“Əgər dünya bir dövlət olsaydı, sənayeni almanlar, ordunu türklər, fahişəliyi isə fransızlar idarə etməliydi...”

“Əgər dünya bir dövlət olsaydı, sənayeni almanlar, ordunu türklər, fahişəliyi isə fransızlar idarə etməliydi...”

“Bizdə xəyanət deyəndə ancaq yorğan-döşək xəyanəti nəzərdə tutulur. Amma xəyanət özü böyük məhfumdur axı”

Bunu

Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. O, əzəl gündən dünyada xəyanətlərin olduğunu bildirib:

“Əlbəttə, hamı kimi mənim də xəyanətə qarşı münasibətim pisdir. Elə şeylər var ki, bunun izahı yoxdur, ağzında xəyanət deyirsən. Xəyanəti heç kəs bağışlamır. Bizdə xəyanət deyəndə ancaq yorğan-döşək xəyanəti nəzərdə tutulur. Amma xəyanət özü böyük məhfumdur axı. Namus deyəndə ancaq yorğan-döşək namusu nəzərdə tutulur. Amma namus özü də böyük məsələdir. Qabaqlar əsasən bu rəsmi şəkildə olurdu məsələn, bir kişi bir neçə qadın alırdı və buna İslam dini də icazə verirdi. İndi xəyanətə görə təkcə Azərbaycanın yaxasından yapışmaq lazım deyil, bütün dünya xarab olub. Bir müddət öncə Adolf Hitlerin sözünü oxudum və o, deyir ki, “Əgər dünya bir dövlət olsaydı, sənayeni almanlar, ordunu türklər, fahişəliyi isə fransızlar idarə etməliydi”. Yəni dünya əvvəldən belə gəlib, belə də gedəcək. Çünki qadınlar heç vaxt ona görə başa düşüb qəbul edə bilmirlər ki, onun kişisi harasa baxa bilər. Bu təxminən ona bənzəyir ki, bir meşədə gözəl ağaclara, çaya baxırsan. Bu baxmağı baxmamaq etmək qeyri-mümkün məsələdir. Tutaq ki, ərinin xəyanəti üstündə boşanan bir qadın bu dünyanı dəyişə bilərsə, dəyişsin. Dəyişə bilməz axı, ya başını aşağı salıb yaşamalıdır, ya da ayrılmalıdır. Hələ bilmək olmaz ki, ayrılandan sonra səni hansı problemlər, bəlalar gözləyir”.

Yazıçı deyib ki, insanlar bir-birinə güzəşt etməlidir və bu ölkələr arasında da edilir:

“Ümumiyyətlə, işdə də, evdə də, hər yerdə belədir ki, güzəşt deyilən şey var, onu etmək lazımdır. Məsələn, bəzən dövlətlərarası güzəştlər də olur. Əgər xatırlayırsınızsa, türklər rusların helikopterini vuranda vəziyyət o qədər gərginləşmişdi, hərarət o qədər yuxarı qalxmışdı ki, hər dəqiqə hər şey ola bilərdi. Amma bir güzəşt hər şeyi yoluna qoydu. Bu da belə bir şeydir, yəni dünyada nə varsa, hamısı bir-birinə oxşayır”.

S.Səxavət müasir dövr insanın çox aqressiv olduğunu və bir-birilərini başa düşmədiyini bildirib:

“İyirminci və iyirmi birinci əsrin insanlarının sözü bir-birilərinin boğazından keçmir. O boğazdan hər şey keçir, təkcə bir-birini yola vermək və güzəşt etməkdən başqa. İnsanlar çox aqressiv və son dərəcə qəddar olublar. Əgər hansısa bir xanım ərə gedəndə fikirləşir ki, ərim ancaq mənə baxacaq, məni sevəcək, elə fikirləşmək üçün gərək dünyanın ən bisavat, səviyyəsiz adamı olasan. Bu həyatdır və onu dəyişdirmək mümkün deyil. Bu mənada bütün qadınlara deyirəm ki, Allah sizə səbr versin. Səbirli olun”.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az