Sevgili olduqlarını etiraf etdi - FOTO

Türkiyəli aktyor İlker Kaleli ötən gün evindən çıxarkən görüntülənib.

Axşam.az xəbər verir ki, müxbirlərlə söhbət edən aktyor özündən 13 yaş kiçik həmkarı Biran Damla Yılmaz ilə eşq yaşadığı ilə bağlı iddiaları təsdiqləyib:

"Bir aydır davam edən gözəl dostluğumuz var. Bu mövzu şəxsidir, çox danışmaq istəmirəm".

İ.Kaleli yeni layihələri barədə də danışıb:

"Pandemiyadan sonra seriallarda vəziyyət necə olacaq bilmirəm. Musiqi ilə maraqlanıram. Yeni albom təqdim edə bilərəm, sürprizlərim var".

Axsam.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ bu ölkə ilə çarter uçuşlarını dayandırdı

SONRAKI XƏBƏR

İti xilas etmək üçün avtomobilin şüşələrini qırdılar – VİDEO