“Muğamın Alimi” 63 yaşında

“Muğamın Alimi” 63 yaşında

Bu gün Azərbaycanın Xalq artisti, görkəmli muğam ustası Alim Qasımovun doğum günüdür.

Cebhe.info xəbər verir ki, Alim Həmzə oğlu Qasımov 14 avqust 1957-ci ildə Şamaxı rayonunun Nabur kəndində doğulub.

O, 1978-1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983-1989-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb. Müəllimləri ustad sənətkarlar Hacıbaba Hüseynov və Ağaxan Abdullayev olub.

Xanəndə ilk çıxışı 1979-cu ildə ilk çıxışı Azərbaycan Televiziyasında edib. 1982-ci ildə birinci Respublika muğam müsabiqəsinin qalibi olub. 1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumuna qoşulub.

2000-ci ildə "Love's deep ocean" diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. 2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib.

2009-cu ildə Alim Qasımov ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.

2010-cu il martın 17-də ABŞ-ın "The New York Times" qəzetinin jurnalisti Con Pareles Alim Qasımovu "ehtiras və sədaqət, düşüncə və cazibə ilə əlaqələndirən seyrək bir cəhətdən canlı olan ən böyük müğənnilərdən biri" adlandırıb. Qeyd edək ki, Alim Qasımovun qızı Fərqanə də xanəndədir.

Aydın
Cebhe.info

Mənbə: cebhe.info