Əsas odur ki, aş bişəcək, vəssalam... – Alim Qasımov

Əsas odur ki, aş bişəcək, vəssalam... – Alim Qasımov

Bu gün Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımovun ad günüdür.

63 yaşlı sənətklar Qaynarinfo-ya açıqlamasında doğum günündə Azərbaycan xalqına əmin-amanlıq arzulayıb:

"Karantindir, hər yer bağlıdır. Biz də uzun müddətdir ki, Şamaxıdayıq. İstirahət edirik. Bu gün ad günümdür. Buna görə təbriklər gəlir, Allah hamıdan razı olsun. Bu, sənətkara edilən hörmətdir. Tezliklə həyatımız yoluna düşsün, əmin-amanlıq olsun”.

Alim Qasımov bildirib ki, ad günü mərasimi ailə arasında qeyd olunacaq:

"Ailəvi oturacağıq, nəvələrimlə bir yerdə olacağam. Əsas odur ki, aş bişəcək, vəssalam...”

Bahar Rüstəmli

 

Mənbə: qaynarinfo.az