Korona bizə nə öyrətdi? - Nil Karaibrahimgil

Korona bizə nə öyrətdi? - Nil Karaibrahimgil

Hər zaman öz fikirləri ilə seçilən ifaçı Nil Karaibrahimgil pandemiya dövrü ilə bağlı düşüncələrini bölüşüb.

BiG.AZ türk mediasına istinadən xəbər verir ki, sənətçi bu fikirlərini sosial şəbəkədə paylaşıb.

"Korona bizə təbiətin qucağına ehtiyacımız olduğunu öyrətdi. Əgər qapıları açıb qaça bilsəydik təbiətə doğru qaçacaqdıq. Ağacı qucaqlayacaq, quşları dinləyəcək və ətirşah qoxlayacaqdıq. Tısbağanın koronadan xəbəri belə olmadı. Biz bunun möhtəşəmliyinə heyran qaldıq".

Fidan Bayramova

 

Mənbə: big.az