"Sihirli annem"in Tuğçəsi əri tərəfindən DÖYÜLDÜ - FOTOLAR

"Sihirli annem"in Tuğçəsi əri tərəfindən DÖYÜLDÜ - FOTOLAR

Türkiyədə yayımlanan “Sihirli annem” serialı ilə məşhurlaşan Damla Ersubaşı 4 ildir evli olduğu Mustafa Can Kesərdən boşanmaq üçün məhkəməyə müraciət edib.

BiG.AZ türk mediasına istinadən xəbər verir ki, iddialara görə, Mustafa Kesər bacısı Alev Kesər və həyat yoldaşı Damla Ersubaşına qarşı fiziki şiddət göstərib. Aktrisa bununla bağlı ərindən şikayətçi olmasa da, bacısı Alev Kesər qardaşının cəzalandırılmasını tələb edir:
“Bizi 3 saatdan çox öldürmək məqsədilə döydü. Başımıza külqabılar vurdu. Psixoloji olaraq hələ də özümə gələ bilmirəm”.

Mustafa Kesər isə öz açıqlamasında hadisəni içkinin təsiri altında törətdiyini və əməlindən peşman olduğunu söyləyib.

Qeyd edək ki, cütlük 2016-cı ildə ailə həyatı qurmuşdu. Onların iki qız övladı var.







Fidan Bayramova

 

Mənbə: big.az