“Mənə elə gəlir ki, insan olan şəxs dünyaya əmin-amanlıq, xoşbəxtlik arzulayar...”

Bu gün Xalq artisti Alim Qasımovun doğum günüdür.

A.Qasımov

Moderator.az-a açıqlamasında doğum günüylə bağlı öz xoş təəssüratlarını bölüşüb və dünyaya əmin-amanlıq arzu edib:

“Diqqətinizə görə minnətdaram, Allah razı olsun. Bir müddətdir ki, Şamaxıdayıq elə nəvələrlə bir yerdə oturmuşuq doğum günümü qeyd edəcəyik. Mənə elə gəlir ki, insan olan şəxs dünyaya əmin-amanlıq, xoşbəxtlik arzulayar. Allah xalqımızı qorusun və bu xəstəlik də başımızın üstündən getsin. Hamının arzusu nədirsə, biz də o gözəl arzulara qoşuluruq. Əlbəttə, torpaqlarımızın işğaldan azad edilməsi bir sənət adamı, vətəndaş kimi mənim də arzumdur. Qarabağı azad etmək üçün bizim güclü ordumuz var və ümid edirəm ki, çox yaxın zamanda bizi o yerlərə qovuşduracaqlar”.

Qeyd edək ki, Alim Qasımov 1957-ci ildə Şamaxı rayonunun Nabur kəndində anadan olub. O, 1978-1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983-199-cu illərdə Azərbaycan İncəsənət İnstitutunda muğam dərsləri alıb. Müəllimləri muğam xanəndələri Hacıbaba Hüseynov və Ağaxan Abdullayev olub.

Vasif Əlihüseyn

 

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi bəyanat yaydı

SONRAKI XƏBƏR

"Sumqayıt" iki hücumçu transfer edir - 3 futbolçu getdi