçünsə darıxdınızmı?

- Bu dünyada darıxdığım heç nə ola bilməz. Ancaq itirdiklərimiz üçün heyfislənib, peşiman olmalıyıq. Məsələn zaman, vaxt, qohumlarımız, sevdiklərimiz. İstədiyimiz vaxt yanlarına gedə bilmirdik və sair. Bunları düşünmək üçün çox zamanımız oldu.

 

- Yəqin ki, məlumatınız var, şou-biznesin bəzi nümayəndələri xüsusi karantin rejiminin uzadılmasına, toyların üzərindəki qadağaya etiraz etdi. Onlara münasibətiniz necədir?

- Bu qlobal problemdirsə hamı səbr etməlidir. Çünki heç kimin istəyindən asılı deyil. Hər ailənin özünün, büdcəsinə görə problemləri var. Hər kəs yaxşı və ya pis yaşaya bilməz. Ona görə köməkləşməliyik. Bu ağır dönəmdə bir-birimizə dəstək göstərməliyik. Çalışaq ki, bu çətin dövrdən üzüağ çıxaq. Ancaq səbirli olmağı arzulayıram. Üsyanla, kiməsə əsəbini tökməklə alınmır. İnşallah bu problemlər tezliklə qurtacaq.

Mənbə: sherg.az