“Heç kimin işinə qarışmıram, kimsə sərt danışıbsa, özü bilər...”

“Heç kimin işinə qarışmıram, kimsə sərt danışıbsa, özü bilər...”

Xəbər verdiyimiz kimi bir müddətdir bir çox müğənnilər toylarla bağlı qadağalara görə gileylənirlər. Əməkdar artist Baloğlan Əşrəfov, müğənni Niyam Salami karantin rejimin yumşaldılmasıyla bağlı açıqlamalar verdilər. Hətta B.Əşrəfov hətta toylarla bağlı qadağalara görə çox sərt danışdı.

Moderator.az-a açıqlamasında Əməkdar artist Cavanşir Məmmədov bu mövzuda kiminsə fikirlərinə qoşulmadığını bildirdi:

“Toylarla bağlı qərarların verilməsi Operativ Qərargahdan asılıdır, mən hökumət deyiləm. Ümumiyyətlə, karantin rejimiylə bağlı müəyyən yumşalmalar oldu. Marşurutlar işləyir, reyslər açıldı və mənə elə gəlir ki, ayın 17-dən sonra yenə bir çox qadağalar aradan götürülər. Qaldı ki, mən heç kimin işinə qarışmıram, sözümü dedim. Hər kəsin öz baxış bucağı var, kimsə sərt danışıbsa, özü bilər. Mənim dediklərim bundan ibarətdir”.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az